General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.
Liderxeber.az-ın əldə etdiyi özəl məlumata görə, bu barədə müvafiq Sərəncam imzalanıb.
General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub.
Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.