• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi

Ölkə

14-05-2026, 10:36
Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi

Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə çərçivəsində “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən nəşr olunan növbəti kitabın təqdimat mərasimini keçirib. 

Liderxeber.az xəbər verir ki, “Baku Book Center” – Bakı Kitab Mərkəzində baş tutan tədbirdə Vətən müharibəsi şəhidi, baş leytenant, “Azərbaycan Bayrağı” ordenli Vüsal Sübbuh oğlu Babayevin həyat və döyüş yoluna həsr olunan “Şəhidlik and yeridir...” kitabı ictimaiyyətə təqdim edilib. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Məmmədovanın müəllifi olduğu kitab şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ərsəyə gətirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri aparan tanınmış aparıcı Jalə Həsənli çıxış edərək bildirib ki, “Şəhidlik and yeridir...” kitabı yalnız bir şəhidin həyat hekayəsi deyil, bütöv bir qəhrəmanlıq salnaməsidir. O qeyd edib ki, Vüsal Babayev uşaqlıq illərindən Vətəninə, bayrağına və dövlətinə bağlı bir gənc kimi yetişib, hərbi xidmətində peşəkarlığı, intizamı və insanlığı ilə seçilib. Xidmət etdiyi illərdə müxtəlif fəxri fərmanlar, sertifikatlar və mükafatlarla təltif olunan Vüsal Babayev Vətən müharibəsində göstərdiyi igidlik və fədakarlıqla adını Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrinə yazdırıb.

Aparıcının çıxışından sonra şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra söz Bakı Kitab Mərkəzinin rəhbəri, yazıçı Günel Anarqızına verilib. O çıxışında bildirib ki, Vüsal Babayev və digər qəhrəmanlarımız həyatlarını Vətən yolunda fəda ediblər və onların xatirəsi heç vaxt unudulmayacaq.

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Respublika Xatirə Kitabı Redaksiyasının gördüyü işləri yüksək qiymətləndirib. O bildirib ki, Nəzakət Məmmədova və rəhbərlik etdiyi redaksiya şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində böyük əzmlə çalışır, çoxsaylı kitablar və filmlər ərsəyə gətirir. Rəşad Məcid Vüsal Babayevə həsr olunan kitabı “çox təsirli və gələcək nəsillər üçün dəyərli yaddaş kitabı” adlandırıb.

Millət vəkili Ceyhun Məmmədov çıxışında vurğulayıb ki, Azərbaycan xalqının qazandığı tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında bu cür kitabların xüsusi əhəmiyyəti var. O qeyd edib ki, şəhid ailələrinin mənəvi dəstəyə ehtiyacı var və belə nəşrlər həmin ailələr üçün böyük təsəlli mənbəyidir.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov kitabda şəhidin döyüş və sinif yoldaşlarının, qonşularının və ailə üzvlərinin xatirələrinin yer aldığını bildirərək nəşri çox dəyərli toplu kimi qiymətləndirib.

Şəhid Vüsal Babayevin müəlliməsi, Pirallahı rayon 186 nömrəli tam orta məktəbin müəllimi Əsli müəllimə çıxışında Vüsalın məktəb illərindən fərqlənən, Vətəninə və dövlət atributlarına bağlı bir şagird olduğunu bildirib. O qeyd edib ki, Vüsal həm davranışı, həm də savadı ilə müəllimlərinin və sinif yoldaşlarının rəğbətini qazanıb.

Tədbirdə çıxış edən şəhidin əsgəri Tural Allahverdiyev Vüsal Babayevi cəsur komandir, əsgərlərinin qayğısına qalan və bir tikə çörəyini belə onlarla bölüşən zabit kimi xatırladığını deyib. O bildirib ki, Vüsal Babayev həmişə ön sırada olub və əsgərlərini qoruyub.

Şəhidin həyat yoldaşı Aynur Babayeva çıxışında Vüsal Babayevin ailəsinə və Vətəninə bağlı bir insan olduğunu bildirib. O qeyd edib ki, Vüsal hər zaman ailəsinin onunla fəxr edəcəyini deyirdi və bu gün ailəsi onun qəhrəmanlığı ilə qürur duyur. Aynur Babayeva bildirib ki, Vüsalın xatirəsini yaşatmaq üçün ən böyük arzularından biri onun haqqında kitab yazdırmaq olub və bu missiyanı məhz Nəzakət Məmmədovaya etibar edib.

Tədbirdə şəhidin qızı Selcan Babayeva mahnı ifa edib. Kövrək anların yaşandığı ifa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycanın Xalq şairi, “Şərəf” ordeni laureatı Vahid Əziz çıxışında “Mənim yaram ağrıyır, sənin haran ağrıyır” el misalını səsləndirərək bildirib ki, bu gün həmin ağrını şəhidin atası Sübbuh Babayev, anası Əntiqə xanım, həyat yoldaşı Aynur xanım və övladları Selcan ilə Rüqəyyə yaşayır.

Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı-publisist Zemfira Məhərrəmli çıxışında bildirib ki, şəhidlik hər insana nəsib olmur və Vüsal Babayev kimi qəhrəmanların həyat yolu daim yazılmalı, gələcək nəsillərə çatdırılmalıdır. O, kitabın bədii-publisistik üslubunu, dilini və tərtibatını yüksək qiymətləndirib.

Şair-publisist, ehtiyatda olan zabit Rafael Tağızadə çıxışında bildirib ki, şəhidlər haqqında danışmaq həm qürurverici, həm də ağırdır. O vurğulayıb ki, şəhidlər Azərbaycan xalqını məğlub xalq damğasından xilas ediblər.

Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova Respublika Xatirə Kitabı Redaksiyasının gördüyü işləri yüksək qiymətləndirərək bildirib ki, Nəzakət Məmmədovanın şəhidlərin xatirəsinin yaşadılması istiqamətində gördüyü işlər ölçüyəgəlməzdir.

Tədbirdə bədii qiraət ustası Ülviyyə Əbülfəzqızı tərəfindən vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub.

Kitabın müəllifi, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında bildirib ki, əsas məqsəd heç kimin unudulmaması, şəhidlərin adlarının daim yaşadılmasıdır. O qeyd edib ki, Vüsal Babayev haqqında kitabın yazılması ideyası şəhidin həyat yoldaşı Aynur Babayevanın istəyi ilə ərsəyə gəlib.

Tədbirin təşkilatçısı, tanınmış jurnalist Fuad Mədətov çıxışında bildirib ki, “Şəhidlər ölməz, Vətən bölünməz” ifadəsi sadəcə bir şüar deyil, şəhidlərimizin canı və qanı bahasına yazılmış xalq həqiqətidir. O qeyd edib ki, Vüsal Babayev kimi qəhrəman oğullar məhz öz həyatları bahasına Azərbaycan xalqına qalibiyyət qüruru yaşadıblar. Fuad Mədətov vurğulayıb ki, bu gün təqdim olunan kitab yalnız bir şəhidin həyat yolundan deyil, bütöv bir Vətən sevgisindən və qəhrəmanlıq ruhundan bəhs edir. O əlavə edib ki, Vüsal Babayev cismən aramızda olmasa da, onun ruhu, adı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.

Sonda tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının baş müəllimi, Opera və Balet Teatrının solisti, tanınmış xanəndə Vüqar Əliyev və Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Rauf Cəfərov muğam ifaları ilə çıxış ediblər. Xanəndələri tarda Poldaxan Baxşıyev və kamançada Fərid Qədirov müşayiət ediblər.

Qeyd edək ki, Vüsal Babayev 8 yanvar 1992-ci ildə Pirallahı rayonunda anadan olub. 1999–2010-cu illərdə Pirallahı rayon 186 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2014-cü ildə leytenant rütbəsi ilə məzun olub. Sonradan baş leytenant rütbəsinə yüksəlib, müxtəlif hərbi hissələrdə, o cümlədən ağır artilleriya komandiri vəzifəsində xidmət edib.

Vətən müharibəsi zamanı Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas etməyə çalışarkən qəhrəmancasına şəhid olub.

Şəhid baş leytenant Vüsal Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

İki övladı – Selcan və Rüqəyyə yadigar qalan Vüsal Babayevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ailəsi tərəfindən onun şəxsi əşyaları Azərbaycan İstiqlal Muzeyinə təqdim olunub, Pirallahı rayonundakı məktəblərdən birinə isə şəhidin adı verilib.

Yaddaşlarda mərd, qayğıkeş və cəsur komandir kimi qalan Vüsal Babayevin həyat və döyüş yoluna həsr olunan “Şəhidlik and yeridir...” kitabı şəhidimizin xatirəsini yaşadan mühüm mənəvi abidələrdən biri kimi dəyərləndirilir.

Fotoların müəllifi Rüstəm İsmayılovdur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

17-08-2024, 12:19

Prezident DSX hərbçilərini təltif etdi - Siyahı

Ölkə / Mədəniyyət

11-04-2026, 18:20

“44 GÜN – TARİXİ ZƏFƏR” kitabının IV cildi təqdim olunub

Ölkə

21-06-2025, 15:37

Prezident onları təltif etdi - Siyahı

Ölkə
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
“Bu, gələcəkdə korrupsiya risklərinə səbəb ola bilər”
“Bu, gələcəkdə korrupsiya risklərinə səbəb ola bilər”
Bakı-Tbilisi qatarına biletlər qalıb?
Bakı-Tbilisi qatarına biletlər qalıb?
Sabah 38° isti olacaq
Sabah 38° isti olacaq
Siyasət
PUA-larla bağlı qanun dəyişir
Bu gün, 11:54
PUA-larla bağlı qanun dəyişir
“Həssas məlumatlar ölkə sərhədlərini tərk etmədən emal oluna bilir”
Dünən, 15:44
“Həssas məlumatlar ölkə sərhədlərini tərk etmədən emal oluna bilir”
İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi - Siyahı
8-07-2026, 16:03
İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi - Siyahı
Prezident yeni cərimələri təsdiqlədi
7-07-2026, 16:06
Prezident yeni cərimələri təsdiqlədi
Səhiyyə nazirinə yeni müavin təyin olundu
7-07-2026, 10:02
Səhiyyə nazirinə yeni müavin təyin olundu
“Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
4-07-2026, 11:05
“Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
Xəbər Lenti
  • Bu gün, 17:12
    Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
  • Bu gün, 17:09
    Netanyahunun oğlu ad-soyadını dəyişib
  • Bu gün, 16:40
    “İran-ABŞ atəşkəsi qüvvədə qala bilər”
  • Bu gün, 15:34
    “Bu, gələcəkdə korrupsiya risklərinə səbəb ola bilər”
  • Bu gün, 15:31
    Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
  • Bu gün, 14:30
    Şimali Koreya nüvə potensialını artırır
  • Bu gün, 14:28
    Bakı-Tbilisi qatarına biletlər qalıb?
  • Bu gün, 13:39
    Parlament yeni cərimələrin qəbuluna razılıq verdi - İlk oxunuşdan keçdi
  • Bu gün, 13:17
    Sabah 38° isti olacaq
  • Bu gün, 12:28
    Bu hallarda elektron resurslar müvəqqəti məhdudlaşdırılacaq
  • Bu gün, 11:56
    Bu məhsullar gömrük rüsumundan azad edilir
  • Bu gün, 11:54
    PUA-larla bağlı qanun dəyişir
  • Bu gün, 11:24
    Ələt AİZ-də bəzi müəssisələrə gömrük güzəşti ediləcək
  • Bu gün, 11:17
    Ukrayna ilə yeni müqavilə təsdiqləndi
  • Bu gün, 10:05
    Azərbaycan Ermənistana 434 min avro ödəyib
  • Bu gün, 09:18
    İspaniyada meşə yanğını - 12 ölü
  • Bu gün, 09:06
    Arıqlama dərmanları ilə bağlı bunları bilməlisiniz
  • Bu gün, 09:00
    DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq
  • Dünən, 18:04
    İran ABŞ-nin bazasına 10 ballistik zərbə endirdi
  • Dünən, 17:00
    “Bu, uşaqlarda daha ağır psixoloji nəticələrə səbəb ola bilir”
  • Dünən, 16:32
    ABŞ və İran arasında gərginlik yenidən artır: Rəsmi Vaşinqton strategiyasını dəyişir
  • Dünən, 16:18
    2026-cı ilin yanvar-iyun aylarında 226,3 milyon manat məbləğində ipoteka krediti verilib
  • Dünən, 16:07
    Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı yol çəkiləcək
  • Dünən, 16:05
    Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
  • Dünən, 15:44
    “Həssas məlumatlar ölkə sərhədlərini tərk etmədən emal oluna bilir”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə