• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Vətəndaşlar elə bilir ki, gömrükdə mallarını açır, içindən nəsə götürürlər...”

Ölkə

29-11-2025, 09:47
“Vətəndaşlar elə bilir ki, gömrükdə mallarını açır, içindən nəsə götürürlər...”

Ötən gün Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil edib. 

Liderxeber.az xəbər verir ki, səfərin məqsədi gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər və hava nəqliyyatında gömrük işinin necə həyata keçirildiyini jurnalistlərə əyani göstərmək idi.

Səfər əvvəlcə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqlə başladı. Burada hava nəqliyyatında gömrük işinin təşkili, gömrük postlarının spesifik xüsusiyyətləri və son yeniliklərlə bağlı təqdimat keçirildi.

Daha sonra jurnalistlər Heydər Əliyev Beynəlxalq Hava Limanına yönləndirilərək gömrük proseslərini yerində izlədilər.

Mediatur çərçivəsində Bakı Karqo Terminalında aparılan gömrük nəzarəti prosesi də nümayiş etdirildi. Logistika Mərkəzi Gömrük postunun rəisi Rövşən Mahmudzadə son aylarda əldə olunan nəticələr barədə məlumat verdi.

Onun sözlərinə görə, Risk Analiz Sisteminin (ARAS) tətbiqindən sonra bu il dövlət büdcəsinə 300 min manatdan çox əlavə gömrük ödənişi daxil olub: “Ay ərzində yalnız bağlamalardan yarım milyon manatdan çox vəsait büdcəyə köçürülür. Gündəlik orta hesabla 20–25 min bağlama gömrük nəzarətindən keçirilir”.

R. Mahmudzadə bildirdi ki, gömrük yoxlamaları artıq tam risk əsaslı sistem üzərindən aparılır:

“Bağlamalar daşıyıcı şirkətlər tərəfindən gömrüyə təqdim edilir. Səhv bəyanetmə hallarına ən çox qiymətin və mal sayının düzgün göstərilməməsi daxildir. Tez-tez rast gəlinən şikayətlərdən biri odur ki, vətəndaşlar məhsullarının gömrük işçiləri tərəfindən açıldığını, içindən nəsə götürüldüyünü və ya məhsulun zədələndiyini bildirirlər. Lakin vurğulamaq istəyirik ki, bu, gömrük əməkdaşları tərəfindən edilmir. Bağlama və ya mallar daşıyıcı şirkətin nümayəndəsi tərəfindən açılır, baxış keçirilir və daha sonra sərnişinə təhvil verilir. Gömrük işçiləri mallara əl vurmur. Yoxlama prosesi adətən xüsusi texniki aparat vasitəsilə həyata keçirilir”.

Səfərin növbəti mərhələsində jurnalistlər Logistika Mərkəzi Gömrük postunun iş prinsipləri ilə tanış oldular. Rövşən Mahmudzadə bildirdi ki, burada ölkəyə daxil olan, ölkədən çıxan və tranzit daşınan yüklərin rəsmiləşdirilməsi həyata keçirilir.

O qeyd etdi ki, sutka ərzində 80 ton idxal, 5 ton ixrac, 600 ton tranzit-transfer yük gömrük rəsmiləşdirilməsindən keçir. Yüklərin əsas istiqamətlərinin ABŞ, Avropa ölkələri və BƏƏ olduğu bildirildi.

İdarənin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli isə sərnişindaşıma göstəriciləri ilə bağlı məlumat verdi. O bildirdi ki, 2025-ci ilin son 6 ayı ərzində ölkəyə 12 322 təyyarə reysi və 1 658 738 sərnişin daxil olub. Eyni dövrdə ölkədən 12 331 reyslə 1 597 009 sərnişin yola salınıb. Daşınan baqajın həcmi daxilolmalarda 1 milyon 305 min, çıxışlarda isə 1 milyon 177 min bağlama təşkil edib.

E. Səfərli qeyd etdi ki, son 6 ayda hava nəqliyyatı üzrə 1234 inzibati xəta, 54 cinayət faktı aşkarlanıb.

Eyni zamanda media nümayəndələri “Terminal 1” gömrük postunda şəxslərin sərhədkeçmə proseslərini, əl yükü və baqajlara tətbiq olunan gömrük nəzarəti tədbirlərini, “yaşıl kanal”, “qırmızı kanal” buraxılış sistemlərinin iş prinsipini və rəsmiləşdirilmə əməliyyatlarını əyani şəkildə izlədi. 

Fiziki şəxslərin gömrük sərhədindən keçirdikləri malların bəyan edilməsini sadələşdirmək məqsədilə hava limanlarında “Yaşıl Kanal” və “Qırmızı Kanal” buraxılış sistemləri tətbiq olunur.

Hava Nəqliyyatına Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin böyük inspektoru Xatirə Məmmədova bildirdi ki, “Yaşıl Kanal” malların şifahi, “Qırmızı Kanal” isə yazılı qaydada bəyan olunması – yəni gömrük bəyannaməsinin təqdim edilməsini tələb edən hallar üçün nəzərdə tutulur.

Onun sözlərinə görə, “Yaşıl Kanala” daxil olan şəxs bununla əl yükündə və baqajında yazılı şəkildə bəyan edilməli mal olmadığını təsdiqləmiş olur və bəyannaməsi şifahi şəkildə qəbul edilir:

“Buna baxmayaraq, “Yaşıl Kanal”ın seçilməsi həmin şəxsin mütləq formada həmin kanaldan keçəcəyi anlamına gəlmir. Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən, sərnişində risk göstəriciləri aşkar olunarsa və ya şübhəli davranış müşahidə edilərsə, gömrük əməkdaşları onu “Qırmızı Kanal”a yönləndirə bilərlər.

Sərnişinlərə Gömrük Məcəlləsinin 60 və 61-ci maddələrinə uyğun olaraq suallar verilir, səfər marşrutu barəsində məlumat soruşulur və üzərlərində bəyan olunmalı malın olub-olmadığı dəqiqləşdirilir.

Gömrük nəzarətinin həyata keçirilməsi zamanı əməkdaşlar texniki nəzarət vasitələrindən, xidməti itlərdən, eləcə də mexaniki və elektron cihazlardan istifadə edirlər. Gömrük Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, əməkdaşlar baqajın və bağlamaların açılmasını tələb etmək səlahiyyətinə malikdir və gömrük orqanlarının tələblərinə əməl olunmaması Məcəllənin 81.2-ci maddəsinə uyğun olaraq məsuliyyət yaradır”.

Mediatur zamanı verilən ətraflı məlumat və izahlar gömrük sisteminin qapalı qalan tərəflərini nümayiş etdirməklə media nümayəndələrinə real iş prosesini müşahidə etmək imkanı yaratdı.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Cəmiyyət

28-11-2025, 12:05

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Ölkə

16-05-2025, 12:40

Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"

Siyasət

13-11-2025, 15:42

Prezident Özbəkistan mediasına müsahibə verib

Ölkə
Neftçala neft yatağının 100 illik yubileyi qeyd olunub
Neftçala neft yatağının 100 illik yubileyi qeyd olunub
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
Siyasət
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
Bu gün, 15:53
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
Bu gün, 14:42
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
Bu gün, 14:03
Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 14:13
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
19-09-2026, 10:06
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Rəsmi Bakıdan Fransaya - Çağırış
18-09-2026, 17:26
Rəsmi Bakıdan Fransaya - Çağırış
Xəbər Lenti
  • Bu gün, 19:09
    Neftçala neft yatağının 100 illik yubileyi qeyd olunub
  • Bu gün, 17:23
    Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
  • Bu gün, 17:05
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Bu gün, 16:28
    Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
  • Bu gün, 16:00
    Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
  • Bu gün, 15:53
    IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
  • Bu gün, 15:48
    Sumqayıtda idmançıların tibbi müayinəsi artıq ödənişlidir – RƏSMİ AÇIQLAMA
  • Bu gün, 15:31
    Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı
  • Bu gün, 15:09
    “ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir
  • Bu gün, 15:05
    “Gənclərimizin gələcəyi böyük təhlükə altındadır”
  • Bu gün, 14:42
    “Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
  • Bu gün, 14:03
    Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
  • Bu gün, 13:41
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimə edildi - Kosmetoloq qanunsuz işləyib
  • Bu gün, 12:44
    Əkinçilik ET İnstitutunda Beynəlxalq Sülh gününə həsr olunmuş tədbir keçirilib
  • Bu gün, 11:52
    Türkiyədə liseyə silahlı hücum
  • Bu gün, 11:44
    “Turan Tovuz” – “Fənərbaxça” matçının biletləri satışda
  • Bu gün, 11:15
    Havada tozun miqdarı normadan artıqdır
  • Bu gün, 10:42
    Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir
  • Bu gün, 10:27
    “SİMA İmza” ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et
  • Bu gün, 10:18
    Bakıda 5 məktəb onlayn təhsilə keçdi
  • Bu gün, 09:21
    Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
  • Bu gün, 08:59
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 17:17
    Marketinq mütəxəssisi AZAL-ın işə qəbuluna irad bildirdi
  • Dünən, 16:42
    Azərbaycana buna görə gələnlər üçün viza prosedurları sadələşdirilir
  • Dünən, 16:06
    Lənkəranda döyülən 16 yaşlı oğlan öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə