• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - Siyahı

Ölkə

28-06-2024, 12:28
Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - Siyahı
Azərbaycanda parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.
Liderxeber.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə təklif edilən yeni 346-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.
Eyni zamanda 346-1.7-ci yeni maddəyə görə, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olacaq. Digər dəyişikliklə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək.
Mövcud qanunvericilikdə isə qeyd edilib ki, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir.
Digər dəyişikliklə parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda 20 manat məbləğində cərimə olunacaq.
Hazırkı qanunvericilikdə bildirilir ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir.
Daha bir dəyişikliklə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.
Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

12-06-2024, 12:00

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir - SİYAHI

Ölkə

28-06-2024, 10:45

VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik edilib

Ölkə

25-06-2024, 17:53

VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyi açıqlanıb - Siyahı

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə
Bu şəxslərlə bağlı qanun dəyişdi
Bu şəxslərlə bağlı qanun dəyişdi
Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
İcarəçi təmir xərclərini hansı halda tələb edə bilər? - Ali Məhkəmədən Qərar
İcarəçi təmir xərclərini hansı halda tələb edə bilər? - Ali Məhkəmədən Qərar
Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq
Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq
Siyasət
Azərbaycanla Qırğızıstan arasında bu anlaşma memorandumu təsdiqləndi
Bu gün, 14:20
Azərbaycanla Qırğızıstan arasında bu anlaşma memorandumu təsdiqləndi
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
Dünən, 15:55
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - FOTO
Dünən, 14:08
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - FOTO
İlham Əliyev Putinlə söhbət etdi - Foto
Dünən, 13:16
İlham Əliyev Putinlə söhbət etdi - Foto
Bayramov iranlı həmkarı ilə görüşdü - Foto
Dünən, 12:02
Bayramov iranlı həmkarı ilə görüşdü - Foto
Prezidentin ŞƏT “plyus” formatında görüşdə çıxışı gözlənilir
Dünən, 10:24
Prezidentin ŞƏT “plyus” formatında görüşdə çıxışı gözlənilir
Xəbər Lenti
  • Dünən, 17:20
    Sürücülərin nəzərinə: Bakıda yol bağlanacaq
  • Dünən, 16:27
    Estoniyada yeni prezident seçildi
  • Dünən, 15:24
    Tbilisiyə saxta bilet satışı ilə bağlı ADY-dən - Xəbərdarlıq
  • Dünən, 14:52
    Bu şəxslərlə bağlı qanun dəyişdi
  • Dünən, 14:20
    Azərbaycanla Qırğızıstan arasında bu anlaşma memorandumu təsdiqləndi
  • Dünən, 13:47
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 13:18
    Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
  • Dünən, 13:11
    İcarəçi təmir xərclərini hansı halda tələb edə bilər? - Ali Məhkəmədən Qərar
  • Dünən, 12:39
    Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq
  • Dünən, 12:07
    Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi
  • Dünən, 11:34
    Bu həkimlər 3 min manat əməkhaqqı alacaq
  • Dünən, 11:26
    ABŞ-nin bu ölkələrdəki hərbi bazaları vuruldu - Yenilənib
  • Dünən, 10:53
    Sabahdan I sinfə elektron qəbul yekunlaşır
  • Dünən, 10:48
    Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi
  • Dünən, 10:07
    Aclıq hissini necə idarə etmək olar? - Həkimdən məsləhət
  • Dünən, 09:44
    “Süni intellektdir” dedilər, üzən ada kəşf edildi - Foto
  • Dünən, 09:12
    Bəhreyndəki ABŞ bazası vuruldu
  • Dünən, 09:05
    ABŞ-nin İsraildəki səfirliyi də xəbərdarlıq yaydı
  • Dünən, 09:00
    Şamaxıda zəlzələ oldu
  • Dünən, 08:43
    ABŞ İranda toy keçirilən yeri bombaladı - Yenilənib
  • Dünən, 17:22
    Paşinyandan Azərbaycanla münasibətlərə dair - Açıqlama
  • Dünən, 17:13
    232 minlik malı bəyan etmədilər
  • Dünən, 16:55
    Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb?
  • Dünən, 16:30
    Bakıda yeni tribuna quraşdırıldı
  • Dünən, 16:21
    Nepalda daşqınların yuyub apardığı pulla dolu bank seyfləri axtarılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə