• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH

Dünya

3-06-2024, 17:50
Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH

Keçmiş müstəmləkələrdən qovulma, Cənubi Qafqaz, Ukrayna və s. bölgələrdə uğursuzluqları Emmanuel Makronun prezidentliyinin əsas “nailiyyətləri” adlandırmaq olar. Həqiqətən də, Fransa 7 ildir ki, onun naşı idarəçiliyinin fəsadlarını yaşayır. Hər bir lider fəaliyyəti dövründə dövlətin möhkəmlənməsinə çalışmalı olduğu halda, Makron hər vəchlə onun nüfuzdan düşməsinə, gözdən salınmasına çalışıb. Bu kürsüyə əyləşən gündən bəri lobbi qruplarının maraqlarını ifadə edən Fransa Prezidenti əlindən gələni edir ki, ölkəsinin imicini aşağı salsın. O, baş verənlərdən nəticə çıxarmaq əvəzinə Fransanı yeni-yeni avantüralara cəlb etməkdədir. Növbəti avantürası isə fransızlara baha başa gələ bilər. Söhbət Fransanın Ukraynada yaşanan müharibəyə cəlb edilməsindən gedir.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Floriana Filippo növbəti ittihamlarla çıxış edib, Makronu xalqdan gizlin avantürist plan hazırlamaqda günahlandırıb. Onun sözlərinə görə, fransız ordusu xalqdan gizli şəkildə yaxın günlərdə Ukraynaya yerləşdirilə bilər. Fransız siyasətçi “X” sosial şəbəkəsində yazdığı statusunda Rusiya ilə mümkün müharibənin başlayacağı tarixi də açıqlayıb. Onun sözlərinə görə, bu tarix iyunun 6-sı ola bilər. Əksəriyyətin qənaətincə, bu, əslində, üçüncü dünya müharibəsinin başlanmasının anonsu kimi də qiymətləndirilə bilər. Fransalı siyasətçi hesab edib ki, Makron uğursuzluqlardan başını itirib. Ölkəsinin hərbi əməliyyatlara cəlb olunmamasının zəruri olduğuna çağırış edən “Vətənpərvər”lərin lideri “gəlin, bu qırğını dayandıraq, parlamentarilər, digər siyasi partiya və digər Avropa partiyaları yatır! Biabırçılıqdır”, - deyib.

Bütün bunların fonunda Fransanın Ukraynada hərbi əməliyyatlara qoşulmasına qarşı etirazlar da durmadan artır. Bazar günü Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub. Polis üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb. Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb. Onlar bolqar, ukraynalı və almanəsilli şəxslər olublar.

Beləliklə, qeyri-rəsmi şəkildə Ukrayna münaqişəsində iştirak edən Fransa hərbi heyət göndərməklə bu iştirakını genişləndirə bilər. Təbii ki, Rusiyanın Ukraynada başlatdığı müharibə ədalətsiz, işğalçı müharibədir və ona son qoyulmalıdır. Fransanın Kiyevə dəstəyi də beynəlxalq hüquq baxımından düzgündür. Lakin Yelisey sarayı bu siyasətində səmimidirmi? Təbii ki yox. Atdığı bütün addımlar da bunu təsdiqləyir. Bunu sübut edən faktlar da kifayət qədərdir.

Məsələn, Rusiyanın Ukraynaya hücumu başlayanda Fransa onu dəstəkləməyə çalışsa da, sonra mövqeyini tam şəkildə dəyişdi. Buna cavab olaraq da Rusiya Fransanın Afrikadakı dayaqlarını sıxmağa başladı. Bir neçə fransayönümlü Afrika ölkəsində hərbi çevriliş baş verdi və Fransaya yaxın hakimiyyətlər devrildi. Bunların arxasında Rusiyanın olduğuna dair iddialar var. Ona görə də tərəflər arasındakı münasibətlər gərginləşib. Fransanın keçmiş müstəmləkələrində keçirilən etirazlarda Rusiya bayraqlarının qaldırılması da təsadüfi deyil. Məhz bu hallardan sonra Fransa prezidenti Emmanuel Makron Ukraynaya açıq dəstək nümayiş etdirməyə, hətta qoşunların göndərilə biləcəyinə dair bəyanatlar səsləndirməyə başladı.

Rusiya ilə Fransa arasındakı mübarizəni Cənubi Qafqazda da görmək mümkün olub. Rusiya ermənipərəst Fransadan fərqli olaraq, get-gedə Azərbaycan-Ermənistan arasındakı məsələlərdə daha neytral mövqe tutmağa çalışır. Hazırda regionda Rusiya ilə Fransanın maraqları toqquşur. Fransanın Rusiyaya qarşı cavab tədbirləri tək qeyd olunan məsələlərlə bağlı deyil. Məsələn, götürək elə Kremlə qarşı tətbiq edilən sanksiyaları. İndiyə qədər Avropa İttifaqı və digər siyasi, iqtisadi strukturlar tərəfindən Rusiyaya qarşı 10-dan artıq sanksiya qəbul edilib. Fransa bu qurumlarda söz sahibidir, bu səbəbdən də qadağaların qəbulunda əvəzsiz rol oynayır.

Paralel olaraq, Rusiyada “Crocus City Hall”da baş verən dəhşətli terror aktı ilə bağlı Fransanın adı hallanıb. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının baş katibinin müavini, eks-prezident Dmitri Medvedevin baş verənlərdə Makronu ittiham etməsi təsadüfi sayılmamalıdır. Güman ki, Rusiyanın aidiyyəti strukturlarının terror barədə daha dərin məlumatları var və bu mövzuda araşdırmalar davam edir.

Yeni Kaledoniyada yaşananları götürək. Fransa iddia edib ki, baş verən etirazlarda Rusiya və Azərbaycanın əli var. Halbuki baş verənlər Fransa prezidentinin xaricdəki ərazilərin öz müqəddəratını təyinetmə prosesini pozmağa yönəlmiş qeyri-bərabər siyasi manevrlərinin nəticəsidir. Adada baş verən iğtişaşlara görə birbaşa Fransa hakimiyyəti məsuliyyət daşıyır. Belə ki, Fransa Milli Assambleyasında müzakirəyə çıxarılan seçki islahatları ilə bağlı qanun layihəsi iki həftə əvvəl paytaxt Numeada iğtişaşlara səbəb olub. Baş verənlərdən narahat olan Makron tələm-tələsik adaya səfər edib, müəyyən güzəştlər olacağını vəd edib. Bu vədlərin effektiv olacağını isə zaman göstərəcək.

Bəs Makronun Ukraynaya ordu göndərmək avantürası necə başa çatacaq? Ehtimal etmək olar ki, bu, sadəcə iddia olaraq qalacaq. Çox güman ki, bu iddialar qarşıdan gələn Avropa parlamentinə seçkilərlə bağlı ortaya atılıb. Sadəcə, hazırkı fransız iqtidarı bu kampaniyadan qalib çıxmağa çalışır. Lakin son sorğular və daxili ictimai rəy nəticələrin Makronun partiyası üçün uğursuz olacağından xəbər verir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Dünya

27-05-2024, 06:19

The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

Ölkə

30-05-2024, 17:59

Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH

Dünya

18-05-2024, 13:31

Zelenski: Rusiya ilə danışmazdan əvvəl bütün dünya tərəfindən razılaşdırılmış müfəssəl plan olmalıdır

Ölkə

2-05-2024, 11:39

Beynəlxalq marşrutlardakı avtobuslara biletlər qaytarılarkən ödənişin geri ödənməsi qaydası müəyyənləşib

Ölkə
Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq - Fotolar
Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq - Fotolar
Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
Siyasət
Prezident bu qanunu təsdiqlədi
Bu gün, 16:25
Prezident bu qanunu təsdiqlədi
Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
Bu gün, 14:21
Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
25-11-2026, 17:17
“Bununla rəqəmsal transformasiya siyasəti sistemli idarəetmə mərhələsinə keçdi”
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
25-11-2026, 12:31
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
25-11-2026, 11:19
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
Baş nazirlər Bakıda görüşdü - Fotolar
24-11-2026, 15:13
Baş nazirlər Bakıda görüşdü - Fotolar
Xəbər Lenti
  • Dünən, 18:25
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib - FOTOLAR
  • Dünən, 17:23
    Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq - Fotolar
  • Dünən, 16:25
    Prezident bu qanunu təsdiqlədi
  • Dünən, 15:58
    Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
  • Dünən, 15:46
    FHN MDU-da maarifləndirmə tədbiri keçirdi - Fotolar
  • Dünən, 15:13
    Onuncu icra başçısı hakim qarşısına çıxır - Yenilənir
  • Dünən, 15:05
    Üç azərbaycanlı tələbə milli süni intellekt modeli hazırlayıb - SIBA
  • Dünən, 14:21
    Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
  • Dünən, 13:57
    Sabah hava necə olacaq?
  • Dünən, 12:30
    QHT-lərlə bağlı qanuna dəyişikliklər edilir - Siyahı
  • Dünən, 11:11
    “Neftçi” “Zirə”yə, “İmişli” “Şəfa”ya qarşı
  • Dünən, 11:08
    Ərdoğan Məkkə müqaviləsini təsdiqlədi
  • Dünən, 10:46
    Rusiya Ukraynaya hərbi yük daşıyan gəmini vurdu
  • Dünən, 09:52
    Pəncəlinin qardaşına vəzifə verildi
  • Dünən, 09:26
    Yaş saçlarla yatmaq hansı fəsadlar verə bilər? - Həkimdən xəbərdarlıq
  • Dünən, 09:00
    “Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
  • Dünən, 17:51
    AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
  • Dünən, 17:19
    Ölkəsini sammitdə özü yox, Makron təmsil edəcək
  • Dünən, 17:00
    DOST-da 5 milyonuncu vətəndaşa xidmət göstərildi - Fotolar
  • Dünən, 16:34
    “Rus bölməsinin şagirdləri “Azərbaycan tarixi”ndəki terminləri anlamaqda çətinlik çəkirdi”
  • Dünən, 16:28
    Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirildi - Fotolar
  • Dünən, 15:25
    İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
  • Dünən, 14:31
    İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
  • Dünən, 13:56
    “Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan
  • Dünən, 12:59
    15° şaxta olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə