• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ermənipərəst senator Menendez və həyat yoldaşı ABŞ-da xarici agent elan edilib, əmlakları müsadirə oluna bilər

Dünya

13-10-2023, 13:23
Ermənipərəst senator Menendez və həyat yoldaşı ABŞ-da xarici agent elan edilib, əmlakları müsadirə oluna bilər

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan senatoru, ötən ay rüşvət alaraq siyasi “yaxşılıqlar” etməkdə ittiham edilmiş Robert Menendezə qarşı yeni ittiham aktı irəli sürülüb.

LiderXəbər xəbər verir ki, bu barədə “The New York Times“ nəşri yazıb.

Yazıda qeyd olunur ki, Menendez bu dəfə Senatın xarici əlaqələr komitəsində çalışdığı dövrdə Misir agenti kimi fəaliyyət göstərməkdə ittiham edilir.

Belə ki, federal prokurorlar Robert Menendezi, onun arvadı Nadine Menendezi və üçüncü müttəhim Uael Hananı Ədliyyə Departamentində qeydiyyatdan keçirmədən senatorun Misirin xeyrinə işləməsini təşkil etməkdə ittiham ediblər.

Prokurorlar hakimdən Nyu Cersi ştatında Menendez ailəsinə rüşvət kimi verilmiş mənzilin, həmçinin Mersedes-Benz markalı avtomobilin müsadirə edilməsini istəyiblər.

Sözügedən əməllərin Menendezin sadiqlik və inamla bağlı Senat qarşısında ABŞ konstitusiyasına etdiyi andını pozan əməllər olduğu və ona vəzifəsindən istefa verməsi üçün təzyiqləri artıracağı vurğulanıb.

İttihamda onu dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsini qadağasını açıq şəkildə pozduğu qeyd olunub.

“Görünür, ABŞ-də ilk dəfə olaraq vəzifədə olan senator 2-ci Dünya Müharibəsi dövrünün Xarici Agentlərin Qeydiyyatı Aktında nəzərdə tutulan davranışlarda ittiham edilir”, - “The New York Times“ın araşdırmasında bildirilib.

Vurğulanıb ki, FBİ rəsmiləri və prokurorlar 69 yaşlı Robert Menendez, arvadı 56 yaşlı Nadine Menendez, Uael Hana və digər iki biznesmenə qarşı ötən ay irəli sürülmüş ittihamda Menendez ailəsinin yüz minlərlə dollar, qızıl külçələri və Mersedes-Benz qarşılığında senatorun nüfuzundan istifadə edərək ABŞ-ın Misirə yardımlarının və hərbi satışlarının artırılması sxemi qurublar.

Yeni ittiham aktına əsasən 2018-2022-ci illərdə Menendez, onun arvadı və Uael Hana müxtəlif yerlərdə Misir rəsmiləri ilə görüşüb və senatorun rüşvət müqabilində Misir agenti kimi fəaliyyət göstərməsini təşkil ediblər.

Qeyd olunub ki, Nadine Menendez 2019-cu ilin mayında Vaşinqtondakı steyk restoranında “Mənim sevgilim sizin üçün başqa nə edə bilər” sualı verib.

Lakin ötən ay keçirilmiş məhkəmə dinləməsində müttəhimlərin heç biri özünü müqəssir hesab etməyib.

Qeyd olunub ki, kubalı immiqrantların övladı olan Robert Menendezin ofisi məsələ ilə bağlı bəyanat yayıb.

“Mən həyatım boyunca yalnız bir ölkəyə - ailəmin demokratiyada və azadlıqda yaşamaq üçün seçdiyi ABŞ-a sadiq olmuşam. Ard-arda ittihamların irəli sürülməsi onları doğru etmir”, - bəyanatda qeyd olunub.

Ötən ay ilk ittiham aktı irəli sürüldükdən sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən ayrılıb, lakin o, demokratların Senatdan istefa vermək tələbini qəbul etməyib.

Ötən gün Nyu Cersi və Vaşinqtondan olan bəzi senatorlar daha da irəli gedərək onun Senatdan çıxarılmasının səsə qoyulmasına çağırıblar.

İttiham aktında senator Menendez digər senatorlara Misir hökuməti rəsmiləri adından məktub yazaraq 300 milyon dollarlıq ABŞ yardımını sərbəst buraxmağa inandırmağa çalışmaqda ittiham edilib.

Qeyd olunub ki, Robert Menendez məktubu arvadı Nadine Menendezin təkidi yazıb və daha sonra ona öz şəxsi emaili vasitəsilə göndərib. Nadine Menendez isə Uael Hanaya göndərib və sonuncu emaili Misir rəsmilərinə ötürüb.

İttiham aktında qeyd olunub ki, Robert Menendez Xarici Agentlərin Qeydiyyatı Aktının tələblərindən tam xəbərdar olub. Belə ki, o, həmin dövrdə Ədliyyə Departamentindən Floridadan olan sabiq respublikaçı konqres üzvünün Venezuella ilə əlaqələrində görə sözügedən qanunu pozub-pozmadığını araşdırmasını istəyib.

Qeyd edək ki, bu Menendezə qarşı ilk korrupsiya ittihamı deyil. O, 2015-ci ildə zəngin göz həkimindən 1 milyon dollara yaxın dəyəri olan hədiyyələr, bahalı səyahətlər həmçinin siaysi kampaniya töhfələri almaqda ittiham edilib. İş 2017-ci ildə məhkəməyə təqdim olunsa da jürinin yekun qərar qəbul edə bilməyib.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-02-2023, 10:34

Sahibə Qafarova Misirin Baş naziri ilə görüşüb

Ölkə

7-10-2023, 11:43

240 manat rüşvət almışdı - 7 il 6 ay həbs verildi

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

4-04-2023, 11:49

Fazil Mustafaya qarşı terror aktı parlamentdə kəskin pislənib

Dünya

23-05-2023, 06:16

Nyu-Yorkdakı “Türk Evi”nin qarşısında mühafizə postu yaradılacaq

Ölkə
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Bu təhsil mərkəzinə direktor təyin edildi
Bu təhsil mərkəzinə direktor təyin edildi
Prezident daha bir səfiri geri çağırdı
Prezident daha bir səfiri geri çağırdı
Uşaqlara niyə tərəvəzlər verməlisiniz?
Uşaqlara niyə tərəvəzlər verməlisiniz?
Siyasət
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 14:49
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Miqrasiya prosedurları elektronlaşdırılıb
Dünən, 14:41
Miqrasiya prosedurları elektronlaşdırılıb
O da ABŞ-yə yollanacaq
26-07-2026, 15:44
O da ABŞ-yə yollanacaq
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
21-07-2026, 16:15
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
21-07-2026, 13:00
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
17-07-2026, 11:22
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Xəbər Lenti
  • Bu gün, 19:18
    Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
  • Bu gün, 19:13
    Milli Qvardiyanın ilk komandanı VƏFAT ETDİ
  • Bu gün, 18:30
    Bu təhsil mərkəzinə direktor təyin edildi
  • Bu gün, 18:00
    Qulaqda eşidilən uğultu bununla əlaqəli imiş
  • Bu gün, 17:45
    Avropada istirahət üçün ən ucuz ölkələr
  • Bu gün, 17:00
    Prezident daha bir səfiri geri çağırdı
  • Bu gün, 16:42
    Gecə tez-tez oyanırsınız?
  • Bu gün, 16:03
    Ağcaqanadlar ən çox onları sancır
  • Bu gün, 15:52
    Süni intellekt Avropanın minillik musiqi irsini bərpa edir
  • Bu gün, 15:44
    Azərbaycan mamırın kiloqramını 100 manata idxal edib
  • Bu gün, 14:43
    Bəzi çörək məhsulları xərçəngə səbəb olur
  • Bu gün, 13:51
    İsti havada ürəyinizi sərinləşdirin
  • Bu gün, 13:01
    Ən zərərli çörək növü açıqlanıb
  • Bu gün, 12:44
    Laçında 1 ton 200 kiloqram çətənə kolu məhv edilib
  • Bu gün, 12:00
    Azərbaycanda bu xəstəliyə ən çox qadınlar tutulur
  • Bu gün, 11:43
    Bu göyərti yüksək təzyiqin qarşısını alır
  • Bu gün, 11:25
    Büdcə gəlirləri proqnozu üstələdi - Səbəb nədir?
  • Bu gün, 11:22
    Uşaqlara niyə tərəvəzlər verməlisiniz?
  • Bu gün, 10:46
    Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
  • Bu gün, 09:46
    Çindən gətirilən 2 ton çörək qırıntısı məhv edildi
  • Bu gün, 09:20
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • Bu gün, 08:57
    Tiktoker həbs edildi
  • Bu gün, 08:50
    Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı
  • Bu gün, 08:48
    Bakının bəzi ərazilərində işıq olmayacaq
  • Bu gün, 08:45
    DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə