• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar

Ölkə

Bu gün, 15:21
İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar

İNCİ Klinikası və İNCİ Laboratoriyalarının təşəbbüsü ilə Azərbaycanda İNCİ Akademiyası (“INCI Academy”​) fəaliyyətə başlayıb.

Akademiyanın missiyası Azərbaycanda səhiyyə mütəxəssislərinin elmi və peşəkar inkişafına dəstək vermək, müasir tibbi biliklərin klinik praktikaya tətbiqini təşviq etmək və müxtəlif tibb ixtisasları arasında əməkdaşlığı gücləndirməkdən ibarətdir.

İNCİ Akademiyasının təhsil modeli nəzəri və praktiki biliklərin inteqrasiyası, klinik hallara əsaslanan öyrənmə (case-based learning), interaktiv tədris, multidissiplinar yanaşma, davamlı qiymətləndirmə və geridönüş prinsiplərinə söykənir.

Akademiya konfrans və simpoziumlar, nəzəri-praktiki təlimlər, ustad dərsləri, kurslar, klinik hal müzakirələri, dəyirmi masalar, vebinarlar, elmi görüşlər təşkil etməyi və elektron elmi-informativ nəşrlər buraxmağı planlaşdırır.

Fəaliyyət sahələrinə klinik tibb, laborator tibb, klinik-laborator inteqrasiya, ictimai səhiyyə və elmi tədqiqat daxildir. Elmi metodologiya, biostatistika, elmi məqalə yazılması, sistematik icmal və meta-analiz kimi mövzular da proqramlarda yer alacaq.

Akademiyanın əsas üstünlüklərindən biri İNCİ-nin real klinik və laborator bazasına əsaslanmasıdır. Laborator müayinələrin düzgün seçilməsi, nəticələrin klinik kontekstdə interpretasiyası, differensial diaqnostika və klinik qərarvermə prosesində klinistlə laboratoriya mütəxəssisinin əməkdaşlığı təhsil proqramlarının mühüm istiqamətlərini təşkil edəcək.

Akademiyanın konsepsiyası davamlı tibbi təhsil (CME), davamlı peşəkar inkişaf (CPD), sübutlara əsaslanan təbabət (evidence-based medicine) və kompetensiyayönümlü təhsil yanaşmaları ilə uzlaşır. Laborator təbabət üzrə təlimlərdə ISO 15189 standartının keyfiyyət və kompetensiya prinsipləri, biotəhlükəsizlik və nəticələrin etibarlılığı kimi mövzulara diqqət yetiriləcək.

Bakıdan regionlara, regionlardan beynəlxalq əməkdaşlığa

Akademiya həkimlər, laboratoriya mütəxəssisləri, rezidentlər, doktorantlar, tələbələr, akademik heyət, tədqiqatçılar və səhiyyə idarəçiliyi üzrə mütəxəssislər üçün nəzərdə tutulub. Təhsil imkanlarının regionlarda da genişləndirilməsi, universitetlər, elmi-tədqiqat müəssisələri, peşəkar birliklər və gələcəkdə beynəlxalq akademik şəbəkələrlə əməkdaşlıq inkişaf strategiyasının əsas istiqamətləridir.

Akademiya ilkin mərhələdə İNCİ daxilində peşəkar potensialı səfərbər etməyi, sonrakı mərhələlərdə ölkə üzrə akademik şəbəkəni genişləndirməyi, daha sonra regional və beynəlxalq əməkdaşlıq imkanlarını inkişaf etdirməyi planlaşdırır.

Təhsil nəticələrinin qiymətləndirilməsi üçün iştirak və davamiyyət şərtlərinə uyğun iştirak sertifikatları, qiymətləndirmə və praktiki bacarıq tələblərini yerinə yetirənlər üçün isə uğur sertifikatları nəzərdə tutulur.

Akademiyanın təsisçisi dosent Dr. Ramin Bayramlı, icraçı katibi PhD Ruqiyyə Səmədzadə, baş koordinatoru isə uzman Dr. Fuad Səmədovdur.

Akademiyanın açılış mərasimində çıxış edən İNCİ Akademiyasının təsisçisi dosent Dr. Ramin Bayramlı bildirib ki,  müasir təbabətin inkişafı yalnız yeni texnologiyaların tətbiqi ilə deyil, elmi biliklərin klinik düşüncəyə, praktik bacarıqlara və əsaslandırılmış tibbi qərarlara çevrilməsi ilə mümkündür: “İNCİ Akademiyasını yaradarkən məqsədimiz klinik və laborator təbabətin imkanlarını, elmi potensialı və peşəkar təcrübəni bir araya gətirən davamlı akademik mühit formalaşdırmaqdır. İnanırıq ki, elmin və təcrübənin bu əməkdaşlığı həm mütəxəssislərin inkişafına, həm də tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək” – deyə, dosent Dr. Ramin Bayramlı qeyd edib.

İlk konfrans: “Təbabət dəryasının inciləri”

İNCİ Akademiyası “Təbabət dəryasının inciləri” adlı ilk elmi konfransını 31 oktyabr 2026-cı ildə Bakıda “Elm və təcrübədən gələcəyə” devizi altında keçirib.

Konfrans çərçivəsində maraqlı klinik halların müzakirəsi, müxtəlif ixtisaslardan olan mütəxəssislərin birgə iştirakı və tibbdə multidissiplinar yanaşmanın önəmi ətrafında fikir mübadiləsi aparılıb.

Proqram dörd tematik paneldən və səkkiz klinik hal təqdimatından ibarət olub.

“Gizli ipucları”, “Görünəndən görünməyənə”, “Səssiz siqnallar” və “Son pərdə” panellərində diaqnostik çətinliklər, qeyri-tipik klinik əlamətlər və müxtəlif ixtisasların birgə klinik qərarverməsi interaktiv formatda müzakirə edilib.








Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə

3-09-2026, 17:02

Tibb işçilərinin maaşlarının artırılması regionlarda həkim çatışmazlığını azaldacaq

Ölkə

26-12-2023, 15:22

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar
İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”
“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”
Siyasət
Yenidən sədr və müavin oldular
30-10-2026, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
29-10-2026, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 15:30
    Vəzifəli şəxs rüşvətə görə həbs edildi
  • Bu gün, 15:21
    İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar
  • Bu gün, 14:15
    Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
  • Bu gün, 14:15
    “Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”
  • Bu gün, 13:25
    Sabah 23° isti olacaq
  • Bu gün, 12:34
    Ermənistanda yeni Konstitusiya layihəsi bu ay dərc ediləcək
  • Bu gün, 12:17
    Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
  • Bu gün, 11:23
    Bu istiqamətdə əlavə qatar reysləri olacaq
  • Bu gün, 10:51
    Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
  • Bu gün, 10:30
    Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
  • Bu gün, 10:00
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bu gün, 09:48
    “Rəqəmsal Media Ayı” keçiriləcək
  • Bu gün, 09:10
    Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır?
  • Bu gün, 08:50
    Əcnəbilər Qazaxıstana yeni qayda ilə gedəcəklər
  • 31-10-2026, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • 31-10-2026, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • 31-10-2026, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • 31-10-2026, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • 31-10-2026, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • 31-10-2026, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • 31-10-2026, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • 31-10-2026, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 30-10-2026, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • 30-10-2026, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • 30-10-2026, 16:42
    Yenidən sədr və müavin oldular
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə