• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Şuşa şəhərinin işğaldan azad edilməsinin ildönümüdür

Ölkə

8-11-2023, 08:55
Şuşa şəhərinin işğaldan azad edilməsinin ildönümüdür

Şuşa şəhərinin işğaldan azad edilməsinin 3 ili tamam olur.

LiderXəbər-in məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

Dövlət başçısı müraciətində bildirib:“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib: “Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.

Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 16-da - Vətən müharibəsinin gedişində Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Şuşanın işğaldan azad edilməsinin qarşıya hədəf kimi qoyulduğunu açıqlamışdı. Dövlət başçısı“Mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur”, - deyə bildirmişdi.

Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi zəfərə imza atdı.

Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı.

Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir.

Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Şuşanın azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 8 noyabr – Şuşa şəhəri günü kimi təsis edilib.

Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə yeksan edilib.

İşğalçılar Şuşanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, nadir ağac və bitki növləri qırılıb, yandırılıb.

Hazırda Şuşa şəhərində genişmiqyaslı bərpa, quruculuq işləri aparılır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

15-10-2023, 06:13

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür

Ölkə

14-10-2023, 08:30

Mətbuat Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Ölkə

20-10-2023, 09:08

Zəngilan şəhərinin işğaldan azad edilməsinin 3 ili tamam olur

Ölkə

17-10-2023, 00:00

Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür

Ölkə
Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı - Paylaşım etdi
Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı - Paylaşım etdi
Azərbaycanda Müstəqillik Günüdür
Azərbaycanda Müstəqillik Günüdür
Miqrantların deportasiyası üçün mərkəzlər yaradılacaq
Miqrantların deportasiyası üçün mərkəzlər yaradılacaq
Temperatur 40°-yə çatacaq
Temperatur 40°-yə çatacaq
Siyasət
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Dünən, 14:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib
Dünən, 19:32
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib
Prezident Pezeşkianla danışdı
Dünən, 19:08
Prezident Pezeşkianla danışdı
Avropa Hakimlər Assosiasiyası Azərbaycana təşəkkür etdi
25-05-2026, 17:07
Avropa Hakimlər Assosiasiyası Azərbaycana təşəkkür etdi
Prezident müşavirə keçirdi - Fotolar
25-05-2026, 12:09
Prezident müşavirə keçirdi - Fotolar
Azərbaycanla Esvatini Krallığı arasında Anlaşma Memorandumu imzalandı - Fotolar
22-05-2026, 09:00
Azərbaycanla Esvatini Krallığı arasında Anlaşma Memorandumu imzalandı - Fotolar
Xəbər Lenti
  • Bu gün, 09:22
    Tramp seçkilərdə Paşinyanı dəstəklədiyini açıqladı
  • Bu gün, 09:00
    Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı - Paylaşım etdi
  • Bu gün, 08:20
    Azərbaycanda Müstəqillik Günüdür
  • Dünən, 17:36
    “Neftçi”dən mövsümdə ilk transfer
  • Dünən, 15:47
    Kanada viza müraciətlərinə məhdudiyyət qoydu
  • Dünən, 14:15
    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  • Dünən, 13:11
    Miqrantların deportasiyası üçün mərkəzlər yaradılacaq
  • Dünən, 12:12
    Temperatur 40°-yə çatacaq
  • Dünən, 11:05
    Su içmək üçün - Ən doğru vaxtlar
  • Dünən, 10:42
    Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
  • Dünən, 10:00
    Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi necə olmalıdır?
  • Dünən, 09:50
    Konfrans Liqasının qalibi müəyyənləşəcək
  • Dünən, 09:47
    Şimali Koreya süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdi
  • Dünən, 09:35
    Blokada başlayandan bəri 108 gəmi saxlayıblar
  • Dünən, 09:01
    Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi
  • Dünən, 08:54
    Dünyanın ən böyük divar rəsmi çəkildi - Rekord qırıldı
  • Dünən, 08:40
    Azərbaycanda Qurban bayramı qeyd olunur
  • Dünən, 19:32
    Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib
  • Dünən, 19:08
    Prezident Pezeşkianla danışdı
  • Dünən, 15:30
    Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər
  • Dünən, 15:25
    “Qarabağ” 8 min manat cərimə olundu
  • Dünən, 14:58
    TƏBİB-də yeni direktor təyinatları
  • Dünən, 13:16
    Bayram günləri hava necə olacaq?
  • Dünən, 13:15
    Mahir Emreliyə bu ölkədən təklif var
  • Dünən, 12:44
    Azərbaycanı Avropa kubokunda onlar təmsil edəcəklər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə