• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir

Ölkə

21-07-2026, 14:48
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qvineya tərəfinin dəvəti əsasında Konakri şəhərində səfərdə olub.

Liderxeber.az xəbər verir ki, səfər cari ilin mart ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş”in implementasiyası çərşivəsində həyata keçirilib.

Məqsəd Qvineyada “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin yaradılması istiqamətində institusional və hüquqi imkanların müəyyən edilməsi, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin ilkin qiymətləndirilməsi olub.

Nümayəndə heyəti Qvineya Respublikasının Baş naziri tərəfindən qəbul edilib. Qvineyanın Baş nazirinə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” haqqında geniş təqdimat edilib və müvafiq modelin Qvineyada tətbiqi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Baş nazir “ASAN xidmət” modelini yüksək qiymətləndirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi davamlı inkişafı məmnunluqla qeyd edib. O, “ASAN xidmət” təcrübəsinin Qvineyada dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların mühüm tərkib hissəsi olacağını bildirib. 

Nümayəndə heyəti səfər çərçivəsində Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri ilə görüşüb. Görüş zamanı “ASAN xidmət”in orada tətbiqi istiqamətində planlaşdırılan fəaliyyətlər barədə geniş müzakirələr aparılıb və yol xəritəsi müəyyən edilib.

Həmçinin səfər zamanı Qvineyada “ASAN xidmət” modeli əsasında təsis olunacaq dövlət xidmətləri mərkəzlərində təmsil olunması nəzərdə tutulan dövlət qurumlarının nümayəndələri ilə də görüşlər keçirilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

2-07-2025, 18:25

Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

24-04-2024, 14:36

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Ölkə
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 09:00
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Dünən, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Dünən, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Dünən, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Dünən, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Dünən, 13:01
    Sabah 28° isti olacaq
  • Dünən, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Dünən, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Dünən, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Dünən, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Dünən, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Dünən, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Dünən, 09:29
    İsrailə gizli səfər etdi
  • Dünən, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Dünən, 08:52
    Azad Zəngilanın altıncı ili
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə