• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycan 2030: İqtisadi artıma nail olmaq qarşıya qoyulmuş əsas hədəfdir

Ölkə

15-12-2023, 20:56
Azərbaycan 2030: İqtisadi artıma nail olmaq qarşıya qoyulmuş əsas hədəfdir

Son illər ölkəmizdə aparılan islahatlar nəticəsində Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da bildirilib. Sənəddə vurğulanır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhə-ləsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.

Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə edilmiş makroiqtisadi sabitlik və yoxsulluğun aşağı olması həyat səviyyəsinə müsbət təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında müntəzəm olaraq söylədiyi kimi, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb, həmçinin yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə düşmüşdür.

Ölkədə müasir həyat üçün ən qabaqcıl infrastruktur və təminat mövcuddur. Azərbaycanın dünya iqtisadiyyatına sürətli inteqrasiyası ixracın genişlənməsini şərtləndirir, bu şəraitdə ticarət tərəfdaşlarının sayı isə ilbəil artır. Hazırda dünyanın 180-ə yaxın ölkəsi ilə ticari-iqtisadi əlaqələr həyata keçirilir. Həmçinin, Orta dəhlizin inkişafı regional əməkdaşlığa, ticarətə və siyasi dina-mikaya təsirləri ilə Cənubi Qafqaz və Mərkəzi Asiyanın geosiyasi və iqtisadi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Eyni zamanda, gələcəkdə strateji və iqtisadi əhəmiyyəti olan Zəngəzur dəhlizinin açılması ölkəmizin nəqliyyat, kommunikasiya, infrastruktur layihələrini əhatə etməklə bütün Türk dünyası birliyini daha da möhkəmləndirəcəkdir.

Xarici bazarda rəqabətin kəskinləşməsinə baxmayaraq, ölkəmiz məhsul ixracında öz çəkisini qoruyur, artırmaq üçün davamlı addımlar atır və buna görə Azərbaycan 2022-ci ilə əsasən 192 dövlət arasında ilk 70-likdə qərarlaşmışdır. Əlverişli biznes mühiti və iqtisadiyyatın rəqabət qabiliyyəti adambaşına gəlir səviyyəsinin artmasına nail olmaq üçün əsas şərt rolunu oynayır. “Doing Business”in göstəricisinə görə, ölkə 190 dövlət arasında 34-cü, Qlobal Rəqabətlilik İndeksinə görə isə 58-ci yerdə qərarlaşıb.

Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Son 10 il ərzində milli iqtisadiyyat 15% böyüyüb, qeyri-neft/qaz ÜDM-i isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə 2022-ci ildə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunub.

Hökumət əsas istiqamətlərdən biri kimi dövlət xərclərini azad edilmiş Qarabağ və Şərqi Zəngəzur istiqamətinə cəlb edərək, bu ərazilərdə iqtisadi inkişaf və infrastrukturun yenidən qurulmasına və bərpasına yönəldib. 2024-cü ildə Azərbaycanın dövlət büdcəsindən bu məqsəd üçün 3825,0 milyon manat vəsait ayırıb ki, bu da dövlət büdcəsi xərclərinin təxminən 10,4 faizini təşkil edəcəkdir. Bu rəqəm 2023-cü il üçün təsdiq edilmiş göstəricidən 20,3 faiz azdır. Qeyd edək ki, bu xərclər iqtisadi fəaliyyət xərclərinin təxminən 49,1 faizini təşkil edir. 2023-cü ilin ilk doqquz ayında hökumət tərəfindən 3 milyard 741 milyon manat vəsait xərclənib ki, bu da 2023-cü il dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin 77,9 faizini təşkil edir. Növbəti illərdə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm, nəqliyyat, kommunal infrastruktur, sənaye klasterləri, istehsal sahələrinin və iş yerlərinin yaradılması kimi sosial infrastruktura diqqət yetirilməsi ümdə məqsədlərdir. Cənab Prezidentin də vurğuladığı kimi “Qarqabağ qısa zamanda cənnətə çevriləcək”, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafı Azərbaycanın ümumi rifahına və ÜDM-in artımına əhəmiyyətli töhfə verəcəkdir.

Cənab Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz ixracının həcmini iki dəfə artırmağı hədəflədiyini vurğulamışdır. Bu interkonnektorun işə salınması həm Serbiya, həm də Avropa İttifaqına fayda gətirən strateji əhəmiyyətə malik enerji əməkdaşlığının yeni mərhələsidir və boru kəməri təkcə Serbiyanın enerji müstəqilliyini möhkəmləndirməyə deyil, həm də Şərqi və Mərkəzi Avropa ölkələri üçün təchizat etibarlılığını artıracaqdır. Bütün bunlar ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu artıraraq, gələcək üçün uzunmüddətli dinamik tərəqqini təmin edir.

İqtisadi artıma nail olmaq üçün əsas prinsiplərdən biri davamlılıqdır. Bütövlükdə, Azərbay-can üçün 2030-cu ilədək iqtisadi artım hədəfinə nail olmaq iqtisadiyyatın diversifikasiyası, innovasiya, davamlılıq və əlverişli investisiya mühitinin yaradılmasını özündə birləşdirən kompleks yanaşma tələb edir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində növbəti illərdə də ölkəmizin iqtisadi və siyasi uğurları həm beynəlxalq səviyyədə, həm də ölkədaxili olmaqla davam edəcəkdir. Xalqımız növbədənkənar prezident seçkilərində də, düzgün seçim etməklə, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verərək ölkəmizin etibarlı və işıqlı gələcəyinə töhvə verəcək.

Yusif Məmmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı



Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

11-12-2023, 09:36

Yazıçı: Heydər Əliyev hər zaman lider olub

Ölkə

8-05-2023, 10:27

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Ölkə

10-05-2023, 15:47

Qüdrət Nuriyev: Müasir müstəqil Azərbaycan Ulu Öndərin qurub yaratdığı dövlətdir

Mədəniyyət

16-06-2023, 12:29

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Ölkə

15-10-2023, 06:13

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür

Ölkə
Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon ayrıldı
Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon ayrıldı
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - Foto
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - Foto
Ordubadda bayram namazı qılınıb
Ordubadda bayram namazı qılınıb
Qəza zamanı maşında sıxılı vəziyyətdə qaldı - Video
Qəza zamanı maşında sıxılı vəziyyətdə qaldı - Video
Siyasət
Qızıl Dəyərində İdarəetmə və Liderlik
Dünən, 12:15
Qızıl Dəyərində İdarəetmə və Liderlik
Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlandı
5-06-2025, 16:03
Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlandı
Kəmaləddin Heydərov Əmr imzaladı
5-06-2025, 10:07
Kəmaləddin Heydərov Əmr imzaladı
İyunda ikinci dəfə ardıcıl dörd gün  iş olmayacaq
4-06-2025, 15:20
İyunda ikinci dəfə ardıcıl dörd gün iş olmayacaq
İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı
4-06-2025, 13:12
İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
3-06-2025, 17:49
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Xəbər Lenti
  • Dünən, 10:18
    Qucaqlaşmaq bu xəstəlikləri sağaldır - Həkim açıqlayıb
  • Dünən, 09:47
    Dünya çempionatının seçmə mərhələsi: Bu gün daha altı görüş keçiriləcək
  • Dünən, 09:33
    Sinə xərçəngi riskini azaltmaq olar: Hansı məhsullar faydalıdır?
  • Dünən, 09:00
    Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon ayrıldı
  • Dünən, 14:21
    Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - Foto
  • 6-06-2025, 13:06
    İmişlidə şəhid ailələri ziyarət edilib - Fotolar
  • 6-06-2025, 12:38
    Ordubadda bayram namazı qılınıb
  • 6-06-2025, 12:15
    Qızıl Dəyərində İdarəetmə və Liderlik
  • 6-06-2025, 11:11
    Qəza zamanı maşında sıxılı vəziyyətdə qaldı - Video
  • 6-06-2025, 10:18
    Naxçıvanda Əməkdar artist vəfat etdi - Foto
  • 6-06-2025, 10:01
    Bayram namazı qılındı - Fotolar
  • 6-06-2025, 09:00
    “Allah hər kəsin dua və qurbanlarını qəbul etsin!”
  • 6-06-2025, 08:42
    Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım - Foto
  • 6-06-2025, 08:00
    Azərbaycanda Qurban bayramı qeyd edilir
  • 5-06-2025, 23:24
    Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
  • 5-06-2025, 17:16
    Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir
  • 5-06-2025, 17:09
    Hava ilə bağlı - Xəbərdarlıq
  • 5-06-2025, 17:00
    Bayramda bölgələrə səfər edəcək sürücülərə - Müraciət
  • 5-06-2025, 16:48
    Neftçalada su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub
  • 5-06-2025, 16:17
    Azərbaycanda zəlzələ - 4 bala qədər hiss edildi-Yenilənib
  • 5-06-2025, 16:03
    Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlandı
  • 5-06-2025, 15:48
    Prezident təsdiqlədi - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
  • 5-06-2025, 15:01
    Aeroport yolunda yük maşını piyadanı vurub öldürdü
  • 5-06-2025, 14:40
    Neftçalanın icra başçısı vətəndaş qəbulu keçirib
  • 5-06-2025, 13:35
    “Hercai”nin aktrisası əməliyyatdan sonra iflic olub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə