• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tətbiq etməkdədir” - Sabiq məmur haqqında İDDİA

Ölkə

9-08-2025, 08:06
“Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tətbiq etməkdədir” - Sabiq məmur haqqında İDDİA

İşğaldan azad olunmuş ərazilərdə tikinti quruculuq işlərinin görülməsi ilə bağlı keçirilən tender prosedurlarında korrupsioner məmur müdaxilələrinin olmasına şübhələr getdicə artmaqdadır. 23.01.2025- ci ildə və 31.01.2025- ci ildə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa ,Tikinti və İdarəetmə Publik Hüquqi Şəxs tərəfindən elan olunmuş tenderlərdə ümumi olaraq 27 təchizatçı şirkət iştirak etsə də nəticə dəyişməz olaraq “ Dövlət Satınalmaları haqqında” Qanunun 33.13 cü maddəsinə əsasən “SMTS” MMC- nin qalib olunması ilə yekunlaşmışdır.
 
Mahiyyət etibarı ilə bu qanun imkan verir ki, uyğunluq sertifikatı əldə etmiş təchizatçıya güzəştlər tətbiq edilsin.Amma bu güzəştlər gizli sövdələşməyə və dövlət büdcəsinin talanmasına əsas verməməlidir. Reallıq ondan ibarətdir ki, tenderdə iştirak edən və qalib elan olunan istənilən təchizatçı yerli istehsal mal-materiallarından istifadə edir. Çünki kommersiya baxımından təchizatçı üçün sərfəlidir. Bu tenderlərdə də büdcəyə qənat prinsipini əsas götürərək daha münasib qiymət təklifi ilə çıxış edən təchizatçılar olmuşdur. Məsələn: “SMTS” MMC “Ağdam şәhәri 4 nömrәli yaşayış massivi, 1-ci vә 2-ci mәhәllәlәr üzrә çoxfunksiyalı orta mәrtәbәli yaşayış binalarının tikintisi işlәri üçün 36 586 240.32 manat, 5və 6 məhəllələr üzrə 36 536 755.81manat,7 və 8 məhəllələr üzrə 26 013 265.20 manat verdiyi qiymət təklifinə qarşı ardıcıl olaraq “KÖRPÜ­BİNA­TİKİNTİ”MMC 33442792.68 , 33336108.46 manat və “ AZӘRSUTӘCHİZATTİKİNTİ AÇIQ SӘHMDAR CӘMİYYӘTİ 23799994.34 manat qiymət təklifi vermişdir.Göründüyü kimi 3 (üç) tender üzrə dövlət büdcəsindən əlavə 8 556 366 manat vəsaitin heç bir zərurət olmadan leqallaşdırılması təmin olunub.Hansı ki, bu vəsaitlə əlavə onlarla fərdi yaşayış mənzilləri tikilə bilərdi. Azərbaycanın tikinti sektorunda kifayət qədər təcrübəyə malik olan “KÖRPÜ­BİNA­TİKİNTİ”MMC kimi təşkilatların hüquqlarının hansısa məmurun şəxsi maraqları naminə pozulması qəbuledilməzdir. Bu gizli sövdələşmələrin olması üçün şübhələrə yol açır. Eyni zamanda tenderdə iştirak edən 26 təchizatçının hüquqlarının kobud surətdə pozulması və növbəti tenderlərin şəffaf keçiriləcəyinə inamsızlıq yaradır.
 
Hər birimizdə bu ərazilərdə görüləcək işlərin ən azı şəhidlərimizin ruhu naminə şəffaflığın maksimum təmin olunacağı inamı yaranmışdı. Çünki bu milli mənəvi və eyni zamanda separatçı ünsürlər üçün bir psixolojı məsələ idi.Təəssüflər olsun ki, satınalınma təşkilatların bəzi korrupsioner ünsürləri büdcəyə qənaət yox ,sözün əsl mənasında qənim prinsipləri ilə çalışırlar. Şəxsi mənafe düşkünləri “Dövlət Satınalmaları haqqında” Qanunun 33.13 maddəsindən dövlət büdcəsindən əlavə vəsaitlərin alınması üçün süni istifadə edərək həm öz kapitallarını artırır, həm də oğurladıqları vəsaiti qanuniləşdirirlər. Bunun adı dövlət vəsaitini açıq talamaqdır. Cəmiyyətdə adı korrupsioner məmur kimi hallanan ünsürlərin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində məsul vəzifələri daşımaları şəffaf rəqabətin yaranmasındə böyük şübhələrə yol açır.
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 maddələrinə əsasən təkrar törədilməklə külli miqdarda mənimsəmə və israf etmə eyni zamanda, 308-2 ci maddəsinə əsasən “Dövlət satınalmaları haqqında” qanunvericiliyin pozulması hallarına əsaslı şübhələr var. Bütün sadalananlar 2024-2025- ci il aralığında keçirilən adı çəkilən tenderlərin araşdırılmasına və hüquqi qiymətin verilməsinə kifayət qədər əsas verir. Eyni zamanda, güzəşt tətbiqi prosesinin hüquqi əsaslarla yoxlanmalı və hər bir təchizatçının təklif qiymətləri araşdırılmalıdır.
 
Əlavə olaraq qeyd etmək istəyirik ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa ,Tikinti və İdarə etmə Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədovdur. Bu həmin Leysan Məmmədovdur ki, 2009 – 2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində direktor müavini vəzifəsində işlədiyi dövr ərzində Hesablama Palatasının araşdırmaları zamanı külli miqdarda korrupsiya hallarına yol verdiyi məlum olmuşdur.Hesablama Palatası Gənclər və İdman Nazirliyinin rəhbərliyinə törədilmiş hüquqpozmalara görə müvafiq olaraq cinayət və inzibati məsuliyyətin müəyyən edilməsini tövsiyə etsə də nazirlikdən hüquq-mühafizə orqanlarına hər hansı müraciətin göndərilməməsi də şübhə doğurur.Görünür, Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tətbiq etməkdədir.
 
Demokrat.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

12-06-2025, 17:40

Sosial müavinətlərin məbləği artırıldı

Ölkə

8-04-2024, 13:58

Bir sıra məhkəmələrə sədrlər təyin edilib

Ölkə

27-03-2025, 14:10

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə
Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Bu gün, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Bu gün, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Bu gün, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Bu gün, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Bu gün, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Bu gün, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Bu gün, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Bu gün, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Bu gün, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Bu gün, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Bu gün, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Dünən, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Dünən, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Dünən, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Dünən, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Dünən, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Dünən, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Dünən, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Dünən, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Dünən, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə