Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Qeyd olunub ki, telefon söhbəti zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlər nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin regional və qlobal proseslər də müzakirə olunub.