• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

31 mart Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsi, xalqımızın qan yaddaşıdır

Ölkə

1-04-2024, 10:16
31 mart Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsi, xalqımızın qan yaddaşıdır

Sovetlər dönəmində bir çox sahələr kimi xalqımızın qan yaddaşı da silinməyə çalışılmış, zaman-zaman baş vermiş hadisələrin izləri itirilərək, böyük təhriflərə məruz qalmışdır.

Son iki əsr ərzində xalqımızın başına gətirilən müsibətlərə nəzər saldıqda, onları  araşdırdıqda eyni senari, eyni məqsəd və məramla qarşılaşırıq. Belə ki, XIX əsrin əvvəllərində Rusiya və İran arasında baş verən müharibələrin nəticələrinə əsasən elə məhz indiki İran ərazisindən on minlərlə erməni əsilli ailələrin tarxi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, Göyçəyə köçürülməsi məhz çirkin siyasətin əsasını təşkil edirdi. Bundan sonra maşalarının köməyindən ruhlanan vəhşi toplumun ard-arda bu yerlərin tarixi sakinləri-azərbaycanlılara qarşı həyata keçirdikləri faciələr soyqırımları, etnik təmizləmə siyasəti yüz ildən çox davam etdi. Bu çirkin senaridən olan 31 mart Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsi, xalqımızın qan yaddaşıdır. Xalqımız bir daha belə faciələrlə üzləşməsin deyə, bu tarix heç zaman unudulmamalı, daha dərindən araşdırılmalıdır. “Böyük Ermənistan” xülyası ilə şirnikləndirilən ermənilərin xalqımıza qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərdə oldu. Ardınca 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə xalqımız soyqırıma məruz qalmış, ölçüyəgəlməz cinayətlərin qurbanı olmuşdur. Bu illərdə minlərlə azərbaycanlı evindən, yurd-yuvasından didərgin salınmış, böyük qəddarlıqla qətlə yetirilmişdir. Yüz ildən çox davam edən genişmiqyaslı qətliamlar, soyqırımları Azərbaycanın demək olar ki, bütün bölgələrində həyata keçirilmişdir. Naxçıvanda, Zəngəzurda, Qubada, Şamaxıda, Bakıda, Gəncədə, Lənkəranda, Salyan-Neftçala ərazisində, Qarabağda, sonda isə Xocalıda yaşanmışlar insanlığa sığmayan böyük cınayətlərdir. Təkcə 1918-ci il mart hadisələrinə nəzər salsaq, Zəngəzur qəzasında 10068, İrəvan quberniyasında 135000,  Şamaxıda 8000, digər ərazilərdə də minlərlə günahsız azərbaycanlılarıın vəhşicəsinə qətlə yetirilməsinin şahidi oluruq.

Soyqırım nəticəsində yüzlərlə kəndlər dağıdılmış, 10 minlərlə insan qaçqın düşmüş, saysız hesabsız tarixi abidələr məhv edilmişdir. 1918-ci ilin ən qanlı qətliamlarından biri Quba qəzasında  baş vermişdir. Burada 167 kənd, insanlarla birlikdə tamamilə məhv edilmişdir. Qubada tapılan kütləvi məzarlıq, həmin ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksi öz ziyarətçilərinə həmin qanlı faciənin, soyqırım dəhşətlərinin acı epizodlarına şahidlik etməkdədir. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarının, qanlı faciələrin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tariximizə, milli dəyərlərimizə hər zaman önəm verən Ulu Öndər Heydər Əliyev 1998-ci il mart ayının 26-da imzaladığı tarixi əhəmiyyətli Fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı  Günü kimi elan etdi. Beləliklə, Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyətinin 80 il öncə qəbul etdiyi tarixi sənədə yenidən siyasi-hüquqi qiymət verdi. Məhz bundan sonra, soyqırım hadisələrinin öyrənilməsi istiqamətində araşdırılmalar aparılmağa, əsərlər yazılmağa, dünya ictimaiyyətinin bu istiqamətdə məlumatlanması üçün xüsusi işlər görülməyə  başlandı. Ulu Öndər siyasi kursunun layiqli varisi Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev tərəfindən 2018-ci il 18 yanvar tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandı. Bu gün Qalib Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarından bəhrələnməklə, yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın bütövlüyünə nail olub. Artıq hər birimiz qürurla yaşayaraq, Azərbaycanın daha güclü olması üçün əlimizdən gələni əsirgəmirik. Bu baxımdan tariximizin yeni səhifələrini uğurlu hadisələr, qələbələrlə bəzəmək üçün hər birimiz bundan sonra daha əzmlə çalışmalı, yeni, daha möhtəşəm tarix yazmaq naminə layiqli gələcək yetişdirməliyik. 

Aynurə İsmayılova;
Neftçala rayonu, müəllim


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

31-03-2023, 09:35

Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

31-03-2023, 05:40

31 Mart soyqırımından 105 il ötür

Ölkə

8-11-2023, 12:19

8 noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsi!

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Xankəndi Stadionu açıldı - Fotolar
Xankəndi Stadionu açıldı - Fotolar
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Bu gün, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Dünən, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • Dünən, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • Dünən, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • Dünən, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • Dünən, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • Dünən, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • Dünən, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • Dünən, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • Dünən, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Dünən, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • Dünən, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
  • Dünən, 09:00
    “Vens iki həftədir İranla gizli danışıqlar aparır”
  • 6-11-2026, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • 6-11-2026, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • 6-11-2026, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • 6-11-2026, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • 6-11-2026, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • 6-11-2026, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • 6-11-2026, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • 6-11-2026, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • 6-11-2026, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • 6-11-2026, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə