Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladze Yaxın Şərq regionunda baş verən hadisələr fonunda BƏƏ-dən ölkəsinə geri dönə bilmir.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Məlumata görə, K.Kaladze həftə sonu Əbu-Dabi şəhərində olub və vəziyyətin gərginləşməsinə görə Gürcüstana qayıda bilmir.
Tbilisi merinin ailəsi ilə öz doğum gününü qeyd etmək üçün BƏƏ-yə yollandığı qeyd olunub.
Qeyd edək ki, fevralın 27-də Kaladzenin 48 yaşı tamam olub.