• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

İqtisadiyyat

7-04-2026, 11:36
Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyələrin ödəniş tələbi ilə qarşılaşanları ən çox maraqlandıran sual bu ödənişin hansı məqsədlə toplanmasıdır. 

Liderxeber.az xəbər verir ki, bildirişlərdə göstərilən məbləğlərin necə hesablanmasını da bu sıraya aid etmək olar. Məsələ burasındadır ki, müşahidələr digər məlum amillərlə yanaşı, bu sahədə məlumatsızlığın da əhalini belə ödənişləri etməkdən yayınmağa sövq etdiyini göstərir. 

Bəs bələdiyyələrin topladığı ödəniş nədən ibarətdir və onun məbləği necə hesablanır?

Əvvəlcə ondan başlayaq ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycanın ərazisində yerləşən tikililər əmlak vergisinə cəlb olunur. Fiziki şəxslər üzrə əmlak vergisi isə bələdiyyələrə ödənilir. 

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi binaların sahəsinin hər kvadratmetrinə görə tətbiq olunur. Belə ki, hər kvadratmetrinə görə: 

- Bakıda 40 qəpik; 

- Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 30 qəpik;

- Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində 20 qəpik;

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 10 qəpik vergi hesablanır. 

Bina Bakı şəhərində yerləşdikdə, həmin qiymətə 0,7-dən 1,5-dək əmsallar tətbiq edilir. Əmsal binanın yerləşdiyi əraziyə uyğun olaraq müəyyən olunur. Burada ən aşağı əmsal paytaxtda 12-ci zonaya - Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərə aid edilir. Bu ərazidə binanın hər kvadratmetri üçün vergi 28 qəpikdən hesablanır.

Ən yüksək əmsal isə 1-ci zonaya tətbiq olunur. Bakı şəhəri üzrə 1-ci zonaya Əl Oyunları Sarayından (Bakı İdman Sarayı) başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları Sarayınadək ərazi aiddir. Bu ərazi üzrə fiziki şəxslərin əmlak vergisi hər kvadratmetrə görə 60 qəpikdənhesablanır.  

Onu da bildirək ki, yaşayış sahələrinin 30 kvadratmetrə qədər hissəsinə vergi tətbiq edilmir. Bu o deməkdir ki, mənzilin sahəsi 50 kvadratmetrdirsə, onun yalnız 20 kvadratmetrinə görə vergi hesablanır. Həmçinin binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunla müəyyən olunan şəxslərin, habelə pensiyaçıların əmlak vergisininin məbləği 30 manat azaldılır. 

Qanunla bələdiyyələr verginin ödənilməsi barədə bildirişi vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada verməlidirlər. Verginin məbləği bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi göstərilən ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin əmlak vergisi vaxtında ödənilmədikdə faiz hesablanmır. 

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

2-10-2025, 08:58

Yeni tikilən binaların istismar müddəti azı 100 il olmalıdır - Qərar

---

22-06-2023, 10:00

Elektron pul təşkilatlarının pulun təhlükəsizliyini təmin etmələri üçün tələblər məlum olub

Cəmiyyət

30-03-2026, 13:26

Qərbi Azərbaycan ərazisinin ekoloji dili: fitotoponim və zootoponimlər

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə