Azərbaycanın II Liqasında baş tutan "Şəfa" - "Şahdağ Qusar" matçını 4 500 azarkeş stadiondan izləyib.
Liderxeber.az xəbər verir ki, biletlərin qiyməti 10 manat təşkil etsə də, stadionda 4 500 azarkeş görüşü tribunadan izləyib. Bu isə, Azərbaycan II Liqasında rekord göstəricidir.
Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.