• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

KİV: İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yoxa çıxan 17 min avtomat İranın əlinə keçə bilər

Siyasət

24-01-2024, 11:34
KİV: İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yoxa çıxan 17 min avtomat İranın əlinə keçə bilər

Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bir neçə gün əvvəl İkinci Qarabağ müharibəsindən sonra orduya məxsus 17 min avtomatın yoxa çıxdığını açıqlamışdı.

Brüsseldə fəaliyyət göstərən nüfuzlu “EU Reporter” saytı bu mövzuda maraqlı araşdırma ilə çıxış edib.

LiderXəbər “EU Reporter”in “Regional destabilizator: itirilən erməni avtomatlarının qurbanları kimlər olub?” başlıqlı həmin məqaləsini təqdim edir:

“Erməni hərbçilərinə necəsə 17 min avtomatı itirmək müvəffəq olub. Bu, zarafat deyil, Ermənistanın daxili işlər naziri Vaqe Kazaryanın sözlərinə görə, bu qədər silah anbarlarda yoxdur. Ermənistan hərbçilərinin əsas hücum silahları isə Rusiya istehsalı olan “Kalaşnikov” avtomatlarıdır.

Bu rəqəmi təsəvvür etmək çətindir - 17 000. Təsəvvür edin - bu qədər silah 3,5 piyada briqadasını silahlandırmaq üçün kifayətdir! Ermənistanın bütün ordusunun sayı 65 min nəfərdir, deməli, itirilmiş silahlar şəxsi heyətin dörddə birinə bəs edir. Əgər həmin 17 min silah düzgün qablaşdırılsaydı, bu, 1400-dən çox kifayət qədər böyük və ağır qutu (hər birində 12 avtomat) olardı ki, bu da silahların yerdəyişməsi üçün 10-dan çox hərbi yük maşını tələb edərdi.

Kazaryanın sözlərinə görə, silahlar 2020-ci ilin sonunda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsinin böyük hissəsini azad etdiyi 44 günlük müharibədən sonra yoxa çıxıb. Həmin silahlar müharibə zamanı itməyib və ya Azərbaycan qoşunları tərəfindən qənimət kimi götürülməyib – silahlar məhz münaqişədən sonra yoxa çıxıb.

Kazaryan, həmçinin, qeyd edib ki, o, "silah və sursatla bağlı məsələdən narahatdır", çünki bunun "regional təhlükəsizlik və sabitlik üçün potensial nəticələri" ola bilər. Bu da o deməkdir ki, silahlarla yanaşı, onların sursatlarının çatışmazlığı da var və heç kim miqyasın nə qədər olduğunu bilmir.

Əgər silahlar yerli əhali tərəfindən oğurlansaydı, hər hansı vətəndaş üsyanı çox güman ki qanlı toqquşmalara çevriləcək və dövlətin dağılmasına səbəb olacaqdı. Amma Ermənistandakı siyasi vəziyyəti və silahlı üsyana çevrilməyən vaxtaşırı kütləvi etirazları nəzərə alsaq, çox güman ki silahlar artıq ölkədə yoxdur. Ermənistan kimi ölkədə 17 min avtomat gizlətmək çətin olardı.

Bu silahlar indi haradadır? Onlar, şübhəsiz ki, Türkiyə, Gürcüstan və Azərbaycan sərhədlərindən keçərək Ermənistanı tərk etməyib. Planetin istənilən yerində silah almaqda çox maraqlı olan bircə qonşu ölkə qalır - İran. Müxtəlif terror təşkilatlarının əsas dəstəkçisi olan Tehran onları müntəzəm olaraq yüngül və ağır silahlarla təmin edir.

Rusiya istehsalı olan avtomatların əlavə dəyəri var. Onlar əslində izlənilməzdir. İran “Kalaşnikov” avtomatının öz analoqlarını - KLF və ya KLS avtomatlarını istehsal edir. Lakin onlar yüngül dizayn fərqləri, İranın istehsal etdiyi “Kalaşnikov”un aşağı keyfiyyəti, zavod “markirovka”ları və s. asanlıqla fərqlənirlər. Husilərə, "Hizbullah"a və ya HAMAS-a Rusiya istehsalı olan silahların göndərilməsinə üstünlük verilir - onların haradan gəldiyini heç kim dəqiq bilmir.

Bu gün sanksiyalardan yayınmaqda dəstəyinə görə İran-Rusiya müttəfiqliyinin mühüm tərkib hissəsi olan Ermənistanın fəal köməyi sayəsində İrəvan bu cür silahların əldə olunacağı yerdir.

Təsəvvür edin ki, 2020-ci ildən bəri Ermənistan hərbi ehtiyatlarından “yoxa çıxan” “Kalaşnikov” avtomatları HAMAS-ın əlinə düşə və İsraildə oktyabrın 7-də törədilən terror aktlarında istifadə oluna bilərdi.

Bir il əvvəl Rusiya təbliğatı Ukraynaya göndərilən silahların cinayətkarların əlinə keçəcəyi versiyasını fəal şəkildə təbliğ edirdi. Şərqi Avropada yüzlərlə odlu silahın müxtəlif dəstələrə satıldığı iddia edilirdi. Dəlillər kifayət qədər qeyri-müəyyən olsa da, bu barədə mediada böyük səs-küy var idi. Əlbəttə, çox güman ki, cinayətkarlar döyüş bölgəsindən silah ala bilərdilər.

Amma təəccüblüdür ki, biz terrorçulara ən böyük silah tədarükçüsü olan İranla həmsərhəd bir ölkədə itkin düşən 17 min silah barədə heç bir müzakirə aparmırıq”, - məqalənin müəllifi Sara Miller qeyd edib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

20-09-2023, 16:59

Antiterror tədbirləri təhrik edən erməni təxribatları - Məqalə

Ölkə

2-06-2023, 13:35

Bakının avtomobil bazarında mayda aktivlik artıb

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Siyasət

31-03-2023, 09:35

Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

Ölkə
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Dünən, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Dünən, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Dünən, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Dünən, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Dünən, 13:01
    Sabah 28° isti olacaq
  • Dünən, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Dünən, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Dünən, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Dünən, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Dünən, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Dünən, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Dünən, 09:29
    İsrailə gizli səfər etdi
  • Dünən, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Dünən, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə