• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?

Ölkə

25-04-2025, 09:14
Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?

Ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı xəsarət alan şəxslərə ətrafdakı insanların ilkin yardım göstərmə bacarıqları çox zaman kifayət qədər deyil.

Liderxeber.az xəbər verir ki, sürücülük vəsiqəsinin verilməsi üçün keçirilən imtahanda bu məsələ ilə bağlı suallar mövcud olsa da, qəza baş verdikdən sonra fərqli mənzərələrə rast gəlirik: köməyi bəzən tək sürücülər deyil, ətrafda olan, ilkin yardımdan məlumatsız digər şəxslər göstərir, bəzən özləri də bilmədən xəsarət alan şəxsin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilirlər.

Məsələn, aprelin 23-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlara hadisə şahidi olan şəxslərin yardım etməsini əks etdirən görüntüləri izlədikdə ortaya belə bir sual çıxır - avtoqəzada ağır xəsarət alan şəxslərə necə düzgün yardım göstərilməlidir?

Əgər ilkin tibbi yardımdan xəbərsiz insanların xəsarət alana kömək etmək məqsədilə yardım etmək istəyi daha ağır fəsadların yaranmasına səbəb olarsa, bunun hər hansı hüquqi məsuliyyəti varmı?

Məsələyə aydınlıq gətirən hüquqşünas Emil Aslanov Oxu.Az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələri zamanı xəsarət alana yardım edən şəxsin hüquqi məsuliyyət daşıyıb-daşımaması bir neçə amildən asılı ola bilər.

"Xəsarət alan şəxsə yardım üçün edilən cəhdlərə görə vətəndaşın birbaşa məsuliyyət daşıması məsələsi bizim qanunvericilikdə yoxdur. Əksinə, qanunvericiliyimizə əsasən, hansısa çətin vəziyyətdə olan şəxsi köməksiz vəziyyətdə qoymanın özü məsuliyyətə səbəb ola bilər. Yəni sənin yanında kimsə can verirsə, çətin vəziyyətdədirsə, sən ona bacardığın köməyi etməlisən.

Təbii ki, maşının içində sıxılmış vəziyyətdə qalan birinin dartıb əlini-qolunu sındırmaq olmaz və mentalitetimizə uyğun olaraq, yəqin ki, həmin şəxs şikayət də etməz, çünki niyyətin başqadır - onun həyatını xilas etmək, ona yardım etmək fikrindəsən. Amma doğrudan da, heç nə yox idisə, sən özün ehtiyatsızlıqla dartıb onun əlini-qolunu qırırsansa, yaxud əlavə xəsarət almasına səbəb olursansa və həmin şəxs şikayət verərsə, bu zaman məsuliyyət yarana bilər".

"Yol hərəkəti haqqında" Qanunun (YHQ) 37-ci maddəsinin 4-cü bəndində mexaniki nəqliyyat vasitələrinin sürücülərinin yol-nəqliyyat hadisəsi zamanı üzərinə düşən vəzifələr göstərilir. Burada da qeyd edilir ki, sürücü zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım maşını çağırmalı, zərərçəkən həyatı üçün təhlükəli xəsarət aldığı hallarda isə onu getdiyi səmt üzrə olan nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibb məntəqəsinə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalıdır.

Sadələşdirsək, hər hansı bir şəxs yaxşı niyyətlə çətin vəziyyətdə olan şəxsin həyatını xilas etmək və ya xəsarəti azaltmaq məqsədilə təcili vəziyyətdə kömək edirsə və bu zaman bilmədən zərərverici bir hərəkətə yol verərsə, bu halda onun cinayət və ya mülki məsuliyyətə cəlb olunması üçün əsas olmur", - deyə hüquqşünas bildirib.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rəsul Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, ağır yol-nəqliyyat hadisələri zamanı vətəndaş ilk olaraq FHN-in "112" qaynar telefon xəttinə zəng vurmalı, xilasedicilər gələnədək, şəraitə uyğun olaraq, zərərçəkmişi tərpətməməli, onu həyatda saxlamağa (ilk yardım müdaxiləsi) çalışmalıdır.

"Xilasedicilər hadisə yerinə gəldikdən sonra isə kənar şəxslər hadisə baş vermiş ərazini tərk etməlidirlər. Xilasedicilər tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri görülərək qəzanın vəziyyəti araşdırılır. Ərazi təhlükəsizlik lenti ilə çəpərlənir, paramedik tərəfindən zərərçəkmişə ilk yardım müdaxiləsi olunur və eyni zamanda, avtomobil tərpənməz vəziyyətə gətirilir. Zərərçəkmişin üzəri qoruyucu örtüklə örtüldükdən sonra xilasetmə əməliyyatlarına başlayır, avtonəqliyyat vasitəsinin kəsilmiş hissələri təyin olunmuş əraziyə daşınır. Xilasetmə əməliyyatının sonu olaraq zərərçəkmiş qəzaya uğramış avtomobildən çıxarılaraq xərək vasitəsilə təxliyə olunur", - deyə R.Cəfərov bildirib.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təcili yardım şöbəsinin müdiri Rəşad Bədəlov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, ağır xəsarətlərin baş verdiyi hadisələr zamanı vətəndaş əvvəlcə özünün və ətrafdakıların təhlükəsizliyini təmin etməyə çalışmalıdır.

"Məsələn, maşın tüstüləyirsə və partlama təhlükəsi varsa, bu, fövqəladə hal hesab olunur. Riskləri düzgün qiymətləndirmək vacibdir. İlk olaraq tibbi yardıma və FHN-ə xəbər vermək lazımdır. Nəzərə almaq lazımdır ki, əgər həyatı təhlükə qarşısında deyilsə, zərərçəkəni yerindən tərpətmək olmaz.

Kənar şəxslər qəzaya düşən şəxsi maşından yalnız bu hallarda çıxara bilərlər: yanğın hadisəsi zamanı, partlayış riski olduğu zaman, avtomobil suda batmaq üzrədirsə və zərərçəkən nəfəs ala bilmirsə (məsələn, boğulursa və ya tənəffüs yolları bağlıdırsa).

Bir az da sadələşdirsəm, əgər müdaxilə etməsən, qəzaya düşən şəxs öləcəksə, et, bəlkə, sümüyünü sındırarsan, amma yaşayar. Yəni belə hallarda qanuni və tibbi baxımdan kömək etmək doğru və zəruridir. Amma bir çox məsələlər var ki, onları nəzərə almaq vacibdir. Məsələn, xəsarət alanın boynunu və onurğasını sabit saxlamaq, bədənini mümkün qədər bir xətt üzrə tərpətmək, nəfəs almırsa və ya nəbzi yoxdursa, süni tənəffüs və ya ürək masajı tətbiq etmək və sair", - R.Bədəlov deyib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Cəmiyyət

30-01-2025, 13:53

Tənqidi təfəkkürə sahib olmaq niyə vacibdir? - "Kurikulumlarda ciddi problem var"

Cəmiyyət

11-02-2025, 13:07

"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə müsahibə - FOTO

Cəmiyyət

6-01-2025, 17:53

Qrip əlamətlərini paylaşan metapnevmovirus: Hədəfdə uşaqlar var

Ölkə
Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Bu yay qeyri-çimərlik ərazilərində 59 nəfər suda boğulub
Bu yay qeyri-çimərlik ərazilərində 59 nəfər suda boğulub
QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb
QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb
Bu yay qeyri-çimərlik ərazilərində 64 nəfər suda boğulub
Bu yay qeyri-çimərlik ərazilərində 64 nəfər suda boğulub
Siyasət
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Bu gün, 10:50
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Ərdoğan Əliyevə zəng edib
Dünən, 09:44
Ərdoğan Əliyevə zəng edib
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
26-09-2026, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
26-09-2026, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
26-09-2026, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
24-09-2026, 16:17
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Xəbər Lenti
  • Bu gün, 13:24
    Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
  • Bu gün, 13:06
    Bu yay qeyri-çimərlik ərazilərində 59 nəfər suda boğulub
  • Bu gün, 12:27
    QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb
  • Bu gün, 12:25
    Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
  • Bu gün, 11:59
    Bu yay qeyri-çimərlik ərazilərində 64 nəfər suda boğulub
  • Bu gün, 11:36
    Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir
  • Bu gün, 11:03
    İran nüvə müqaviləsindən çıxır?
  • Bu gün, 10:50
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
  • Bu gün, 10:19
    İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı
  • Bu gün, 10:07
    Cəlilabadda ev yanıb kül oldu
  • Bu gün, 10:00
    Bu ərazilərə yağış yağır
  • Bu gün, 09:29
    Çindən Yaponiyaya sərt xəbərdarlıq
  • Bu gün, 08:57
    İran həmin xəbərləri təkzib etdi
  • Dünən, 17:23
    Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
  • Dünən, 16:40
    Naxçıvan reysləri təxirə salındı
  • Dünən, 16:33
    Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
  • Dünən, 16:25
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 16:08
    Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirildi - Fotolar
  • Dünən, 16:04
    Azərbaycan millisi 16 qol buraxdı
  • Dünən, 15:15
    Aİ-dən Tatarıstan rəhbərinə qarşı sanksiya
  • Dünən, 14:21
    Ağsuda dağlıq ərazidə yanğın - Video
  • Dünən, 14:11
    6 ayda 35 minə yaxın adamı it dişləyib - 1 nəfərdə quduzluq olub
  • Dünən, 14:03
    Netanyahu BCM-də Ərdoğana qarşı iddia qaldırılmasını tapşırıb - KİV
  • Dünən, 13:48
    Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Dünən, 13:33
    Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə