• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“INDRA” Ələtdəki mərkəzi hava naviqasiya sistemləri ilə təchiz edəcək

Ölkə

11-04-2025, 09:45
“INDRA” Ələtdəki mərkəzi hava naviqasiya sistemləri ilə təchiz edəcək

Madriddə keçirilən “Passenger Terminal Expo 2025” beynəlxalq sərgisi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC və “INDRA” şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb.

Liderxeber.az xəbər verir ki, hava hərəkəti, müdafiə və kosmos sahəsində qlobal lider olan “INDRA”, Ələt Azad İqtisadi Zonasında (AİZ) inşa olunan yeni yük hava limanını müasir hava naviqasiya sistemləri ilə təmin edəcək.

Bu saziş Ələt AİZ-in Avrasiya məkanında aparıcı multimodal logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş milli strategiyanın həyata keçirilməsində mühüm mərhələdir. Azərbaycan hökuməti və “Silk Way Group” tərəfindən dəstəklənən yeni hava limanı Orta Dəhliz boyunca strateji mövqe tutacaq və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrini gücləndirəcək.

“INDRA” ilə tərəfdaşlıq hava limanının fəaliyyət səmərəliliyinin artırılması, uçuş təhlükəsizliyinin təmin edilməsi və 24/7 rejimində yük daşımalarının dəstəklənməsi üçün hava naviqasiyası sahəsində qabaqcıl texnologiyalarla təchiz olunmasına zəmin yaradacaq. “INDRA”nın təqdim etdiyi xüsusi həllər yüksək etibarlılıq, çeviklik və miqyaslana bilən imkanlarla müasir hava məkanının istifadəçilərinin ehtiyaclarını tam şəkildə qarşılayacaq. 30 ildən artıq təcrübəyə malik və dünyanın 90%-dən çox ölkəsində hava hərəkətinin idarə olunması üzrə innovativ həllər təqdim edən “INDRA”, Ələt Yük Hava Limanı üçün ən uyğun tərəfdaşdır.

Yeni yük hava limanı Bakı yaxınlığında, Ələt Dəniz Limanında yerləşir, Azərbaycanın dəmir və avtomobil yolları şəbəkəsinə birbaşa bağlıdır. Bu isə dəniz, quru və hava nəqliyyatı ilə yüklərin fasiləsiz hərəkətini təmin edir. İnkişaf zamanı əsas diqqət davamlılığa, ekoloji təmiz tikinti və bərpa olunan enerji mənbələrinin inteqrasiyasına yönəldilib. Layihə aşağı emissiyalı yük infrastrukturu üçün nümunəvi model kimi nəzərdə tutulur.

“Azəraeronaviqasiya” HHİ (AZANS, “Azərbaycan Hava Yolları” QSC) ölkənin milli hava naviqasiyası xidmət təminatçısı olaraq, Ələt Yük Hava Limanına uyğunlaşdırılmış təhlükəsiz və səmərəli hava hərəkəti xidmətləri göstərəcək. Bu məqsədlə yaradılacaq Ələt Aeronaviqasiya Xidməti, hava məkanının inteqrasiyasını təmin edəcək və hava limanının Orta Dəhlizdə əsas logistika qovşağı kimi rolunu gücləndirəcək.

“Ağıllı, avtomatlaşdırılmış hava naviqasiya sistemlərinin tətbiqi müasir yük aeroportlarının uğurlu fəaliyyəti üçün əsas şərtlərdən biridir. INDRA kimi qlobal liderlə əməkdaşlıq, Ələt AİZ-də yüksək texnologiyalı, effektiv və təhlükəsiz infrastrukturun inkişafında yeni bir mərhələ açır. Bu tərəfdaşlığın Azərbaycanın Avrasiya regionunda əsas logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcəyinə inanıram,” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri Fərhan Quliyev bildirib.

“INDRA Group” şirkətinin İcraçı sədri Anxel Eskribano isə qeyd edib: “Biz bu strateji layihə çərçivəsində “Azərbaycan Hava Yolları” QSC ilə tərəfdaşlıqdan məmnunuq və qabaqcıl hava naviqasiya texnologiyamızı tətbiq edərək regionun ən iddialı logistika mərkəzlərindən birinə töhfə verməyə sadiqik. Indra regionun ən iddialı logistika mərkəzlərindən birinin artan əməliyyat səmərəliliyinə, təhlükəsizliyinə və davamlılığına töhfə verməyə sadiqdir, Ələt Azad İqtisadi Zonasının inkişafı üzrə Azərbaycanın baxışını dəstəkləməkdən, Avropa ilə Asiya arasında iqtisadi əlaqələri genişləndirməkdən məmnunluq duyur.”

Sərgi çərçivəsində tərəflər hava məkanının rəqəmsallaşdırılması və Azərbaycanın aviasiya sektorunda ağıllı həllərin tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Dünən, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə