• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Şuşa Media Forumu - Həqiqətin bərpası və narrativlər uğrunda mübarizə

Ölkə

11-07-2026, 09:21
Şuşa Media Forumu - Həqiqətin bərpası və narrativlər uğrunda mübarizə

Bazar ertəsi Şuşada Beynəlxalq Media Forum başlayacaq. Şuşa Qlobal Media Forumunda dünyanın dünyanın 50-dən çox ölkəsindən təxminən 200 nəfər media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. 2022-ci ildən bəri keçirilən forumda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu müzakirə olunacaq.

Heç şübhəsiz, forum Azərbaycanın geosiyasi kommunikasiyasının, “yumşaq güc” strategiyasının və proaktiv diplomatiyasının əsas mexanizmlərindən biridir. Tədbirin məhz Şuşada keçirilməsi də təsadüfi deyil. Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvol şəhəri olan Şuşanın post-münaqişə dövrünün ideya platformasına çevrilməsi həm də dövlətimizin qlobal problemlərin müzakirəsində fəal iştirakının göstəricisidir. 

İlk növbədə, xarici ictimai rəy yaradıcılarının foruma qatılmaq üçün işğaldan azad olunan bölgələrə gəlməsi vaxtilə ATƏT vasitəçilərinin yaratdığı, yaxud erməni mediasının qərəzli təbliğatı ilə formalaşan yanlış streotipləri dəyişir.

Azərbaycan torpaqlarının işğala məruz qalması, yaşayış məntəqələrinin viran qoyulması və 44 günlük müharibədən sonra aparılan quruculuq işləri forum iştirakçıları tərəfindən birbaşa müşahidə olunur. Post-münaqişə reallıqlarının beynəlxalq auditoriyaya birbaşa nümayiş etdirilməsi Azərbaycanın bərpa etdiyi ədalət barədə obyektiv təsəvvürlər yaradır. 

İkincisi, tarixən mədəniyyət şəhəri kimi tanınan Şuşa işğaldan azad edildikdən sonra ən müxtəlif mövzuların müzakirə edildiyi intellektual mərkəzə çevrilir. Bu intellektual platformada 2022-ci ildə qlobal trendlər və yeni çağırışlar, növbəti il isə, 4-cü sənaye inqilabı dövründə yeni medianın problemləri müzakirə olunmuşdu.

Daha sonra dezinformasiyaya qarşı mübarizə imkanları nəzərdən keçirildi. Ötənilki tədbirin gündəliyində rəqəmsal keçidlər və Süni İntellekt dövründə media dayanıqlılığı kimi aktual məsələlər dayanırdı. Diqqət çəkən nüanslardan biri də budur ki, foruma geosiyasi maraqları açıq şəkildə toqquşan ölkələrdən də nümayəndələr dəvət olunur. Bu, Azərbaycanın çox vektorlu xarici siyasətinin media müstəvisində davamıdır.

Nəticədə, Azərbaycan media quruluşlarının mərkəzində dayandığı yeni peşəkar şəbəkələr yaranır, yerli və beynəlxalq informasiya yayımçıları arasında əməkdaşlıq genişlənir. 

Əlbəttə, Şuşa Beynəlxalq Media Forumuna xüsusi dəyər və məzmun verən Prezident İlham Əliyevdir. Azərbaycan dövlətinin başçısı tədbirdə şəxsən iştirak edir, səmimi bir atmosferdə ona ünvanlanan sualları cavablandırır və mövqeyini qlobal auditoriyaya çatdırır. 2023-cü ildə Azərbaycan prezidentinə ünvanlanan sualların mütləq əksəriyyəti Qarabağ münaqişəsi ilə bağlı idi. Bu ona dəlalət edirdi ki, həmin dövrdə beynəlxalq ictimaiyyət Azərbaycanın hərbi qələbəsindən sonra bölgədə formalaşan yeni siyasi reallığı anlamağa çalışır.

İki il əvvəl isə Azərbaycan prezidentinin beynəlxq miqyasdakı tarixi transformasiya barədə mülahizələri daha çox maraq doğururdu. Ötən il prezident Əliyev Şuşa Media Forumunun iştirakçıları ilə Xankəndidə görüşdü. Dövlət başçısının müxtəlif səpkili suallara cavabının mərkəzində aydın bir xətt vardı: Azərbaycan Cənubi Qafqazın lider ölkəsindən daha geniş regionun orta gücünə çevrilir.

Bu strateji transformasiya beynəlxalq gündəmdə Azərbaycanla bağlı narrativləri də kökündən dəyişir. Bu baxımdan Almaniyada nəşr olunan “Berliner Verlag” qəzetinin redaktoruna prezidentin ötən il verdiyi cavab üzərində dayanmaq yerinə düşər. Dövlət başçısı Qərb mediasında Azərbaycan barədə saxta hekayələrin dolaşması barədə açıq danışmış və bildirmişdi ki, ölkəmizin qaralanma səbəblərindən biri də rəsmi Bakının bəzi beynəlxalq dairələri məyus etməsidir. Prezident İlham Əliyev bu məyusluğun nədən qaynaqlandığını da açıq söyləmişdi:  

“Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi.

Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik. Əgər məsləhətləri dinləsəydik, bu gün ola bilsin BVF-dən və onun “parçala və hökm sür” strategiyasından asılı olardıq. Bir sözlə, biz məsləhətlərə qulaq asmadıq. Güclü ölkə, güclü iqtisadiyyat qurduq”. 

Bəs, Prezident İlham Əliyev bu il Şuşa Media Forumunda hansı mesajlar verəcək? 

Yerli və beynəlxalq ekspert cameəsinin maraqla gözlədiyi sual və cavabları birlikdə izləyəcək, təəssüratlarımızı bölüşəcəyik. Lakin bir qənaəti indidən hasil etmək olar.

Bəli, bəzi xarici dairələrin məyusluğuna rəğmən, Azərbaycan öz müstəqilliyini informasiya müstəvisində də ildən-ilə daha dərindən hiss etdirir. Şuşa Media Forumu məhz bu informasiya suverenliyimizin praktik ifadəsidir.

Azərbaycan başqalarının yaratdığı imiclə hərəkət etmir, özünü birbaşa dialoq və açıq müzakirələr vasitəsilə təqdim edir. Bu təqdimat sürətlə dəyişən və narrativlər uğrunda mübarizənin şiddətləndiyi dünyada həqiqətin bərpasına xidmət edir. Elə bu il Şuşa Media Forumunun qayəsi də həqiqəti bərpa etməyin yollarını aramaqdır. 

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Siyasət

12-03-2026, 15:25

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni

Ölkə

8-11-2023, 08:55

Şuşa şəhərinin işğaldan azad edilməsinin ildönümüdür

Ölkə
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
Yol polisindən sürücülərə - Müraciət
Yol polisindən sürücülərə - Müraciət
Ordubada qar yağdı
Ordubada qar yağdı
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 14:00
    Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
  • Bu gün, 13:40
    Sabah hava necə olacaq?
  • Bu gün, 13:37
    105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
  • Bu gün, 13:33
    İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV
  • Bu gün, 12:05
    XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı - Fotolar
  • Bu gün, 11:43
    Yol polisindən sürücülərə - Müraciət
  • Bu gün, 11:15
    Ordubada qar yağdı
  • Bu gün, 11:10
    “Real” “Leyptsiq”ə, “Qalatasaray” “Lill”ə qarşı
  • Bu gün, 10:32
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • Bu gün, 09:56
    Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
  • Bu gün, 09:14
    Buzovnada mənzildə yanğın
  • Bu gün, 09:00
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Dünən, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Dünən, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Dünən, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə