• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Çips ürək çatışmazlığına səbəb ola bilərmi?

Cəmiyyət

22-06-2024, 15:03
Çips ürək çatışmazlığına səbəb ola bilərmi?

Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Turqut Cavadzadənin qəfil halı pisləşib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək olmayıb.

Hadisədən sonra uşağın valideynləri iddia ediblər ki, uşaq çipsdən zəhərlənərək həyatını itirib. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bu iddianı rədd edib. Bildirilib ki, Turquta ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib.

Elə isə çips ürək çatışmazlığına səbəb ola bilərmi?

Suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, böyüklər üçün "ağız dadı" hesab edilən, uşaqlar üçün cazibəli qida kimi görünən çips sağlamlığa önəmli dərəcədə ziyan vuran bir məhsuldur:

"Dünyanın inkişaf etmiş ölkələrində sağlamlıq üçün təhdid yaratdığına görə mütəxəssislər və alimlər tərəfindən çipsin istehlakına və istehsalına qadağa qoyulmasını zaman-zaman gündəmə gətirirlər. Çünki çipsin içərisində ciddi zərərli maddələr var.

Karbohidratla zəngin olduğundan qanda insulinin səviyyəsinə və davamlı aclıq hissinin itməməsinə səbəb olmaqla kökəlməyə - artıq çəkiyə, ürək-damar xəstəliklərinə, infarkt, xərçəng kimi xəstəliklərə yola açır.

Azyaşlıların və yeniyetmələrin müvafiq şikayət müraciətinin statistikasına baxdıqda görürük ki, mədə-bağırsaq xəstəliklərinin 75%-dən yuxarısı davamlı çipslə qidalanan uşaqlarda qeydə alınır.

Çipsin içərisindəki duzun, karbohidratın və yağın miqdarı azyaşlıların metabolizm aktının sürət və zamanına müvafiq deyil. Odur ki, çipsin istifadəsi təhlükə yaradır.

Hamilə qadınların çipsdən çox istifadə etməsi döldə bətndaxili inkişaf pozulmalarına səbəb olur.

Nəzərə alaq ki, çips hazırlanarkən kartof məhsulları 120 dərəcədən yuxarı temperatura məruz qalır. Bu vəziyyətdə isə akrilamidlərin əmələgəlmə prosesi qaçılmazdır.

Çünki bu maddə orqanizm üçün çox ciddi həyati təhlükə yaradır. Çipsin içərisinə qatılmış trans yağlar özləri də infarkt və bütün növ damar tıxanmaları yaradan amildir.

Bu cür yağlar depressiyaların əmələ gəlməsinə, yaddaş pozulmalarına təkan verən faktorlardır.

Trans yağlar diabetin yaranmasına şərait yaradan ən güclü səbəblərdən biri kimi izlənilir.

Həmçinin sonsuzluq, qaraciyər pozulmaları, Altsheymer, Parkinson xəstəlikləri də bu cür trans yağların təsirindən sürətlə inkişaf etməyə başlayırlar.

Abbas Bağırov onu da qeyd edib ki, çips zərərli xolesterin səviyyəsini artırmaqla damar xəstəliklərinin də artmasına zəmin yaradır, ürək problemlərini ikiqat çoxaldır:

"Çipsin davamlı istifadəsindən patoloji kökəlmə, bədənin pH (Hidrogen göstəricisi) səviyyəsinin pozulması, xolesterolun yüksəlməsi, ürək infarktı riskinin çoxalması, şəkərli diabet, mədə-bağırsaq kimi patoloji hallar yaradır.

Bu pozuntular hər biri ölümə aparan yollardır. Çips normal qablaşmada, normal şəraitdə, optimal temperaturda saxlanılırsa, ondan həftədə bir dəfə istifadə edilə bilər.

Azyaşlılara çips kalorisi və tərkibi yaşa uyğun hesablanıb, verilməlidir. Ən əsası paketlərin üzərində təlimatlandırıcı qeydlər olmalıdır".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə

13-03-2023, 11:31

İTSDA-nın bir sıra səlahiyyətləri TƏBİB-ə verilib

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

9-09-2023, 13:17

Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Dünən, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə