• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Cəmiyyət

20-05-2025, 15:02
Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə səfərbərlik və hərbi xidmətə çağırış, eləcə də ehtiyatda olan şəxsi heyətin qeydiyyatı sahəsində vəziyyətin bu istiqamətdə aparıcı dövlətlərdə görülən işlərlə uyğunlaşdırılması üzrə tədbirlər keçirilir.

Belə  ki, qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində bir sıra qanunlara dəyişikliklər edilib. Həmçinin çağırışçılar və hərbi vəzifəlilər özləri haqqında məlumatları vaxtında vermədikdə, möhlətləri olanlar tələb edilən vaxtda xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə gəlmədikdə barələrində İnzibatı Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən tətbiq olunacaq tədbirlər də sərtləşdirilib.

Artıq vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaratmalıdırlar.

Bununla yanaşı hərbi uçot, qeydiyyat ünvanının dəyişdirilməsi, sağlamlığa görə möhlət, növbəti müayinə vaxtı və digər məlumatlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş hərbi biletdə də qeyd olunur (hərbi biletdəki məlumatlarla https://e-qanun.az/framework/31791 saytında tanış olmaq mümkündür).

Bəs qanunu pozmamaq və cərimələnməmək üçün nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə vətəndaşların dövlət qarşısında hansı öhdəlikləri vardır?

Liderxeber.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovun sözlərinə görə, əslində hərbi vəzifəlilərin öhdəlikləri onların hərbi biletlərinin müvafiq səhifələrində qeyd olunub.

“Qeyd edim ki, hazırda Dövlət Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir.

Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır. Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir və bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir. Təbii ki, “MyGov” mobil tətbiqini yükləmək də zəruridir. Xəbərdar olunmuş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır”, - o əlavə edib.

Şöbə rəisi bildirib ki, qanunda edilən dəyişikliklərə görə hərbi uçot, hərbi qeydiyyat, çağırış və səfərbərlik qaydalarını pozan vətəndaşlara münasibətdə məsuliyyət tədbirləri sərtləşdirilib və cərimələrin məbləği artırılıb.

“2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı hamının “Dəmir yumruq” ətrafında birləşərək Vətənin müdafiəsinə getmək istəməsi vətəndaşların həmrəyliyini və gücünü nümayiş etdirdi. Əsas məqsədimiz sülh dövründə də vətəndaşla dövlət qurumları arasında olan münasibətlərin daha şəffaf və məsuliyyətli olmasını təmin etməkdir. Bir daha vətəndaşlara səslənərək bildirmək istərdik ki, hərbi vəzifələrin icrası ilə bağlı dövlət qarşısında olan öhdəliklərinə məsuliyyətlə yanaşsınlar”, - deyə, P. Sədrəddinov söyləyib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Cəmiyyət

30-04-2025, 10:58

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

16-04-2025, 10:40

Müddətli həqiqi hərbi xidmətə çağırış barədə bildirişlər “myGov”da!

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

29-10-2024, 13:55

Səhiyyəmizdə aparılan köklü islahatlar öz bəhrəsini verir

Ölkə
Güclü külək əsir
Güclü külək əsir
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Siyasət
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Bu gün, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Bu gün, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Bu gün, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Bu gün, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Bu gün, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Xəbər Lenti
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
  • Dünən, 17:14
    Türkiyə yaxın həftələrdə “Akkuyu” AES-i istismara verməyi planlaşdırır
  • Dünən, 16:39
    Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
  • Dünən, 16:00
    Zəngilan Aqroparkı yaradıldı - Fərman
  • Dünən, 15:40
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • Dünən, 15:21
    “Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
  • Dünən, 14:41
    Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
  • Dünən, 14:26
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 14:08
    “İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
  • Dünən, 14:00
    Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
  • Dünən, 13:40
    Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
  • Dünən, 13:33
    Read Səmədov yarışda üçüncü yeri tutdu
  • Dünən, 13:16
    Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
  • Dünən, 13:03
    İş yerində konfliktlərin idarə olunması üsulları
  • Dünən, 12:56
    “DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”
  • Dünən, 12:28
    Sökülən binaların sakinlərinə - Şad xəbər
  • Dünən, 12:19
    Kuryerlər ayda 15 manat vergi ödəyə bilər
  • Dünən, 12:08
    Şəhid ailələri və müharibə əlillərinə - 600 mənzil alınacaq
  • Dünən, 12:04
    Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
  • Dünən, 11:59
    Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
  • Dünən, 11:46
    Orta aylıq pensiyanın 45 manat artacağı gözlənilir
  • Dünən, 11:43
    “Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
  • Dünən, 11:30
    Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
  • Dünən, 11:13
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə