• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub

Siyasət

18-12-2025, 08:55
Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub

Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub.

Liderxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Niderland Krallığına işgüzar səfəri çərçivəsində Niderland Krallığının Xarici ticarәt vә inkişaf naziri Aukje de Vriz, Xarici İşlәr Nazirliyinin (XİN) baş katibi Kristian Rebergen, xarici işlәr nazirinin müavini Marsel de Vink, Niderland baş nazirinin Milli təhlükəsizlik müşavirinin müavini Yos van Deutekom, Niderland Senatının Xarici İşlәr, Müdafiә vә İnkişaf Komitәsinin sәdri, senator Koen Peterssen və komitәnin digәr üzvlәri, eləcə də bu ölkənin nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Cari il ərzində iki ölkə arasında siyasi münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğu vurğulanıb, bu xüsusda ən mühüm nəticə kimi Avropa Siyasi Birliyinin Kopenhagendə Zirvə görüşündə Prezident İlham Əliyev ilə Baş nazir Dik Sxof arasında keçirilmiş görüşdə bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair razılığın əldə olunduğu, eləcə də il ərzində xarici işlər nazirlərinin görüşünün, XİN-lərarası məsləhətləşmələrin, xarici işlər nazirinin müavinləri və digər səviyyədə qarşılıqlı səfərlərin davamlı siyasi dialoqa töhfə verdiyi bildirilib.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə xüsusi diqqət yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, davamlı siyasi məsləhətləşmələrin aparılması və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə yönəldilib, müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirib, gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran yeni prioritet istiqamətləri müzakirə edilib.

Tərəflər yalnız hökumətlərarası dialoqun deyil, eyni zamanda, parlamentlərarası əməkdaşlığın da ölkələr arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edə biləcəyini vurğulayıblar. Hər iki ölkənin parlamentləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün atıla biləcək addımlar, parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili, dostluq qruplarının fəaliyyəti kimi mövzular müzakirə olunub.

E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt və konkret addımlar, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, ərazilərin mina ilə çirkləndirilməsinin yaratdığı problemlər barədə tərəf müqabillərini məlumatlandırıb. Niderland tərəfi isə öz növbəsində normallaşma istiqamətində irəliləyişi alqışlayıb və sülh prosesinə öz tam dəstəyini ifadə edib.

Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər və regional nəqliyyat bağlantılarının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. 2025-ci ilin Aİ-Azərbaycan münasibətləri baxımından müsbət dinamika ilə səciyyələndiyi, növbəti aylar ərzində bu dinamikanın qorunub-saxlanması və daha da inkişafının vacibliyi vurğulanıb.

E.Əmirbəyov cari ilin dekabrın əvvəlində qəbul olunmuş "Aİ-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik" adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyini vurğulayıb, Avropa İttifaqının normallaşma prosesinin dəstəklənməsi istiqamətində göstərdiyi səylərin Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə, tərəflər arasında etimadı sarsıtmayacağına və Azərbaycan-Aİ münasibətlərini çətinləşdirməyəcəyinə ümid bəslədiyini ifadə edib.

Səfər Azərbaycan və Niderland arasında iqtisadi sahədə tərəfdaşlığın gücləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsinin aparılması nöqteyi-nəzərdən də əhəmiyyətli olub. Bu xüsusda XİN-in Avropa İdarәsinin rәisi Erik Veststrate, ticarət üzrə xüsusi elçi Mark Hasselaar, Niderland Sahibkarlıq Agentliyinin (RVO) və Sәnaye vә Sahibkarlar Konfederasiyasının (VNO-NCW) rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşdə kənd təsərrüfatı, su idarəetməsi, liman infrastrukturu, nəqliyyat, logistika, bərpa olunan enerji, yüksək texnologiyalar, şəhərsalma kimi sahələrdə əməkdaşlıq, ticarət dövriyyəsinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində konkret addımların atılması imkanları müzakirə edilib. Niderland tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlığa marağını ifadə edib və qısa zamanda potensial sahələrdə münasibətlərin dərinləşməsinin tərəfdarı olduğunu bildirib.

Səfər çərçivəsində Niderlandın aparıcı beyin mərkəzi olan Beynәlxalq Münasibәtlәr İnstitutu "Clingendael" tərəfindən dəyirmi masa təşkil olunub. Bölgəmiz üzrə ixtisaslaşan ekspertlərin, Niderland XİN-in, aparıcı mətbuat orqanlarının nümayəndələrinin iştirak etdiyi dəyirmi masada çıxış edən Prezidentin nümayəndəsi Cənubi Qafqazda gedən geosiyasi proseslər, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, Azərbaycanın Aİ, NATO və Niderlandla münasibətləri haqqında danışıb, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Səfər vaxtı E.Əmirbəyov "Holland Times" qəzetinə və Haaqada yerləşən analitik mərkəzlərin nümayəndələrinə müsahibələr verib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

6-08-2025, 12:40

“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”

Ölkə

16-12-2024, 17:15

Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişib

Siyasət

12-06-2025, 17:40

Sosial müavinətlərin məbləği artırıldı

Ölkə
Bu küçədə hərəkət məhdudlaşdırılır
Bu küçədə hərəkət məhdudlaşdırılır
Kimlərin pensiyalarına əlavələr ediləcək?
Kimlərin pensiyalarına əlavələr ediləcək?
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Bu gün, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Bu gün, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Bu gün, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Bu gün, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Bu gün, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Bu gün, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Bu gün, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Bu gün, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Bu gün, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Bu gün, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Bu gün, 09:43
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Bu gün, 09:31
    Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
  • Bu gün, 09:07
    Çində 110 robotun rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • 24-10-2026, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • 24-10-2026, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • 24-10-2026, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • 24-10-2026, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 24-10-2026, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 09:43
    Sürücülərin nəzərinə!
  • 24-10-2026, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • 24-10-2026, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • 23-10-2026, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • 23-10-2026, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • 23-10-2026, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • 23-10-2026, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə