• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Quş qripinə qarşı monitorinq keçiriləcək

Ölkə

23-01-2023, 17:07
Quş qripinə qarşı monitorinq keçiriləcək

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən növbəti epizootoloji monitorinqlər keçiriləcək.

AQTA-dan verilən xəbərə görə, monitorinqlərin təşkil olunması üçün Agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.

23-27 yanvar tarixlərində keçiriləcək epizootoloji monitorinqlər Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, həmçinin Abşeron yarımadasındakı və Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq və dənizsahili zonalarını, eləcə də digər əraziləri əhatə edəcək. Monitorinqlər zamanı ərazi ilə yanaşı, çöl quşlarına ümumi baxış keçirilməsi və xəstəlik törədicisinin aşkar olunması məqsədilə çöl quşlarının ovlanması planlaşdırılır. Eyni zamanda həmin müddətdə Bakı və Sumqayıt şəhərlərində, Siyəzən, Xaçmaz, Astara, Masallı, Neftçala, Şirvan və Abşeron rayonlarında fəaliyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Xaçmaz, Astara, Salyan, Neftçala və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Epizootoloji monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

10-01-2023, 16:40

Görkəmli alim Əsəd Musayevin yubileyi qeyd olunub

Ölkə

12-01-2023, 11:58

AQTA-nın Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradılıb

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə

19-01-2023, 23:06

Jalə Əhmədova: “20 yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi

Ölkə

23-01-2023, 15:47

DİN: Ötən il cinayətlərin 89,7 faizinin açılması təmin edilib

Ölkə
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
Leysan, dolu, qar... - Sabahın havası
Siyasət
Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
Bu gün, 17:24
Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
Bu gün, 15:21
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Bu gün, 11:33
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Hikmət Hacıyev: "Zəngəzur dəhlizini məcazi mənada Panama kanalı kim görə bilərik"
Bu gün, 10:21
Hikmət Hacıyev: "Zəngəzur dəhlizini məcazi mənada Panama kanalı kim görə bilərik"
Prezident YAP-ın VIII Qurultayında - Foto
Bu gün, 10:06
Prezident YAP-ın VIII Qurultayında - Foto
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Dünən, 11:19
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Xəbər Lenti
  • Bu gün, 17:24
    Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
  • Bu gün, 16:21
    Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
  • Bu gün, 15:21
    Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
  • Bu gün, 14:35
    Texnologiyada qadın gücü - “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
  • Bu gün, 14:03
    Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
  • Bu gün, 13:41
    Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
  • Bu gün, 13:10
    Leysan, dolu, qar... - Sabahın havası
  • Bu gün, 12:25
    FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
  • Bu gün, 12:21
    Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar
  • Bu gün, 12:01
    30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı
  • Bu gün, 11:33
    Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
  • Bu gün, 11:05
    Məktəbdə gözünə kimyəvi məhlul düşən şagirdin vəziyyəti açıqlandı - Yenilənib
  • Bu gün, 10:21
    Hikmət Hacıyev: "Zəngəzur dəhlizini məcazi mənada Panama kanalı kim görə bilərik"
  • Bu gün, 10:06
    Prezident YAP-ın VIII Qurultayında - Foto
  • Bu gün, 09:45
    Portuqaliya millisi Ronaldosuz da qalib gəldi - Video
  • Bu gün, 09:21
    Bakının bu rayonlarında qaz kəsiləcək
  • Bu gün, 09:00
    Qeyri-sabit hava ilə bağlı əhaliyə - Çağırış
  • Dünən, 17:59
    Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
  • Dünən, 17:02
    Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
  • Dünən, 16:38
    “Qarabağ” “Zirə” ilə qarşılaşacaq
  • Dünən, 16:11
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Dünən, 15:21
    Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı - Fotolar
  • Dünən, 15:17
    Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Dünən, 15:17
    Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
  • Dünən, 14:19
    “Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə