• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir - Fotolar

Siyasət

31-08-2026, 15:39
Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir - Fotolar

Bu gün Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Liderxeber.az xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Nümayəndə heyəti həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Səfər çərçivəsində Azərbaycan Baş prokuroru Kamran Əliyev ilə Çin Ali Xalq Prokurorluğunun Baş prokuroru  Yinq Yonq arasında iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Çin arasında dövlət başçılarının siyasi iradəsinə və möhkəm etimada əsaslanan münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında formalaşmış yüksəksəviyyəli etimad və siyasi iradə iki ölkə arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün mühüm əsas təşkil edir.

Azərbaycan və Çin arasında münasibətlərin etimad, bərabərlik, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdiyi vurğulanıb. Çinin müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyinə və irəli sürdüyü təşəbbüslərə göstərdiyi ardıcıl dəstək yüksək qiymətləndirilib.

Qeyd olunub ki, dövlət başçılarının müntəzəm təmasları və siyasi iradəsi nəticəsində Azərbaycan-Çin münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Habelə Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ildə Çinə iki dəfə səfər etməsi, müxtəlif səviyyələrdə səfər və görüşlərin intensivləşməsi, eləcə də 2025-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması ikitərəfli münasibətlərin yüksək səviyyəsinin və strateji xarakterinin mühüm göstəriciləri kimi xüsusi vurğulanıb.

Baş prokuror Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək iki ölkənin prokurorluq orqanları arasında etimada, hörmətə və faydalı təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycan və Çin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsinin, transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, təcrübə və informasiya mübadiləsi, habelə prokurorluq fəaliyyəti üzrə qabaqcıl təcrübələrin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilib.

Bildirilib ki, Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun geniştərkibli nümayəndə heyəti 2024-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi Konfransı və İllik İclasında iştirak edib. Həmçinin 2025-ci ildə Azərbaycan Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti Çində təşkil olunmuş uzunmüddətli təlim proqramına qatılıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Yinq Yonq Azərbaycan ilə Çin arasında mövcud münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd edərək iki ölkənin strateji tərəfdaş dövlətlər olduğunu vurğulayıb, müxtəlif sahələri əhatə edən faydalı əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Yinq Yonq iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edərək səfərlərin, təcrübə mübadiləsinin və peşəkar əlaqələrin bu münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd edib.

Çinin Baş prokuroru Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilənin hüquq-mühafizə orqanları arasında hüquqi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması və cinayət işləri üzrə hüquqi yardım mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşün nəticələrinə uyğun olaraq iki qurum arasında hüquqi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Diqqətə çatdırılıb ki, imzalanmış sənəd iki ölkənin prokurorluq orqanları arasında yüksək səviyyədə inkişaf edən əlaqələrin və əməkdaşlığın məntiqi nəticəsi olmaqla, bu sahədə münasibətlərin yeni mərhələyə yüksəldilməsinə xidmət edir.

Memorandum təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, prokurorluq əməkdaşlarının peşəkar inkişafının və ixtisasının artırılması, müasir informasiya texnologiyalarının prokurorluq fəaliyyətində tətbiqi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və bu sahədə əldə olunmuş nailiyyətlərin bölüşülməsi, habelə əməkdaşlığın digər aktual istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı məsələləri əhatə edir.

Bundan başqa, Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına və ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələr nəzərə alınaraq Yinq Yonqa “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Daha sonra Çin Ali Xalq Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Prokurorluğunun Tarix Muzeyini də ziyarət edib.

Qonaqlara Azərbaycan Prokurorluğunun tarixi, müxtəlif dövrlərdə fəaliyyəti və müasir inkişaf mərhələləri barədə məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.



Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

16-04-2024, 13:14

“Azərbaycanımıza aydınlıq bəxş edən fədakar ziyalı və zəriflik simvolu-akademik Zərifə Əliyeva”

Ölkə

29-04-2023, 12:17

Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır - Yazgül Abdıyeva

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə