• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanın müasir enerji strategiyası: İdxaldan asılılığa son, ixracda yeni mərhələ

---

27-06-2026, 12:30
Azərbaycanın müasir enerji strategiyası: İdxaldan asılılığa son, ixracda yeni mərhələ

Azərbaycanda yeni neft emalı zavodunun tikintisi ilə bağlı müvafiq qərar qəbul edilib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Nazirin sözlərinə görə, layihənin təxminən 5-6 il ərzində tamamlanması nəzərdə tutulur. O bildirib ki, yeni zavod tam müasir tələblərə cavab verəcək və həm sənaye, həm də ekoloji standartlar baxımından ən son yanaşmalar əsasında inşa olunacaq.

Yeni zavodun tikintisi yalnız yanacaq istehsalının artırılması deyil, eyni zamanda neft-kimya məhsulları istehsalının genişləndirilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Bəs yeni neft emalı zavodu Azərbaycanın iqtisadiyyatına hansı töhfələri verə bilər?

Liderxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanın müasir enerji strategiyası: İdxaldan asılılığa son, ixracda yeni mərhələ - FOTO

"Yeni zavod SOCAR-ın ixrac imkanlarını genişləndirəcək"

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Kaspi" qəzetinə açıqlamasında bildirir ki, 1953-cü ildə istismara verilən Heydər Əliyev adına Neft Emalı Zavodu ölkənin yanacaq istehsalı sektorunun əsas emal müəssisəsidir. Ekspertin sözlərinə görə, zavodda benzin, dizel yanacağı, aviasiya kerosini, neft koksu, bitum, mazut, LPG və digər neft məhsulları istehsal olunur, bununla da daxili tələbatın böyük hissəsi qarşılanır:

"2015-ci ilin oktyabrında zavodun modernləşdirilməsi məqsədilə təxminən 1,5-2 milyard ABŞ dolları dəyərində kompleks yenidənqurma layihəsinə start verilib. Proqramın əsas məqsədləri istehsal gücünün artırılması, "Avro-5" standartlarına uyğun yanacaq istehsalına keçidin təmin edilməsi, "Azərikimya" İstehsalat Birliyinin xammal təchizatının gücləndirilməsi və emal müəssisəsinin istismar müddətinin uzadılması olub".

Ekspert vurğulayır ki, hazırda qlobal emal gücləri enerji bazarlarında neft məhsullarına olan tələbatı qarşılamaq və bazar tarazlığının qorunub saxlanması kimi funksiyaları yerinə yetirir:

"Müasir tələblərə cavab verən yeni emal gücünün bir neçə ildən sonra istismara verilməsi ölkədaxili yanacaq təchizatını yaxşılaşdırmaqla yanaşı SOCAR-ın beynəlxalq ixrac qabiliyyətini və bazar payını artıracaq. SOCAR-ın Azərbaycan, Türkiyə və İtaliya aktivlərinin ümumi emal gücü ildə 30 milyon ton olmaqla onun Cənubi Qafqaz, Qara dəniz və Aralıq dənizi enerji bazarlarında rolunu artıracaq. Qarşıdakı illərdə yüksək enerji daşıyıcıları və neft-kimya məhsulları qiymətindən yararlanan ölkələrdən biri də Azərbaycan olacaq".

Azərbaycanın müasir enerji strategiyası: İdxaldan asılılığa son, ixracda yeni mərhələ - FOTO

"Layihə ölkənin maliyyə imkanlarını gücləndirəcək"

İqtisadçı-ekspert Asif İbrahimov bildirir ki, Azərbaycanın yeni neft emalı zavodunun tikintisi ilə bağlı qəbul olunan qərar ölkənin enerji sektorunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihə daxili emal gücünün artırılmasına, əlavə dəyər zəncirinin genişlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edəcək:

"Azərbaycan neft-qaz ehtiyatlarının hasilatçısı olan ölkədir. Yeni zavodun istifadəyə verilməsi nəticəsində benzin, dizel və digər neft məhsullarının istehsal həcminin artırılması, idxaldan asılılığın azalması və ixrac potensialının güclənməsi mümkün olacaq. Bu, eyni zamanda valyuta daxilolmalarının artmasına və tədiyyə balansının möhkəmlənməsinə müsbət təsir göstərə bilər. Layihə həm tikinti, həm də istismar mərhələsində yeni iş yerlərinin yaradılmasına, yerli sənaye və xidmət sektorunun inkişafına imkan verəcək. Bununla yanaşı, yeni texnologiyaların tətbiqi və sənaye infrastrukturunun modernləşdirilməsi Azərbaycanın daha müasir və beynəlxalq standartlara uyğun istehsal imkanlarına sahib olmasına şərait yaradacaq. Qlobal enerji keçidi və dekarbonizasiya trendləri nəzərə alınaraq, layihənin uzunmüddətli dayanıqlılığı yüksək səmərəlilik və beynəlxalq ekoloji standartlara uyğun istehsal həllərinin tətbiqi ilə təmin olunacaq. Nazirin vurğuladığı kimi, belə iri sənaye layihələri Azərbaycanın iqtisadi inkişaf strategiyasında mühüm yer tutur və ölkənin sənaye potensialının gücləndirilməsinə xidmət edir".

Azərbaycanın müasir enerji strategiyası: İdxaldan asılılığa son, ixracda yeni mərhələ - FOTO

Struktur və qlobal bazar riskləri

Mütəxəssis bildirir ki, belə iri sənaye layihələrini qiymətləndirərkən müəyyən risklər də nəzərə alınmalıdır. Layihənin icrası və tətbiqi zamanı bir sıra amillər diqqətdə saxlanılmalıdır:

"Ümumilikdə, Azərbaycanda yeni neft emalı zavodunun tikintisi ilə bağlı qəbul olunan qərar enerji təhlükəsizliyi baxımından mühüm addım hesab edilir. Lakin layihə iqtisadi artım, enerji təhlükəsizliyi və ixrac potensialı baxımından yeni imkanlar yaratsa da, struktur və qlobal bazar risklərini də özündə ehtiva edir. Bu risklər sırasında layihənin iqtisadi səmərəliliyi və əlavə dəyərin yaradılması məsələləri xüsusi əhəmiyyət daşıyır. Hazırkı mərhələdə əsas suallardan biri texniki-iqtisadi əsaslandırmanın hansı səviyyədə aparılması və layihənin uzunmüddətli perspektivdə nə dərəcədə səmərəli olacağı ilə bağlıdır".

Azərbaycanın müasir enerji strategiyası: İdxaldan asılılığa son, ixracda yeni mərhələ - FOTO

"Yüksək standartlar layihənin rəqabət üstünlüyünü gücləndirəcək"

Ekspert qeyd edir ki, müasir dövrdə qlobal enerji trendləri, xüsusilə dekarbonizasiya prosesi və yaşıl iqtisadiyyata keçid neft-qaz sektoruna yeni çağırışlar yaradır:

"Dünyada hibrid və alternativ enerji texnologiyalarının tətbiqi genişlənir, bir sıra ölkələr neft və qazdan asılılığı azaltmaq istiqamətində strategiyalar həyata keçirirlər. Avropa da bu istiqamətdə sürətli keçidi təmin etmək üçün genişmiqyaslı planlar hazırlayır. Bu baxımdan yeni layihələrin qlobal enerji dəyişikliklərinə nə dərəcədə uyğunlaşdırılması mühüm məsələlərdən biridir. Region bazarında neft məhsullarına tələbat yüksək olsa da, mövcud emal gücləri və rəqabət layihənin ixrac imkanlarına təsir göstərə bilər. Türkiyə, Rusiya və Körfəz ölkələrində yerləşən iri neft emalı müəssisələri beynəlxalq bazarlarda pay uğrunda rəqabət aparır. Bu səbəbdən layihənin uğuru əsasən istehsal olunacaq məhsulların beynəlxalq standartlara uyğunluğundan, eləcə də logistika imkanlarının düzgün qurulmasından asılı olacaq".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

30-04-2025, 14:51

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar
İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”
“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”
Siyasət
Yenidən sədr və müavin oldular
30-10-2026, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
29-10-2026, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 17:00
    Palata 2027-ci ilin dövlət büdcəsi layihəsinə rəyi təsdiqlədi - Fotolar
  • Bu gün, 16:31
    Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
  • Bu gün, 15:30
    Vəzifəli şəxs rüşvətə görə həbs edildi
  • Bu gün, 15:21
    İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar
  • Bu gün, 14:15
    Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
  • Bu gün, 14:15
    “Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”
  • Bu gün, 13:25
    Sabah 23° isti olacaq
  • Bu gün, 12:34
    Ermənistanda yeni Konstitusiya layihəsi bu ay dərc ediləcək
  • Bu gün, 12:17
    Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
  • Bu gün, 11:23
    Bu istiqamətdə əlavə qatar reysləri olacaq
  • Bu gün, 10:51
    Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
  • Bu gün, 10:30
    Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
  • Bu gün, 10:00
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bu gün, 09:48
    “Rəqəmsal Media Ayı” keçiriləcək
  • Bu gün, 09:10
    Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır?
  • Bu gün, 08:50
    Əcnəbilər Qazaxıstana yeni qayda ilə gedəcəklər
  • 31-10-2026, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • 31-10-2026, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • 31-10-2026, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • 31-10-2026, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • 31-10-2026, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • 31-10-2026, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • 31-10-2026, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • 31-10-2026, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 30-10-2026, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə