Noyabrın 15-dən 23-dək Meksikanın Qvadalaxara şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.
LiderXəbər xəbər verir ki, 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atletin iştirak edəcəyi turnirə Azərbaycan yığma komandasının bir üzvü də qatılacaq.
Ölkəmizi 109 kq çəki dərəcəsində Əli Şükürlü təmsil edəcək.