• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Tofiq Cabarov və “Bakuba” Vyanada konsert verib

Mədəniyyət

Bu gün, 14:07
Tofiq Cabarov və “Bakuba” Vyanada konsert verib

Oktyabrın 7-də Avstriyanın paytaxtı Vyanada ölkənin ən nüfuzlu caz məkanlarından biri olan “Porgy & Bess” caz klubunda Azərbaycanın tanınmış musiqiçisi Tofiq Cabarov və rəhbərlik etdiyi “Bakuba” musiqi kollektivinin konserti keçirilib.

Liderxeber.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan “In Memory of Rafig Babayev” adlı konsert Azərbaycanın görkəmli caz pianoçusu, bəstəkar və aranjimançı Rafiq Babayevin anadan olmasının 90 illiyinə həsr edilib.

Konsert proqramı başlamazdan əvvəl “Porgy & Bess” caz klubunun rəhbəri Kristof Huber çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinə uzunillik səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. O, Mərkəzin hər il fərqli musiqiçilər və rəngarəng konsert proqramları ilə klubun səhnəsində Azərbaycan caz sənətini təqdim etməsini yüksək qiymətləndirib.

Konsertdə Azərbaycan cazının görkəmli nümayəndələrindən olan Rafiq Babayevin yaradıcılıq irsi və milli caz sənətinin inkişafındakı müstəsna xidmətləri yad edilib. Qeyd olunub ki, Azərbaycan cazının özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamış Rafiq Babayev milli musiqi ənənələrini müasir caz improvizasiyaları ilə ustalıqla birləşdirərək Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoyub.

Rafiq Babayevlə uzun illər birgə çalışmış, onun müxtəlif musiqi kollektivlərində çıxış etmiş Tofiq Cabarovun rəhbərlik etdiyi “Bakuba” ansamblı Azərbaycan cazının zəngin ənənələrini müasir musiqi istiqamətləri ilə birləşdirən proqram təqdim edib.

Konsertdə Tofiq Quliyev, Qara Qarayev, Tofiq Cabarov və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Milli musiqi motivlərinin caz improvizasiyaları, Latın Amerikası və afro-Kuba ritmləri ilə vəhdəti dinləyicilərə Azərbaycan caz sənətinin üslub müxtəlifliyini nümayiş etdirib.

Gecədə Tofiq Cabarov (zərb alətləri), Nicat Aslanov (fortepiano), Firudin Həmidov (truba), Aydın Zeydullayev (alt-saksofon), Əli İbrahimzadə (gitara), Nicat Paşazadə (bas-gitara) və Həsən Bilalov (zərb alətləri) çıxış ediblər.

Musiqiçilərin peşəkar ifası, zəngin improvizasiyaları və Azərbaycan musiqisinə xas melodik xüsusiyyətlərin müasir caz üslubları ilə sintezi konsert proqramına xüsusi rəng qatıb.

Qeyd edək ki, Vyananın tanınmış caz məkanlarından olan “Porgy & Bess” klubunda Azərbaycan musiqiçilərinin çıxışlarının təşkili Azərbaycan Mədəniyyət Mərkəzinin Avstriyada milli musiqi irsinin tanıdılması və iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm istiqamətlərindən biridir.

Konsert proqramı klubun rəsmi internet səhifəsi vasitəsilə canlı yayımlanıb və Azərbaycan cazını beynəlxalq auditoriyaya təqdim etmək baxımından növbəti əlamətdar mədəni tədbir olub.

Xüsusi qeyd etmək lazımdır ki, Vyanaya səfərləri çərçivəsində musiqiçilər şəhərin tanınmış musiqi məkanlarından biri olan “Frau Mayer”də keçirilən jam session proqramında da iştirak ediblər. Musiqiçilərin improvizasiya xarakterli çıxışı fərqli dinləyici auditoriyası tərəfindən maraqla qarşılanıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

14-05-2026, 10:36

Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi

Mədəniyyət

16-12-2023, 11:49

Bu gün Vaqif Mustafazadənin anım günüdür

Ölkə
“Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
“Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
Sabah 29° isti olacaq
Sabah 29° isti olacaq
Siyasət
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
Dünən, 17:09
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Dünən, 12:00
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
10-10-2026, 12:05
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
“Xəzər bizim ümumi sərvətimizdir”
9-10-2026, 17:17
“Xəzər bizim ümumi sərvətimizdir”
Prezidentin Pezeşkianla görüşü keçirilir
9-10-2026, 14:17
Prezidentin Pezeşkianla görüşü keçirilir
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 14:00
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:15
    Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib
  • Bu gün, 16:16
    “Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
  • Bu gün, 15:53
    Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
  • Bu gün, 15:27
    Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
  • Bu gün, 14:01
    Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
  • Bu gün, 12:40
    Sabah 29° isti olacaq
  • Bu gün, 11:50
    Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
  • Bu gün, 11:30
    Göyərtəsində azərbaycanlıların da olduğu daha bir gəmi vuruldu
  • Bu gün, 11:23
    Su problemi olan bu kəndə yeni xətt çəkilir - Fotolar
  • Bu gün, 10:40
    “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
  • Bu gün, 10:28
    Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
  • Bu gün, 10:24
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • Bu gün, 09:44
    Aeroport yolunda qəza oldu - Tıxac yarandı
  • Bu gün, 09:22
    Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı
  • Bu gün, 09:00
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • Dünən, 17:38
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:09
    İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
  • Dünən, 16:05
    Azərbaycanda bir çox məhsulların qiyməti artıb
  • Dünən, 15:53
    İordaniyaya getmək istəyənlərin nəzərinə!
  • Dünən, 15:39
    Rusiyadan Zelenskinin 60 günlük atəşkəs təklifinə - Cavab
  • Dünən, 14:12
    53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
  • Dünən, 13:27
    Pensiya artımları ilə bağlı - Açıqlama
  • Dünən, 12:19
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
  • Dünən, 11:58
    Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə