• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib

İdman

6-02-2026, 16:35
Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib

Azərbaycan Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin - Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan "Arsax" adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.

Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, "Arsax" ifadəsi uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri ilə bağlı Ermənistanın apardığı qeyri-qanuni və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir. Bu baxımdan, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir proqram seçimi açıq şəkildə siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir.

Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.

Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir", - deyə məlumatda qeyd olunub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Cəmiyyət

30-01-2025, 13:53

Tənqidi təfəkkürə sahib olmaq niyə vacibdir? - "Kurikulumlarda ciddi problem var"

Ölkə
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
Bu rayonlara qar yağıb
Bu rayonlara qar yağıb
Siyasət
Prezidentlə xanımı Cəbrayıla getdi
Bu gün, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Dünən, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Dünən, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Dünən, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Dünən, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Dünən, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Xəbər Lenti
  • Bu gün, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
  • Bu gün, 13:41
    İrana hücum üçün mümkün tarix açıqlandı
  • Bu gün, 12:59
    Prezidentlə xanımı Cəbrayıla getdi
  • Bu gün, 11:55
    Yükdaşıma sektoruna sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək
  • Bu gün, 11:46
    Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
  • Bu gün, 11:09
    Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
  • Bu gün, 11:01
    Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
  • Bu gün, 10:59
    Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər
  • Bu gün, 10:17
    Bu rayonlara qar yağıb
  • Bu gün, 10:05
    Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
  • Bu gün, 09:43
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Bu gün, 09:22
    Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir
  • Bu gün, 09:00
    Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
  • Dünən, 17:14
    Türkiyə yaxın həftələrdə “Akkuyu” AES-i istismara verməyi planlaşdırır
  • Dünən, 16:39
    Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
  • Dünən, 16:00
    Zəngilan Aqroparkı yaradıldı - Fərman
  • Dünən, 15:40
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • Dünən, 15:21
    “Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
  • Dünən, 14:41
    Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
  • Dünən, 14:26
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 14:08
    “İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
  • Dünən, 14:00
    Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
  • Dünən, 13:40
    Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə