• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Hər gün sıxlıq olan bu küçədə dəyişikliklər olacaq

Ölkə

16-09-2025, 10:15
Hər gün sıxlıq olan bu küçədə dəyişikliklər olacaq

Nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, dəyişikliklərə əsasən, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissədə birtərəfli hərəkət təmin ediləcək.

Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərədə tutulub. Bununla da yolun funksionallığı artırılacaq. Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyədönmə yerləri təşkil olunacaq.

Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən “Gənclik” metrostansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.

Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından – əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər.

Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.

Atatürk prospektindən Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsi ilə metronun “Gənclik” stansiyası istiqamətində getmək istədikdə parkın yanından birbaşa birinci döngədən istifadə etməli olacaqlar.

Əlövsət Əbdülrəhimov küçəsindəki parkın sonunda, Koroğlu Rəhimov küçəsinə olan ikinci döngə nəqliyyat vasitələrinin qarşıda, Həsən Əliyev küçəsi ilə kəsişmədə yalnız sola – metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət etmələrini təmin edəcək.

Sürücülərin dəyişiklikləri rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq. Piyadaların təhlükəsizliyi üçün Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində işıqforla tənzimlənən piyada keçidləri təşkil olunacaq.

Daha bir dəyişikliyə əsasən, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsində əlavə hərəkət zolağı təşkil olunmaqla bu istiqamətdə 3 hərəkət zolağı təmin ediləcək. Əks istiqamətdə isə zolaqların sayı dəyişməz olaraq qalacaq.

Qeyd edək ki, layihə Bakının “rəqəmsal əkiz”i üzərində simulyasiya edilərək hazırlanıb.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

28-06-2024, 12:28

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - Siyahı

Ölkə

25-10-2024, 12:19

Bakıda İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılır

Ölkə

8-09-2024, 13:51

Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək

Ölkə

2-12-2024, 18:07

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının siyahısı açıqlandı

Ölkə
Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi
Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi
Bakıda yeni tunel tikiləcək
Bakıda yeni tunel tikiləcək
Qazi aşpaz vəfat etdi - Foto
Qazi aşpaz vəfat etdi - Foto
Prokurorluq əməkdaşları təltif edildi - Siyahı
Prokurorluq əməkdaşları təltif edildi - Siyahı
Siyasət
Ərdoğan Əliyevə zəng edib
Bu gün, 09:44
Ərdoğan Əliyevə zəng edib
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
26-09-2026, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
26-09-2026, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
26-09-2026, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
24-09-2026, 16:17
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
24-09-2026, 11:11
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Xəbər Lenti
  • Bu gün, 14:11
    6 ayda 35 minə yaxın adamı it dişləyib - 1 nəfərdə quduzluq olub
  • Bu gün, 13:48
    Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Bu gün, 13:33
    Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək
  • Bu gün, 13:21
    Ermənistanda benzin və dizelin qiymətində - Tarixi rekord
  • Bu gün, 12:38
    İrlandiyalılardan İsrailə etiraz - Rəqib oyunçularla görüşmədilər
  • Bu gün, 12:21
    Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi
  • Bu gün, 11:15
    Bakıda yeni tunel tikiləcək
  • Bu gün, 11:10
    Qazi aşpaz vəfat etdi - Foto
  • Bu gün, 10:41
    Prokurorluq əməkdaşları təltif edildi - Siyahı
  • Bu gün, 10:07
    Qızılın qiyməti son ayların ən aşağı səviyyəsinə düşdü
  • Bu gün, 09:44
    Ərdoğan Əliyevə zəng edib
  • Bu gün, 09:07
    UEFA Millətlər Liqasında günün oyunları: Türkiyə və İtaliya üz-üzə
  • Bu gün, 08:46
    Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama
  • Bu gün, 08:39
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı
  • 26-09-2026, 13:44
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:01
    Laçında traktor minaya düşdü
  • 26-09-2026, 12:42
    Formula 2-də ikinci yarışın qalibi bilindi - Yenilənib
  • 26-09-2026, 12:00
    İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
  • 26-09-2026, 11:22
    Formula 2-də ikinci əsas yarış başladı
  • 26-09-2026, 10:28
    “30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
  • 26-09-2026, 10:16
    “Trampla üz-üzə görüşmək mənim üçün çətin olacaq” - Pezeşkian
  • 26-09-2026, 09:47
    “Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
  • 26-09-2026, 09:15
    Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulur
  • 26-09-2026, 09:00
    “Ərazilərinin minalarla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır”
  • 25-09-2026, 17:30
    Rassel yenə birinci oldu - Yenilənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə