• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir

Ölkə

24-10-2025, 15:10
Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir

Azərbaycanda "NETTY2025" Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir. Artıq 140-dən çox layihə təqdim olunub.

2025-cü ildə "NETTY" çərçivəsində resurslar aşağıdakı əsas kateqoriyalar üzrə qiymətləndirəcək:

- Elektron dövlət və rəqəmsallaşdırma;

- Rəqəmsal iqtisadiyyat, biznes və startaplar;

- İnnovasiyalar, kibertəhlükəsizlik, və süni intellekt;

- Elm, təhsil və rəqəmsal savadlılıq;

- Media, mədəniyyət və kreativ kontent;

- XXI əsrin həyat tərzi və turizmi;

- Cəmiyyət və inklüzivlik üçün texnologiyalar.

NETTY - bu gün Azərbaycan rəqəmsal ekosistemində tanınmaq, öz layihəsini ictimaiyyətə və ekspertlərə təqdim etmək üçün ən vacib platformadır.

Hər nominasiya üç sahədən ibarətdir: veb-saytlar, tətbiqlər və sosial səhifələr. Hər nominasiya üzrə hər bir istiqamət üzrə qalib müəyyən ediləcək. İştirakçılar aşağıdakı üç meyara görə qiymətləndirilir: ideya, məzmun, icra.

Hazırda müsabiqədə iştirak edən resursların 70%-i internet saytlarıdır, iştirakçıların qalan hissəsi, hələ ki, sosial səhifələr və tətbiqlər arasında bərabər bölünür.

Hazırda ən çox iştirakçı "Rəqəmsal iqtisadiyyat, biznes və startaplar" nominasiyasında, ən az iştirakçı isə "Elektron dövlət və rəqəmsallaşdırma" nominasiyasındadır.

2009-cu ildən başlayaraq "NETTY" çərçivəsində "İlin İT hadisəsi" fəxri nominasiyası da mövcuddur. Oktyabrın 20-dən bu nominasiya üzrə də ərizələrin qəbuluna başlanılıb. Bu nominasiya Azərbaycanın yüksək texnologiyalar bazarında əsas layihələri müəyyənləşdirir və mükafatlandırır. Nominasiyanın keçirilməsi "NETTY" mükafatının təşkilat komitəsi və "InfoCity" jurnalının redaktorları tərəfindən irəli sürülüb.

Müsabiqə iştirakçılarının ərizələri www.netty.az saytında qəbul olunur və noyabrın 24-dək davam edəcək. Noyabrın 24-dən dekabrın 5-dək namizədlərin siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək. Dekabrın 6-da "NETTY" Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

"NETTY 2025"in qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Bütün müsabiqə nominantları tədbirə dəvətlidir. Müsabiqə zamanı nominantlar və qaliblər diplomlar və rəsmi "NETTY" mükafatlarını, həmçinin müsabiqə partnyorları tərəfindən hədiyyələri alırlar. Medianın və internet auditoriyasının diqqəti təmin edilir.

Səsvermə başlamazdan əvvəl müsabiqənin bir hissəsi olmaq üçün bir neçə üsul var - iştirakçı, virtual münsiflər heyətinin üzvü və ya müsabiqənin eksperti olmaq.

"İştirakçılar" öz layihələri, veb-resurslarını, sosial şəbəkələrdəki səhifələrini və ya tətbiqlərini mükafatın saytında qeydiyyatdan keçirmiş istifadəçilərdir.

"Virtual münsiflər heyəti" internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti "Virtual Münsiflər Heyətinin Seçimi" kateqoriyasında müsabiqədə iştirak edənlərin ümumi sayından üç namizəd seçir.

"Ekspert Şurası" müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası nominasiyaların hər biri üzrə, və hər sahə üzrə üç namizəd seçir.

"NETTY Akademiyası" Azərbaycanın dövlət, ictimai və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.

Bu ilki mükafatı dəstəkləyənlər:

Baş tərəfdaş: "NAR"

Rəsmi tərəfdaş: "AZINTELECOM"

Tərəfdaşlar: Azərbaycan İnnovasiya Mərkəzi (AIM), SmartHost, Savalan, AliNino, Matrix Akademiyası, Online.az, Renley.

İnformasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, Infocity.tech, Technote.az, Oxu.Az, "Каспий" qəzeti, Baku.TV, Baku.ws, Radio Enerji, Kazzımli Photography, Sapunov Online, ALR Media.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz. Müsabiqə haqqında ətraflı məlumat əldə etmək və iştirak etmək üçün www.netty.az saytına baxa bilərsiniz.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Ölkə
Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Bu gün Bakını bürüyən səslər... - Video
Bu gün Bakını bürüyən səslər... - Video
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Siyasət
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Xəbər Lenti
  • Bu gün, 09:54
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:21
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
  • Bu gün, 09:03
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 09:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Dünən, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Dünən, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Dünən, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Dünən, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
  • Dünən, 09:00
    “Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
  • Dünən, 08:50
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • 8-11-2026, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • 7-11-2026, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • 7-11-2026, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • 7-11-2026, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə