• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR

Cəmiyyət

1-08-2025, 17:47
Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR

Onkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşlar dövlət hesabına müalicə imkanlarının olmamasından şikayətlənirlər.

Liderxeber.az-a daxil olan müraciətlərdə bildirilib ki, İcbari Tibbi Sığortanın (İTS) Xidmətlər Zərfində (XZ) onkoloji xəstələr üçün hər hansı xidmətin nəzərdə tutulmaması bu kateqoriyadan olan pasiyentlərin vəziyyətini daha da ağırlaşdırır.

"Atam iki ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Müalicələrini davam etdirmək üçün artıq sata biləcəyimiz heç nə qalmayıb. Müalicə çox bahadır və əksər ailələr bu xərcləri qarşılayacaq imkanda deyillər. Bəs bu xəstələrin taleyini niyə düşünən yoxdur?" - deyə müraciətdə bildirir.

Məsələni araşdırmağa çalışdıq.

Araşdırma zamanı məlum oldu ki, hazırda onkoloji xəstələrin tibbi təminat məsələsi açıq qalmaqda davam edir.

Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, onkoloji xəstəliklərin diaqnostika və müalicəsi dövlət büdcəsi hesabına həyata keçirilməli olsa da, hazırda bu xidmətlər İTS-nin XZ-yə daxil edilməyib. Bu da onkoloji xəstələrin dövlət dəstəyindən kənarda qalmasına, vaxtında və keyfiyyətli müalicə ala bilməmələri səbəbindən tez vəfat etmələrinə və həyat keyfiyyətlərinin azalmasına səbəb olur.

Əvvəlcə onu diqqətə çatdıraq ki, hələ ötən il, 2025-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məsələni gündəmə gətirmişdi.

O, ürək-damar xəstəliklərindən sonra ən çox ölüm hallarının onkoloji xəstəliklərlə bağlı olduğunu xatırladaraq, bu kateqoriyadan olan vətəndaşların İTS sisteminə daxil edilməməsini qəbuledilməz adlandırmışdı.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) artıq 5 ildir fəaliyyət göstərir, amma onkoloji xəstələrin bu sistemə cəlb olunması istiqamətində heç bir ciddi addım atılmayıb. Onkoloji xidmətlərə ayrılan vəsait isə cəmi 50 milyon manat civarındadır", - deyə komitə sədri bildirmişdi.

Liderxeber.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq İTSDA-dan bildirilib ki, hazırda onkoloji xəstəliklərin XZ-yə daxil edilməsi ilə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılır.

"Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir. Tibbi statistik məlumatlar analiz edilir. Xidmətin maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin potensialı öyrənilir və xidmətin göstərilməsi imkanları araşdırılır", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, "Onkoloji yardım haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım müvafiq dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

"Sözügedən qanuna uyğun olaraq onkoloji xəstələrin Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır. Bu tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki doqquz elmi-tədqiqat institutu və mərkəzində göstərilir.

Sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması, Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr aparılır.

Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır", - deyə açıqlamada vurğulanıb.

Dövlət Statistika Komitəsindən Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 nəfər təşkil edib.

"Onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadındır. 2023-cü ildə ölkədə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyata alınan insanların sayı 69 435 nəfər olub. Onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri qadın idi", - deyə məlumatda bildirilib.

Sonda belə bir statistikanı da diqqətə çatdırmaq istərdik:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) onkoloji xəstəliklərin problemləri ilə məşğul olan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyinin (BXÖA) hesablamalarına görə, 2022-ci ildə dünyada 20 milyon xərçəng xəstəsi qeydə alınıb. 9.7 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Diaqnoz qoyulan andan 5 il sonra sağ qalan insanların sayı 53.5 milyon olub. Təqribi olaraq hər beşinci adamda xərçəng xəstəliyi inkişaf edir, təxminən doqquz kişidən biri və on iki qadından biri xərçəngdən dünyasını dəyişir.

Xərçəng xəstəlikləri arasında ən çox yayılmış ağciyər xərçəngidir. Xərçəngə yeni yoluxma hallarının (2.5 milyon) 12,4 faizi bu növün payına düşür.

İkinci yerdə süd vəzi xərçəngi (2.3 milyon yoluxma, 11,6 faiz), kolorektal xərçəng (1.9 milyon yoluxma, 9,6 faiz), prostat vəzi xərçəngi (1.5 milyon, 7,3 faiz) və mədə xərçəngi (970 000 yoluxma, 4,9 faiz) gəlir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

27-10-2023, 14:23

Səhhətiylə bağlı pul yığmaq istəyənlərə müraciət – Bu xəstəliklərin müalicəsinin pulunu biz ödəyirik

Ölkə

9-09-2023, 13:17

Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Cəmiyyət

21-06-2025, 09:58

Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə