ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də ötən ayın ən yaxşı oyunçusu seçilib.
LiderXəbər-in MLS-in mətbuat xidmətinə istinadən məlumatına görə, 36 yaşlı superulduz apreldə meydana çıxdığı 4 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, fevral-mart aylarının ən yaxşı oyunçusu mükafatını “İnter Mayami"nin digər hücumçusu Luis Suares qazanıb.