• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Köhnə qatarlarla nə vaxt "sağollaşacağıq?"

Cəmiyyət

14-05-2025, 14:34
Köhnə qatarlarla nə vaxt "sağollaşacağıq?"

Əvvəldən qeyd edim ki, başlıqda verilən sualın cavabı yoxdur. Amma bu yazı sərnişinləri aldatmaq üçün yazılmayıb.

Keçək mətləbə.Mayın 7-də "Bakı Metropoliteni" QSC-yə "köhnə qatarlar nə vaxt sıradan çıxarılacaq?" sorğusunu ünvanladıq. "İnformasiya əldə etmək haqqında" Qanunun 24.2-ci maddəsində qeyd olunur: "İnformasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir". Bu gün 14 maydır, sorğunun üzərindən bir həftə keçib. Metro rəsmiləri isə qış yuxusundan hələ də ayılmayıblar. Yaxud da jurnalistin sorğusunu cavablamağı özlərinə əziyyətli və lüzumsuz bir iş hesab edirlər.

Yay fəsli qapıdadır, ancaq Bakı metrosunda hələ də köhnə qatarlar fəaliyyətdədir, özü də say üstünlüyü ilə. Metropoliten sözçüsünün son açıqlamalarına istinad etsək, hər gün xəttə 40-46 qatar buraxılır, onlardan yeni qatarların sayı cəmi 23-dür. Yəni yarısı köhnə qatarlardır.

Köhnə qatarların dili olsa, bəlkə də, "bizdən əl çəkin" deyərlər. Çünki sözün əsl mənasında can verirlər. Bu yaxınlarda hərəkətdə olarkən qatardan tüstü iyinin gəldiyini müşahidə etdim. Nə yalan deyim, bir anlıq yanğın çıxacağını, ikinci metro faciəsinin olacağını düşündüm.

Metro rəsmilərinin açıqlamalarının aşağı-yuxarı mahiyyəti həmişə eynidir: "Yaxşı olacaq".

Bəs yaxşı olurmu?

Təəssüf, cənablar, yaxşı deyil, bu gedişlə də olmayacaq. Hörmətli rəsmilər, özünüzə verdiyiniz "niyə?" sualını da eşidirəm.

Cavabını deyim. Metroda sıxlıq yenə də pik həddədir, interval böyükdür, havasızlıqdan ürəyi gedənlərin sayı az deyil. Bu məqamda ortaya sual çıxır: sərnişinlər sıxlığa və havasızlığa indi dözə bilmirlərsə, yayda necə olacaq? Köhnə qatarlara kondisioner quraşdırmağın mümkün olmadığını nəzərə alsaq, bu yay da Bakı metrosunun "sauna"dan fərqlənməyəcəyini deyə bilərik.

Səbəblər isə həmişə eynidir: "Xərci çoxdur, quraşdırılması mümkün deyil, istismar müddəti bitməyib" və sair.

Son illər "Bakı Metropoliteni"ndə gediş haqqı artırıldı. Müvafiq şəxslər bu addımı xərclər və keyfiyyət dəyişikliyi ilə əlaqələndirdilər. Çox keçmədən sözügedən qurumda rəhbərlik dəyişdirildi, yeni gözləntilər formalaşdı. Lakin görünən odur ki, yeni rəhbərliyin də köhnədən fərqi olmadı. Keyfiyyət isə sözdə dəyişib, əməldə bir Allahın qulu görməyib.

İşlərdə müsbətə doğru hansısa dəyişiklik görməyəndə çoxları əlini yelləyib, "toplananların yerini dəyişəndə cəm dəyişmir" deyirlər. Amma dəyişiklik zərurətinin məntiqini də gərək o dəyişilənlər düşünsünlər axı - komponentlərin yerini və özünü niyə dəyişdilər ki? Biz niyə buradayıq? Köhnə qatarlar niyə hələ də hərəkətdədir?

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

5-12-2024, 17:58

Bakı metrosunda növbəti texniki problem: Vəd olunan xüsusi iclasdan hansı nəticə çıxdı?

Cəmiyyət

7-12-2024, 11:42

Həftənin bazar ertəsi günü miokard infarktı ola bilərsiniz: Səhər saatları niyə təhlükəlidir?

Cəmiyyət

12-08-2024, 17:29

Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb: Aylarla maaş almırlar

Ölkə

21-06-2024, 16:28

Bakının elektrik qatarları: təhlükəsiz, rahat, sürətli - Foto - Video

Ölkə
Güclü külək əsir
Güclü külək əsir
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Siyasət
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Bu gün, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Bu gün, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Bu gün, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Bu gün, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Bu gün, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Xəbər Lenti
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
  • Dünən, 17:14
    Türkiyə yaxın həftələrdə “Akkuyu” AES-i istismara verməyi planlaşdırır
  • Dünən, 16:39
    Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
  • Dünən, 16:00
    Zəngilan Aqroparkı yaradıldı - Fərman
  • Dünən, 15:40
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • Dünən, 15:21
    “Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
  • Dünən, 14:41
    Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
  • Dünən, 14:26
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 14:08
    “İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
  • Dünən, 14:00
    Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
  • Dünən, 13:40
    Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
  • Dünən, 13:33
    Read Səmədov yarışda üçüncü yeri tutdu
  • Dünən, 13:16
    Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
  • Dünən, 13:03
    İş yerində konfliktlərin idarə olunması üsulları
  • Dünən, 12:56
    “DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”
  • Dünən, 12:28
    Sökülən binaların sakinlərinə - Şad xəbər
  • Dünən, 12:19
    Kuryerlər ayda 15 manat vergi ödəyə bilər
  • Dünən, 12:08
    Şəhid ailələri və müharibə əlillərinə - 600 mənzil alınacaq
  • Dünən, 12:04
    Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
  • Dünən, 11:59
    Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
  • Dünən, 11:46
    Orta aylıq pensiyanın 45 manat artacağı gözlənilir
  • Dünən, 11:43
    “Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
  • Dünən, 11:30
    Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
  • Dünən, 11:13
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə