• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Siyasət

30-04-2025, 14:51
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərinin və "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.

Liderxeber.az xəbər verir ki, əvvəlcə "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Hazırda Azərbaycanda doqquz sənaye parkı və dörd sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8.1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6.9 milyard manatdan çox investisiya yatırılıb və 10 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16.2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5.2 milyard manatlıq hissəsi ixrac edilib.

Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.

Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Bu gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14.2 faiz, ixrac isə 17.2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirilib ki, "Kartaş Kimya" MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2.5 hektar ərazi ayrılıb.

Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı, daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur.

Dövlətimizin başçısı zavodu işə salıb.

Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.

Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur.

Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Müəssisə rezidentlərə verilən güzəştlərdən də yararlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak edib.

"Az-Tex-İmport" MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub.

Müəssisə İtaliyanın "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib.

Dövlətimizin başçısı müəssisəni işə salıb.

Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. "Az-Tex-İmport" MMC də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb.

Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir.

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.



Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

9-01-2025, 13:16

Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb

Ölkə

27-03-2025, 14:10

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə
“Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
“Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Dənizə getmək istəyənlərin nəzərinə!
Dənizə getmək istəyənlərin nəzərinə!
Siyasət
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Dünən, 17:30
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Dünən, 14:39
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Prezident Qaradağda açılışda - Fotolar
10-09-2026, 11:56
Prezident Qaradağda açılışda - Fotolar
Prezident Əziz Səncəri təltif etdi
7-09-2026, 14:15
Prezident Əziz Səncəri təltif etdi
Putin Əliyevə zəng etdi
7-09-2026, 13:16
Putin Əliyevə zəng etdi
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
5-09-2026, 09:00
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Xəbər Lenti
  • Dünən, 14:33
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
  • Dünən, 14:21
    “Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
  • Dünən, 13:00
    Pakistan Ermənistana ilk səfirini təyin etdi - Foto
  • Dünən, 12:34
    Sabah hava necə olacaq?
  • Dünən, 11:00
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Dünən, 10:07
    Sağlam qalmağın yolları açıqlandı
  • Dünən, 09:44
    Dənizə getmək istəyənlərin nəzərinə!
  • Dünən, 09:19
    Analoqu olmayan tədbir - Orkestrə robot dirijorluq etdi
  • Dünən, 09:10
    Nepaldakı daşqınlarda ölənlərin sayı artdı
  • Dünən, 09:00
    Şimali Koreya Yapon dənizinə ballistik raketlər buraxdı
  • Dünən, 20:44
    Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? - VİDEO
  • Dünən, 17:30
    Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
  • Dünən, 16:21
    Yol polisi yanan avtomobili söndürdü
  • Dünən, 16:03
    Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
  • Dünən, 15:53
    Mərhum prokurorun general oğlu yeni idarənin rəisi təyin edildi
  • Dünən, 15:40
    İranın elektrik şəbəkəsi Azərbaycanın enerji sisteminə qoşulub
  • Dünən, 15:28
    “Naxçıvan istiqamətində işlər yekunlaşıb”
  • Dünən, 14:54
    Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
  • Dünən, 14:01
    11 fərqli ölkə, 1 komanda - “Sabah” ÇL-in tarixinə düşdü
  • Dünən, 13:57
    Şəkidə 4 nəfəri çaqqal dişlədi - Yenilənib
  • Dünən, 13:19
    Xankəndidə bu qədər əhali yaşayır
  • Dünən, 12:32
    Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
  • Dünən, 12:14
    “Emin Əmrullayev dedi ki, dərsliklərlə bağlı iclas olsa, tapşırıq verəcək”
  • Dünən, 11:18
    Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
  • Dünən, 11:09
    “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə