• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ordubad rayonunda 27 Sentyabr – Anım Günü qeyd olunub

Ölkə

28-09-2023, 13:12
Ordubad rayonunda 27 Sentyabr – Anım Günü qeyd olunub
Sentyabrın 27-də Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş tədbir keçirilib. 
Tədbirdən əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ali Məclisdə rayonumuzu təmsil edən deputatlar, hüquq-mühafizə orqanları rəhbərləri və bir sıra rayon ziyalısı Ordubad şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxunub.
Daha sonra rayon Mədəniyyət Sarayında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında  müstəqilliyimiz uğrunda mübarizəmizdən, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasəti ilə hələ 90-cı illərdə bugünkü Zəfərin təməlinin qoyulmasından, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şücaəti ilə 30 illik erməni işğalına, 28 illik Şuşa nisgilinə son qoyulmasından danışıb. Vurğulayıb ki, müzəffər Ordumuz erməni mifini 44 gündə darmadağın etdi, dünya müharibə tarixində yeni mərhələnin təməlini qoydu, dünyaya güclü Azərbaycanın şücaətini göstərdi. Rəcəb Rəhimli bildirib ki, adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazan Prezident cənab İlham Əliyevin Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımıza səfəri tarixi hadisə kimi yaddaşlarda qaldı,  Böyük Qayıdışın reallığa çevrilməsi istiqamətində mühüm addım oldu. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafının yol xəritəsidir. Ötən günlərdə Qarabağda antiterror tədbirlərinin uğurla başa çatması isə bu hədəflərin tam reallaşmasına əsaslı zəmin yaratdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Qarabağ iqtisadi rayonuna və bütün işğaldan azad olunmuş suveren torpaqlarımıza sülhün, əminamanlığın gətirildiyini qeyd edən Rəcəb Rəhimli vurğulayıb ki, son günlərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına gəlişi və ölkə başçısı cənab İlham Əliyevlə görüşü 44 günlük Vətən müharibəsi və 19 sentyabr 2023-cü ildə Qarabağda qanunsuz erməni birləşmələrinin tərksilah edilməsi məqsədilə Azərbaycan ordusu tərəfindən başladılan lokal antiterror əməliyyatında rəşadətli ordumuzun əzmkar qələbəsindən sonra bölgədə yaranmış reallıqların həyata keçirilmə prosesinin sürətləndirilməsinə xidmət edir, o cümlədən,  antiterror əməliyyatlarında 24 saat tamam olmadan qazanılmış səbatlı qələbə bir daha milli düşüncənin, milli birliyin vəhdətini nümayiş etdirmişdir. Rəcəb Rəhimli çıxışında Vətən müharibəsindən sonra Qarabağ iqtisadi zonasında, eləcə də, bütün ölkə üzrə inkişaf konsepsiyasının, işğaldan azad edilmiş ərazilərdə dirçəlişin iqtisadi aspektlərinin, həmçinin, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin dövlətimizin ən mühim starteji vəzifələrindən  olduğunu qeyd edib.
 
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin, Azərbaycan Respublikasının Əməkdar müəllimi Könül İsmayılovanın, “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəyha Babanlının genişməzmunlu çıxışları dinləlinilib. Çıxış edənlər ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə ilə bağlı fikirlərini bölüşüb, tarixi Zəfərin xalqımızda yaratdığı qürur hissindən bəhs ediblər.
Sonda Yəyha Babanlının Vətən müharibəsində şəhadət zirvəsinə ucalan Vətən oğullarına həsr etdiyi “Ordubadın Zəfər zirvəsi” adlı kitabının təqdimatı olub.
Ordubad rayonunda 27 Sentyabr-Anım günü ilə bağlı keçirilən silsilə tədbirlərinin davamı olaraq İcra Hakimiyyəti başçısının iştirakı ilə Dəstə kəndində tədbir keçirilib, Azadkənd, Darkənd, Düylün, Dırnıs, Unus kəndlərində şəhid məzarları ziyarət olunub. 


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

8-05-2023, 10:27

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Ölkə

15-06-2023, 18:56

Göygöldə Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd olunub

Ölkə

27-09-2023, 02:27

Bu gün Azərbaycanda Anım Günüdür

Ölkə

25-06-2023, 20:05

Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ölkə

29-03-2023, 09:35

YAP Neftçala rayon təşkilatının 30 illiyi qeyd olunub

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə