• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bu gün Azərbaycanda Gənclər Günüdür

Ölkə

2-02-2023, 00:27
Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür.

LiderXəbər xatırladır ki, əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb.

Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.

Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlayır.

Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.

Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir.

2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Dövlət başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Xatırladaq ki, hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü.

Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi.

Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir.

Əziz gənclər, bayramınız mübarək!

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

19-01-2023, 23:06

Jalə Əhmədova: “20 yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə

26-01-2023, 21:13

Neftçalada vətəndaşların problemləri həll edilir

Ölkə

23-01-2023, 15:47

DİN: Ötən il cinayətlərin 89,7 faizinin açılması təmin edilib

Ölkə

11-01-2023, 22:09

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Ölkə
“Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
“Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
Oktyabrda hava necə olacaq?
Oktyabrda hava necə olacaq?
“Roşka”nın 5 il həbsi tələb edildi
“Roşka”nın 5 il həbsi tələb edildi
Siyasət
Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
Bu gün, 16:51
Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Bu gün, 10:50
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Ərdoğan Əliyevə zəng edib
Dünən, 09:44
Ərdoğan Əliyevə zəng edib
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
26-09-2026, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
26-09-2026, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
26-09-2026, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Xəbər Lenti
  • Dünən, 17:47
    Rusiya müdafiə xərclərini rekord səviyyəyə çatdıracaq - KİV
  • Dünən, 17:20
    “Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
  • Dünən, 16:51
    Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
  • Dünən, 16:31
    Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
  • Dünən, 16:03
    Oktyabrda hava necə olacaq?
  • Dünən, 15:13
    Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Putin qərar imzaladı
  • Dünən, 14:10
    “Roşka”nın 5 il həbsi tələb edildi
  • Dünən, 14:04
    İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
  • Dünən, 13:24
    Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
  • Dünən, 13:06
    Bu yay qeyri-çimərlik ərazilərində 59 nəfər suda boğulub
  • Dünən, 12:27
    QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb
  • Dünən, 12:25
    Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
  • Dünən, 11:59
    Bu yay qeyri-çimərlik ərazilərində 64 nəfər suda boğulub
  • Dünən, 11:36
    Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir
  • Dünən, 11:03
    İran nüvə müqaviləsindən çıxır?
  • Dünən, 10:50
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
  • Dünən, 10:19
    İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı
  • Dünən, 10:07
    Cəlilabadda ev yanıb kül oldu
  • Dünən, 10:00
    Bu ərazilərə yağış yağır
  • Dünən, 09:29
    Çindən Yaponiyaya sərt xəbərdarlıq
  • Dünən, 08:57
    İran həmin xəbərləri təkzib etdi
  • Dünən, 17:23
    Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
  • Dünən, 16:40
    Naxçıvan reysləri təxirə salındı
  • Dünən, 16:33
    Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
  • Dünən, 16:25
    Küləklə bağlı - Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə