• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

SN: Bir çox hallarda sonsuzluğun səbəbi cütlükdə genetik faktorlarla əlaqəli olur

Ölkə

25-07-2023, 11:37
SN: Bir çox hallarda sonsuzluğun səbəbi cütlükdə genetik faktorlarla əlaqəli olur

İnsan sağlamlığı genetik, ətraf mühit faktorları, həyat tərzi vərdişləri və mikrobiotanın tərkibi arasında mürəkkəb və balanslı qarşılıqlı əlaqənin nəticəsidir. Bu mürəkkəb prosesdə iştirak edən hər komponentin rolunun dərk olunması bir çox xəstəliklərin yaranma mexanizmləri ilə yanaşı, diaqnostika, müalicə və profilaktikası üçün vacib informasiya verə bilər.

Liderxəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Qurbanova bildirib. Onun sözlərinə görə, reproduktiv nəticələrin yaxşılaşdırılması üçün qeyd edilən faktorların rolu çox aktualdır. Genetik, mikrobiom, həyat tərzi və yaşadığımız mühit arasındakı əlaqələr barədə informasiya həcmi ilbəil artır. Bu da öz növbəsində gələcəkdə sonsuzluğun diaqnostikası və müalicəsində yeni yanaşmaların tətbiqinə imkan verəcək:

“Müasir reproduksiya problemləri haqqında danışdıqda bəzi faktorların rolunu vurğulamaq lazımdır. Reproduktiv sağlamlıq potensialına və sonsuzluğa səbəb ola biləcək amillər arasında qadın orqanizminin inkişafı ana bətnində olduğu andan başlayaraq, daha sonra uşaqlıq (7 yaşa qədər), prepubertat (yetkinlikdən əvvəlki dövr) və pubertat (yetkinlik) dövrlərinin önəmli məqamlarına xüsusi diqqət yetirilməlidir.

Hazırda yoluxucu iltihabi proseslər, piylənmə, düzgün qidalanmama, DNT metilasiyası (DNT nukleotid ardıcıllığının özünü dəyişdirmədən DNT molekulunun modifikasiyası), oturaq həyat tərzi, zərərli vərdişlər (tütünçəkmə, spirtli içkilərin qəbulu və s.) genlərin işinə təsir edən və sonrakı nəsildə patoloji proseslərə səbəb ola biləcək əsas xarici amillərdən hesab olunur.

Cərrahi müalicənin lazımlığı və vacibliyi məsələsi bir çox məqamlardan asılıdır. Təbii ki, əsas diqqət sübutlu standartlara və normativ sənədlərə əsaslanan diaqnostikasının aparılmasına və müalicə taktikasının seçilməsinə verilməlidir.

Mümkün qədər əsassız invaziv müdaxilələrdən çəkinmə və cərrahi əməliyyatdan sonra yarana biləcək ağırlaşmaların dəyərləndirməsi çox önəmlidir. Bu səbəbdən cərrahi müdaxilə qərarını konsilium şəklində verilməsi məqsədəuyğun hesab olunur”.

Həkim deyib ki, bir çox hallarda sonsuzluğun səbəbi cütlükdə genetik faktorlarla əlaqəli olur:

“Problemi müəyyən etmək üçün qadın və kişi genotipində kariotip pozğunluğun olub-olmaması təyin edilməlidir. Təbii ki, bu məqsədlə mütəxəssis genetik konsultasiyası və xüsusi laborator müayinə üsullarından istifadə olunmalıdır.

Sonsuzluğu uğurla aradan qaldırılması üçün mümkün qədər tez və maksimal effektiv şəkildə hamilə qalmamağa səbəb ola bilən diaqnozu qoymaq lazımdır. Burada müasir təbabətin tələblərinə uyğun olaraq və sübutlu standartlara əsaslanaraq “4P” prinsipinə uyğun addımlamaq lazımdır – xəstəliklərin inkişafını proqnozlaşdırmaq (prediksiya); xəstəliklərin baş verməsinin qarşısının alınması (prevensiya və ya profilaktika); hər bir xəstəyə fərdi yanaşma (personalizasiya); xəstənin tibbi tədbirlərdə motivasiyalı iştirakı (partisipasiya).

Təbii ki, ilk mərhələ mümkün qədər bütün risklərin düzgün qiymətləndirilməsidir. Bu sırada ailəvi və şəxsi anamnestik məlumatlar, yaş faktoru, ekstragenital xəstəliklər, reproduktiv sistemin pozğunluqları, cinsi yolla yoluxan infeksiyaların olması, uşaq və yeniyetmə yaş dövrünün xüsusiyyətləri, reproduktiv davranış, abortların sayı və bir çox digər faktorlar dəyərləndirilməlidir.

Hər bir cütlük üçün müasir standartlara və mövcud imkanlara uyğun olaraq fərdi müayinə və müalicə planı tərtib edilməlidir”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

3-03-2023, 11:19

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

7-02-2023, 10:34

Sahibə Qafarova Misirin Baş naziri ilə görüşüb

Ölkə

22-03-2023, 10:34

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb

Ölkə

4-04-2023, 10:00

TƏBİB: Oruc tutmaq şəkərli diabet xəstələri üçün təhlükə ola bilər

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Bu gün, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Bu gün, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Bu gün, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Bu gün, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Bu gün, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Bu gün, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Bu gün, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Bu gün, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Bu gün, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Bu gün, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Bu gün, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Bu gün, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Bu gün, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Bu gün, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Bu gün, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Bu gün, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Bu gün, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Bu gün, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Bu gün, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Bu gün, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Bu gün, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə