Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.
Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.