• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada şəhid Camal İsmayılovun doğum günü qeyd olunub

Ölkə

7-07-2025, 18:17
Neftçalada şəhid Camal İsmayılovun doğum günü qeyd olunub
Bu gün Neftçala rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 41 illiyinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun döyüş yoldaşları, şəhid ailə üzvləri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl tədbir iştirakçıları tərəfindən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub. 
Şəhidin ailəsinin yaşadığı Neftçala rayonu, Həsənabad qəsəbəsində  davam edən tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib. 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək bildirdi ki, vətənə Zakir Məcidov, Samid İmanov, Camal İsmayılov kimi qəhrəmanlar, neçə-neçə igid oğullar  bəxş edən torpaqda qeyd olunan Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun doğum günü mərasimində qəhrəmanımızın timsalında vətənin hünər salnaməsinə adını bəxş etmiş bütün şəhidlərimiz xatırlanır. Ölkəmizdə şəhid adlarının əbədiləşdirilməsi tariximizi yaşadan hər bir şəhidimizə ayrı-ayrılıqda ehtiram guşəsidir. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun əziz xatirəsinə yaradılan bu məkan da hünər tariximizin bir parçasını özündə əks etdirən müqəddəs yerlərdən biridir. Qəhrəmanımızın nəsillərə örnək ömür yolunun təbliğinə, eloğlumuzun qəlblərə köçən xatirəsini yaşatmağa xidmət edən bu məkan xalqımızın rəşadət nümunəsi, böyük Zəfər salnaməsinin önəmli bir parçasıdır. Camal İsmayılovun döyüş yolunun parlaq səhifələrinə toxunan RİH-başçısı onun və Əfsanəvi taborun hərbçilərinin xidmətlərinin, peşəkarlıqlarının və qəhrəmanlıqlarının sayəsində 44 günlük Vətən müharibəsində qələbənin yaxınlaşmasına böyük təsir göstərdiyini xüsusi olaraq vurğuladı. Qeyd olundu ki, biz qələbəni, Azərbaycanın möhkəm təməllər əsasında yüksəlişini, regionun söz sahibinə çevrilərək qətiyyətli dövlət simasını asan qazanmadıq. Camal İsmayılov kimi igid oğullar sayəsində böyük Zəfərə nail olduq, Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdik. Bu gün biz bundan sonrakı qələbələrimizə, xalq və dövlət birliyi sayəsində fəxarət dolu yüksəlişimizə inanır, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı müdrik dövlət siyasəti işığında gələcəyə əminliklə boylanırıq.
Tədbirdə Millli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Camal İsmayılovun döyüş yoldaşı, Əfsanəvi taborun qəhrəman şəhidlərindən biri kiçik gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Vətən müharibəsi iştirakçısı, "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İB-nin sədri Bəhruz Məmmədzadə, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova və Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova çıxış edərək, şanlı hərb qələbəmizdən, dövlət, xalq, ordu birliyindən söz açaraq, bu qələbədə xüsusi payı olan ordumuzun peşəkarlığından bəhs etdilər, şəhid Camal İsmayılov haqqında öz xatirələrini bölüşdülər.    
Müxtəlif bədii-kompozisiyalardan ibarət təşkil olunmuş tədbirdən sonra Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun  doğulub boya başa çatdığı evdə xatirə guşəsinə baxış keçirildi. Daha sonra Neftçala rayonu, Həsənabad qəsəbəsində şəhidin xatirəsinə ehsan mərasimi təşkil olundu.
Qeyd edirik ki, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov  xidməti dövründə O, müxtəlif mükafat və medallara layiq görülmüş, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Camal İsmayılov qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş, 2020-ci ildə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, onun adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq Neftçala rayon İcra Hakimiyyətinin vəsatəti ilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Neftçala şəhər Uşaq İncəsənət Məktəbinə Camal İsmayılovun adı verilmişdir. 
Camal İsmayılovun xatirəsi xalqımız və dövlətimiz tərəfindən  daim əziz tutulur, qiymətləndirilir.
2020-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Camal İsmayılovun yaşadığı evdə xatirə lövhəsi qoyulmuş, 2021-ci ildə büstünün açılış mərasimi keçirilmiş, onun haqqında İctimai Televiziyada “Heç kim unudulmur, heç nə yaddan çıxmır-Camal İsmayılov” və  “Irəli” İctimai Birliyi tərəfindən “Müzəffər əsgərimiz” adlı sənədli filmlər çəkilərək ictimaiyyətə təqdim olunmuşdur.
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

8-07-2024, 17:19

Neftçalada şəhidin doğum günü qeyd olunub

Ölkə

7-07-2023, 19:29

Neftçalada şəhidin doğum günü qeyd olunub

Ölkə
Bu məhsullar bahalaşıb - Siyahı
Bu məhsullar bahalaşıb - Siyahı
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Dünən, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Dünən, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 09:05
    Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq
  • Bu gün, 08:59
    Bu gün millimizin oyunu var
  • Dünən, 17:56
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Dünən, 17:37
    “İranla razılaşmaya ehtiyacımız yoxdur”
  • Dünən, 17:02
    Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
  • Dünən, 16:34
    “Pilotların təlimi üçün təyyarələr alınacaq”
  • Dünən, 16:18
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 15:46
    Bakıda daha bir böyük tədbir keçiriləcək
  • Dünən, 15:00
    İndoneziyanın vitse-prezidenti saxta diplom qalmaqalına görə istefa verdi
  • Dünən, 14:12
    Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
  • Dünən, 13:30
    9 ayda ölkəyə ən çox bu mallar gətirilib - Siyahı
  • Dünən, 12:22
    100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
  • Dünən, 11:40
    “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
  • Dünən, 11:12
    Gələn il idmana və gənclərin inkişafına bu qədər pul ayrılacaq
  • Dünən, 10:52
    Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
  • Dünən, 10:08
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 09:51
    Xərçəngin zəif nöqtəsi tapıldı - Öz-özünü məhv edə bilər
  • Dünən, 09:30
    Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
  • Dünən, 09:00
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 08:50
    Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
  • Dünən, 08:49
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 17:46
    Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
  • Dünən, 17:28
    Millimiz İsveçrəyə məğlub oldu
  • Dünən, 16:49
    Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
  • Dünən, 16:07
    “AzParking” sürücülərə müraciət etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə