• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Arıqlamaq üçün bu saatlarda məşq edin!

Ölkə

22-05-2024, 11:40
Arıqlamaq üçün bu saatlarda məşq edin!

Bədən temperaturu gün ərzində eyni olduğundan orqanizm idmana həmişə hazırdır. İdman etmək üçün ideal vaxtın günün ilk yarısı olduğu elmi cəhətdən sübut olunub. Buna baxmayaraq səhərlər yuxudan tez oyanmaq, bunun iş vaxtı ilə üst-üstə düşməsi və bu kimi digər səbəblər idman saatında dəyişikliklər etməyimizə gətirib çıxarır. Bəs görəsən, günün hansı saatı edilən idman daha çox yağ əritməyə kömək olur?

Bu haqda məşqçi Ceyhun Vəliyev açıqlama verib:

“Mümkün olduğu qədər idmanı bədənin hazır olduğu vaxtlarda etmək daha məqsədəuyğundur.  Çünki səhərlər orqanizm idmandan əvvəlki qidanı gününün ikinci yarısına nisbətən daha tez parçalaya bilir, məşq zamanı lazım olan testosteron hormonu günün birinci yarısında daha çox ifraz olunur. Eyni zamanda qan təzyiqindən əziyyət çəkən insanlarda, eləcədə səhhətində digər problemləri olanların həkimlə məsləhətləşdikdən sonra səhərlər məşq etməsi daha məqsədəuyğundur. Axşamlar orqanizmdə yuxu hormonu melotonin yüksəlməsinə, bədənin bu vəziyyətə keçməsinə görə məşq etmək orqanizmi əziyyətə sala bilər. Eyni zamanda əzələ böyüməsində əsas iştirakçı hormon olan testosteron da aşağı səviyyəyə düşür. Günün birinci yarısında vaxtı olmayan insanların axşam orqanizmə ziyan vuracaqlarını düşündüyünə görə məşq etməməsi, oturaq həyat keçirməsi düzgün deyil. Günün ilk yarısına nisbətən axşama kimi çox qida qəbul edirik. Bu da bizim axşamlar daha enerjili olmağımıza gətirib çıxarır. Buna görə axşamlar idmanla məşğul olmaq lazımdır. Məşqdən sonra isə qida qəbul olunmalıdır ki, gecə orqanizm ac qalmasın. Əgər idmana işdən sonra gedirsinizsə və yorğun olursunuzsa enerji verən içkilərdən istifadə edə bilərsiniz. Bəziləri bunları dopinq iynələrlə səhv salırlar. Bundan çox vaxt yarışa çıxan idmançılar istifadə edir. Onun tibbi fəsadları isə gələcəkdə özünü büruzə verir. İdmançılar ilk növbədə bunun fərqini bilməli və enerji içkilərinin dərman yox, əlavə qida maddəsi olduğunu anlamalıdırlar”.

“BƏDƏNDƏ SU EHTİYATININ 2 FAİZİ AZALSA...”

“Bədən idmana hər zaman hazır olduğu üçün vaxt tapan kimi məşq edin. Bu sağlamlığımız üçün faydalıdır. Məşq zamanı lazımı qədər maye qəbul etmək mütləqdir. 70 faiz sudan təşkil olunduğumuza görə bizim üçün mayenin yaşamağımızda əhəmiyyəti çox böyükdür. Bədəndə su ehtiyatının 2 faizi azalsa insan özün çox yorğun hiss edər. İdman zamanı sudan istifadə etmək lazımdır. Bəziləri bu üsuldan qaçır. Elə düşünürlər ki, bədən çəkiləri artacaq. Bu yanlış fikirdir. Su bədənə heç bir halda çəki artımı verə bilməz. Əksinə lazımsız toksinlərin bədəndən çıxmasına kömək edir. Bəzi hallarda isə insanlar maye dedikdə çayı da nəzərdə tuturlar. Amma bədənə şirələrdən, çaydan çox su lazımdır. Gün ərzində orta hesabla iki-üç litr su içmək lazımdır ki, özümüzü günboyu daha gümrah və enerjili hiss edək”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

İdman

13-09-2023, 10:56

Əsəbi halda idmanla məşğul olmaq ölümə səbəb olur

Media

16-02-2024, 14:17

Bu halda su içmək ziyandır

İdman

1-06-2023, 18:00

Uşaqlar üçün idmanla məşğul olmağın faydası

Ölkə
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
Sabah leysan olacaq, qar yağacaq
Sabah leysan olacaq, qar yağacaq
Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
Siyasət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Dünən, 15:09
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Dünən, 12:36
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Dünən, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Dünən, 16:13
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Dünən, 15:31
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Xəbər Lenti
  • Bu gün, 00:04
    BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar
  • Bu gün, 00:00
    Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
  • Dünən, 23:58
    Polad Həşimovun anasının səhhətində ciddi problemlər yaranıb
  • Dünən, 16:16
    “15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
  • Dünən, 16:00
    Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
  • Dünən, 15:09
    Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
  • Dünən, 14:39
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür
  • Dünən, 14:00
    Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi
  • Dünən, 13:45
    Sabah leysan olacaq, qar yağacaq
  • Dünən, 13:15
    “Gələn il dövlət büdcəsinin artımı əsasən vergi daxilolmaları hesabına olacaq”
  • Dünən, 13:08
    Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
  • Dünən, 12:36
    Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
  • Dünən, 12:20
    ASA doktorantının məqaləsi beynəlxalq nəşrdə dərc olunub
  • Dünən, 11:50
    Samvel və Narek Karapetyanın evlərində axtarış aparılır
  • Dünən, 11:47
    İrandan ABŞ-dəki seçkilərə - Reaksiya
  • Dünən, 11:26
    Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
  • Dünən, 11:08
    Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək
  • Dünən, 10:57
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • Dünən, 10:00
    Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
  • Dünən, 09:30
    ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır - Demokratlar öndədir - Yenilənir
  • Dünən, 09:23
    Proxima Group-un yeni rəsmi veb-saytı istifadəyə verilib
  • Dünən, 09:15
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • Dünən, 09:07
    Şəhər meydanına “Trampı öldürəcəyik” banneri asdılar - Fotolar
  • Dünən, 09:00
    PSJ-dən darmadağın, “Qalatasaray”dan inamlı qələbə - ÇL-də gecənin nəticələri
  • Dünən, 19:17
    Sürücülərin NƏZƏRİNƏ! - Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə