• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Yeni tikilən binaların istismar müddəti azı 100 il olmalıdır - Qərar

Ölkə

2-10-2025, 08:58
Yeni tikilən binaların istismar müddəti azı 100 il olmalıdır - Qərar

“Yüksək binalar və komplekslər. Layihələndirmə normaları” təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə müvafiq qərarı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev imzalayıb.

Sənədə əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir.

Layihələndirilən yüksək binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir.

Yüksək binalar üçün məsuliyyətlilik üzrə etibarlılıq əmsalının qiyməti xüsusi texniki şərtlərlə təyin olunur və aşağıdakı qiymətlərdən kiçik qəbul edilmir:

- binanın hündürlüyü 100 m-dək olduqda – 1,1;

- binanın hündürlüyü 100 - 150 m-dək olduqda – 1,15;

- binanın hündürlüyü 150 - 200 m-dək olduqda – 1,2.

Binanın qoruyucu konstruksiyalarının və düyünlərinin bərkidilmə elementlərinin hesablanmasında Ɣn= 1,0 qəbul edilir.

Binalar layihələndirildikdə elmi, metodik, nəzarətedici, analitik işlər (geotexnik monitorinq, yükdaşıyan konstruksiyaların və fasad sistemlərinin vəziyyətinin monitorinqi, konstruksiya və materialların zəruri sınaqları, aerodinamik sınaqlar və s.), daxil olmaqla, binanın inşasında və istismarında təhlükəsizliyin təmin edilməsi və layihə ilə nəzərdə tutulan bütün funksiyaların yerinə yetirilməsi üçün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.

Yüksək binaların layihə sənədlərinə sifarişçi (podratçı) və layihəçi tərəfindən hazırlanan binanın elektrik xətlərinin sxemləri, havalandırma kanallarının yerləri və istismar zamanı mülkiyyətçilər (icarəçilər, istifadəçilər) tərəfindən tikinti işləri aparmaqla müdaxilə edilməsinə yol verilməyən konstruksiya elementləri və avadanlıqları barədə məlumatlar, yanğından mühafizə sisteminin saxlanması və texniki xidmət qaydaları, həmçinin yanğın zamanı təxliyyə planını özündə ehtiva edən Təlimat əlavə olunmalıdır.

Tikinti layihəsinin tərkibinə binanın və mühəndis sistemlərinin əsas xüsusiyyətlərini özündə əks etdirən binanın texniki pasportu daxil edilməlidir.

Layihə sənədlərində bina konstruksiyalarının inşası və mühəndis sisteminin quraşdırılması işlərində həddi sapmalar qeyd edilməlidir.

Binaların layihələndirilməsi, tikilməsi və istismarında binaların və onların daxilindəki insanların kompleks təhlükəsizliyinin təmin edilməsi üzrə təşkilati-texniki tədbirlər həyata keçirilməlidir. Binalar tikinti konstruksiyalarının və mühəndis sistemlərinin vəziyyətinin monitorinqini həyata keçirən və binaların və insanların kompleks təhlükəsizliyini təmin edən xidmətlərin yerləşdirilməsi üçün müvafiq yerləşgələrlə təchiz olunmalıdır.

Binaların layihəsində və tikintisində uyğunluq sertifikatı olan və yanğın təhlükəsizliyinə görə qanunvericiliyin tələblərinə uyğun material, məmulat və konstruksiyalar nəzərdə tutulmalıdır.

Binanın yuxarı və aşağı mərtəbələri arasında hava təzyiq fərqinin yaranmasının və bunun nəticəsində binanın daxilində temperatur rejiminin pisləşməsinin qarşısını almaq məqsədilə xarici və daxili qoruyucu konstruksiyalar (divarlar, pəncərələr, qapılar və s.) mümkün minimal havakeçiriciliyi ilə layihələndirilməlidir.

Tikinti ərazisində mühəndis-axtarış işlərinin aparılması, binaların layihələndirilməsi, tikintisi və monitorinqi müvafiq lisenziyaya  və AZS ГОСТ 27751-ə uyğun olaraq yüksək məsuliyyət səviyyəsinə aid edilən obyektlərdə iş təcrübəsinə malik  şəxslər tərəfindən yerinə yetirilməlidir.

Mülki müdafiə üzrə tədbirlər layihə tapşırığı ilə və TNvəQ II-11-in tələbləri nəzərə alınmaqla müəyyənləşdirilir.

Ekoloji tələblər qüvvədə olan sanitariya-epidemioloji normalara uyğun qəbul edilməlidir.

Əlilliyi olan şəxslər üçün yüksək bina və komplekslərin əlverişli olması, onların yaşaması və ya qalması nəzərdə tutulan sahələrin yerləşgələrin planlaşdırılması AzDTN 2.6-1*, STN 62-yə uyğun olmalı və “Bina və qurğuların layihələndirilməsində əlillər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması üzrə Müvəqqəti Təlimat” nəzərə alınmalıdır.

Yüksək binaların və komplekslərin yanğından mühafizə layihələrində avtomatlaşdırılmış yanğınsöndürmə və yanğın xəbərdaredici sistemləri (siqnalizasiyası) nəzərdə tutulmalıdır.

Yüksək binalar və komplekslər üçün tikinti ərazilərinin seçilməsi AzDTN 2.6-1*-in tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.

Yüksək binaların və komplekslərin tikinti ərazisi seçildikdə aşağıdakıların nəzərə alınması zəruridir:

-  yüksək binaların tikintisinin ətraf və ümumşəhər tikililərinə təsirinin vizual-landşaft qiymətləndirilməsi aparılmaqla şəhər ərazisinin zonalaşdırılması;

-  seçilən ərazinin geotexniki şəraitinin qiymətləndirilməsinin aparılması və tikilən sahənin və ətraf ərazilərin geoloji-hidrogeoloji şəraitinin dəyişməsi proqnozunun verilməsi;

-  mühəndis şəbəkələri və nəqliyyat magistrallarının resurs təminatı imkanlarının müəyyənləşdirilməsi;

- yüksək binaların yerləşdirilməsinin aviasiya xidmətləri ilə razılaşdırılması;

-  binaların mikroiqlim, işıqlandırılma və insolyasiya proqnozunun, həmçinin bitişik ərazilərdə yerləşən tikililər üçün bu amillərin dəyişməsi mümkünlüyünün qiymətləndirilməsi.

Binaların və bitişik ətraf ərazilərdə abadlıq elementlərinin yerləşdirilməsi üçün sahənin ölçüləri, onların memarlıq-planlaşdırma həlləri ilə qəbul olunmuş yerləşmə şəraiti və yanğınəleyhinə tələbləri, həmçinin binaların hissə-hissə və ya tam dağılmasına səbəb ola biləcək fövqəladə hallar nəticəsində yaranan risklər nəzərə alınmaqla təyin edilməlidir.

Binalar və binalarla tikinti ərazilərinin sərhədləri arasında ara məsafələri Şəhərsalma və Tikinti Məcəlləsi, AzDTN 2.6-1* və “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a müvafiq müəyyən edilir.

Bina və komplekslərin tikinti sahəsinin və yaşıllaşdırma, giriş yolları, nəqliyyat infrastrukturunun yaxınlıqda yerləşən elementləri daxil olmaqla ərazinin abadlığının təşkili, onların normal fəaliyyətini və onlara texniki xidmət göstərilməsini həmçinin, fövqəladə halların nəticələrinin ləğv edilməsi mümkünlüyünü təmin etməlidir. Binalarda müxtəlif funksional təyinatlı sahələr yerləşdirildikdə, onların bir-birindən asılı olmayaraq ayrıca istismar olunması və texniki xidmətlər göstərilməsi mümkünlüyü təmin edilməlidir.

Bitişik ərazilərdə binaların sayından, təyinatından və həcmi-planlaşdırma həllərindən asılı olmayaraq aşağıdakı abadlıq elementləri nəzərdə tutulmalıdır:

- baş yollara giriş və çıxışlar;

- avtomobil duracaqları;

- istirahət zonaları;

- yaşıllıq zonaları;

- xüsusi avtomobil nəqliyyatı ilə tullantıların yığılması üçün tutumların yerləşdirilməsi.

Binaların təyinatından asılı olaraq bitişik ərazilərdə abadlıq və xidmətlərin başqa elementləri də yerləşdirilə bilər.

Binalar tikilmiş ərazilərdə avtomobil duracaqları AzDTN 2.7-1*-in tələblərinə uyğun layihələndirilməlidir.

Binalardan ayrıca yerləşən avtomobil duracaqlarının ölçüləri, tutumu və növü istismar tələblərinə cavab verməlidir. İstismar tələbləri binanın funksional təyinatından asılı olaraq müəyyən edilməlidir.

Binalara texniki xidmətlər göstərilmə zonası hüdudlarında avtonəqliyyatın hərəkətini,  manevr etməsini, o cümlədən fövqəladə halların  nəticələrinin ləğv edilməsini çətinləşdirən tikinti obyektləri və abadlıq elementləri layihələndirilməməlidir.

Avtomobil və piyada keçidləri, meydançalar elə layihələndirilməlidir ki, yarana biləcək fövqəladə hallarda təxliyyə olunan insanların zəruri yerləşdirilməsi təmin edilsin.

Tikinti ərazisi 9 ha-dan çox olan bina kompleksinin ətrafı boyu dairəvi yol layihələndirilməlidir. Binalarla yol arasında məsafə  25 m-dən  çox olmamalıdır.

Binalara avtomobil yanaşma yolları layihələndirilərkən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında istifadə olunan xüsusi texnikanın hərəkəti üçün təyin edilmiş sahələrdə nəqliyyat vasitələrinin daimi və müvəqqəti duracaqlarının (avtomobillərin parklanmasının) istisna edilməsi və hərəkətin məhdudlaşdırılması nəzərdə tutulmalıdır.

Bina ətrafı ərazilərin planlaşdırılması əlilliyi olan (o cümlədən təkərli oturacaq təyin edilmiş) şəxslərin maneəsiz hərəkətinin mümkünlüyünü təmin etməlidir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-12-2023, 15:22

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

21-06-2025, 09:58

Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

Ölkə

11-12-2024, 10:05

“Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları” təsdiqlənib

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Yolu keçərkən canından oldu
Yolu keçərkən canından oldu
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Siyasət
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
30-04-2026, 17:57
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
30-04-2026, 16:37
Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
30-04-2026, 13:09
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
30-04-2026, 12:30
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
Prezident bu sazişi təsdiq etdi
29-04-2026, 17:27
Prezident bu sazişi təsdiq etdi
Deputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
29-04-2026, 17:10
Deputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
Xəbər Lenti
  • Dünən, 11:09
    Dubayda yaşayış icazəsi almaq asanlaşdı
  • Dünən, 10:46
    Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
  • Dünən, 09:30
    Yolu keçərkən canından oldu
  • Dünən, 09:08
    “Sumqayıt” “Kəpəz”ə, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
  • Dünən, 17:51
    İran Pakistan vasitəsilə ABŞ-yə yeni atəşkəs təklifləri göndərdi
  • Dünən, 17:48
    Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
  • Dünən, 16:46
    Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
  • Dünən, 16:35
    “Sərfəli şərt, az komissiya” vədi ilə yüzlərlə vətəndaşı aldatdılar - Video
  • Dünən, 14:14
    FHN bir neçə obyekt üzrə 3.5 milyon manatlıq tender elan etdi
  • Dünən, 14:00
    Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
  • Dünən, 13:31
    Metro və avtobuslarda əlavə gedişhaqqı çıxılması ilə bağlı - Rəsmi açıqlama
  • Dünən, 12:47
    ABŞ-də banka silahlı hücum: İki əməkdaş qətlə yetirildi
  • 1-05-2026, 11:46
    Bu yollar bağlı olacaq - Siyahı
  • 1-05-2026, 11:37
    “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”
  • 1-05-2026, 11:11
    “Gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək”
  • 1-05-2026, 10:37
    Küləklə bağlı - Xəbərdarlıq
  • 1-05-2026, 09:51
    Gömrükdə qida məhsulları ilə bağlı yenilik
  • 1-05-2026, 09:35
    Ukraynada sərnişin qatarı avtokranla toqquşdu: Ölənlər var
  • 1-05-2026, 09:09
    Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq
  • 1-05-2026, 09:04
    Sürreal saat rekord qiymətə satıldı
  • 1-05-2026, 08:50
    “İran atəşkəsdən istifadə edir”
  • 30-04-2026, 17:57
    İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
  • 30-04-2026, 17:35
    Çörək bahalaşacaq? - Açıqlama
  • 30-04-2026, 17:27
    Ermənilərin qorxulu röyası — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
  • 30-04-2026, 17:00
    Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə