"Astara" və "Biləsuvar" dövlət sərhəd-keçid məntəqələrində infrastrukturun yenilənməsi, həmçinin binalarda cari və əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Liderxeber.az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedur işlərinin həyata keçirilməsinə başlanılıb.
Dövlət Gömrük Komitəsi sözügedən işlərin reallaşdırılmasına 16 milyon 972 min 808 manat xərcləməyi proqnozlaşdırıb.