• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış

Ölkə

19-08-2026, 14:33
Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış

“Bir ildən çoxdur ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 ədəd kompüter və 15 ədəd printer Xırdalanda özəl anbarda qalıb. Anbar sahibinə də heç bir ödəniş edilmir”. 

Liderxeber.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. 

Onun iddiasına görə, kollecin hazırkı rəhbərliyi sözügedən avadanlıqları götürmək istəmir: “Kolleci su basanda keçmiş rəhbərlik anbar sahibindən xahiş edib ki, müvəqqəti həmin avadanlığı anbarda yerləşdirsin. Kollecin yeni rəhbərliyi isə nə avadanlığı geri götürür, nə də anbar sahibinə icarə haqqı ödəyir. Kollecin keçmiş rəhbərliyinin Elm və Təhsil Nazirliyinə müraciətləri də cavabsız qalıb. Onlara bu avadanlıq lazım deyilsə, bəlkə, müraciət edək bizə bağışlasın? Əlbəttə, əgər BDU, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatası etiraz etmirsə. Etiraz edirlərsə, bir maraqlansınlar görək dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?..” 

Ə.Həsənov saytımıza açıqlamasında bildirib ki, köhnə rəhbərlik işdən gedəndən sonra təzə gələn rəhbərliyə dəfələrlə bununla bağlı məlumat verilib: “Bu nə üzərinə həbs qoyulan, nə də müsadirə olunan əmlakdır. Əmlak kollecindir və oradan götürülməlidir. Dəfələrlə onların götürülməsi ilə bağlı indiki rəhbərliyə məlumat verilsə də, götürülmür”. 

İddialara aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə ünvanladığımız sorğuya belə cavab aldıq: “Sözügedən məsələyə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırma nəticəsində hüquqi qiymət veriləcək. İstintaq yekunlaşandan sonra qeyd olunan məsələyə dair məlumat verilə bilər”.

Baş Prokurorluqdan isə sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

İbtidai istintaqın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

11-08-2026, 17:00

I qrupda təhsil haqları: ən ucuz və ən bahalı İXTİSASLAR

İqtisadiyyat

15-04-2024, 15:04

Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

4-08-2025, 10:41

Birinci qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR

Ölkə
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Dünən, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Dünən, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Dünən, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Dünən, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Dünən, 13:01
    Sabah 28° isti olacaq
  • Dünən, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Dünən, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Dünən, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Dünən, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Dünən, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Dünən, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Dünən, 09:29
    İsrailə gizli səfər etdi
  • Dünən, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Dünən, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə