• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? - Rəsmi açıqlama

Ölkə

26-01-2026, 15:23
Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? - Rəsmi açıqlama

Azərbaycanda hazırda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb.

Bu barədə Liderxeber.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, virus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil: “Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır.

Nipah virusu Paramyxoviridae ailəsinə aid zoonoz mənşəli (heyvandan insana keçən), xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara əsasən yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas, eləcə də nadir hallarda xəstə insandan hava-damcı yolu ilə keçə bilər. Xəstəliyin inkubasiya dövrü adətən 5–14 gün təşkil etsə də, bəzi hallarda 45 günə qədər uzana bilər. Kliniki əlamətlərə yüksək hərarət, baş, əzələ  boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar və ağır hallarda koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə əsasən simptomatik xarakter daşıyır”.

Məlumatda qeyd olunub ki, Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər: “Virusun insandan insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır. Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür. 

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların məlumatları mütəmadi əsasda izlənilir. Profilaktik məqsədlə yarasalar tərəfindən çirkləndirilə biləcək meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrinin qəbulundan çəkinilməsi, xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya-gigiyenik qaydalara riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa, vaxtında həkimə müraciət etməsi tövsiyə olunur. Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

6-01-2025, 17:53

Qrip əlamətlərini paylaşan metapnevmovirus: Hədəfdə uşaqlar var

Ölkə

21-10-2025, 16:34

Ət alarkən bunlara diqqət edin!

Ölkə

19-01-2024, 13:25

Qızılcanın əsas kliniki əlamətləri - Açıqlandı

Ölkə

22-08-2024, 10:06

Nazirlik: Azərbaycanda bu günədək meymunçiçəyi ilə bağlı şübhəli hallar qeydə alınmayıb

Ölkə
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Bu gün, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Bu gün, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Bu gün, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Bu gün, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Bu gün, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Bu gün, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Bu gün, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Bu gün, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Bu gün, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Bu gün, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Bu gün, 13:16
    Sabah hava necə olacaq?
  • Bu gün, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Bu gün, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Bu gün, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Bu gün, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Bu gün, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Bu gün, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Bu gün, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Bu gün, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Bu gün, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Bu gün, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Bu gün, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə