• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Heydər Əliyev mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltmışdı”

Siyasət

19-01-2026, 11:03
“Heydər Əliyev mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltmışdı”

“20 Yanvar Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biridir. Bu, həm də xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir”.

Liderxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi və SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu: “36 il əvvəl törədilmiş bu qətliam, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun cinayətləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən müəyyən addımlar atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.

Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 2 milyona yaxın insanın iştirakı ilə yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bütün bu hadisələr fonunda Azərbaycanın  müstəqilliyi ideyası ümummilli amala çevrildi. Bu amal uğrunda xalqımızın müstəqillik uğrunda mübarizəsi daha geniş vüsət alaraq məntiqi sonluğuna çatdı”.

Millət vəkilinin sözlərinə görə, bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb: “20 Yanvar hadisələri nəticəsində Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Belə ki, dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bu təşkilatlanma prosesi zamanı qanlı yanvarla bağlı həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinə çatdırıldı, həmçinin soydaşlarımızın müstəqillik ideyaları ətrafında daha sıx birləşməsini şərtləndirdi. Belə ki, çox keçmədən xalqımızın müstəqillik ideyası ətrafında sıx birləşməsi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi.

Xüsusi vurğulanmalıdır ki, 20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmişdi. Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltmış, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan əməl kimi qiymətləndirmişdi. Bu cəsur hərəkəti ilə Ulu Öndər Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı”.

Samir Vəliyev qeyd edib ki, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz Ümummilli Lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi: “Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsinin qurbanları da  istisna deyil. Dövlət başçısı tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır.

Beləliklə, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf yolunda addımlayan, Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edən, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müasir müstəqil Azərbaycan dövləti hazırda dünyanın ən nüfuzlu ölkələri sırasındadır. Hər bir vətəndaş öz güclü dövləti ilə fəxr edir, müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu isə şaddır!”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

12-06-2025, 17:40

Sosial müavinətlərin məbləği artırıldı

Ölkə

20-01-2025, 08:05

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə
Yeniyetmə kanalda batdı - Yenilənib
Yeniyetmə kanalda batdı - Yenilənib
Həftəsonu çimərliklərə üz tutanlara - Müraciət
Həftəsonu çimərliklərə üz tutanlara - Müraciət
İlham Əliyev Laçında açılış etdi - Fotolar
İlham Əliyev Laçında açılış etdi - Fotolar
Monteneqrodakı qətlə görə Azərbaycanda DNT aparıldı
Monteneqrodakı qətlə görə Azərbaycanda DNT aparıldı
Siyasət
“Bu, yüksək təzyiq və sıx vaxt qrafiki tələb edən sahədir”
Dünən, 10:33
“Bu, yüksək təzyiq və sıx vaxt qrafiki tələb edən sahədir”
PUA-larla bağlı qanun dəyişir
Dünən, 11:54
PUA-larla bağlı qanun dəyişir
“Həssas məlumatlar ölkə sərhədlərini tərk etmədən emal oluna bilir”
9-07-2026, 15:44
“Həssas məlumatlar ölkə sərhədlərini tərk etmədən emal oluna bilir”
İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi - Siyahı
8-07-2026, 16:03
İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi - Siyahı
Prezident yeni cərimələri təsdiqlədi
7-07-2026, 16:06
Prezident yeni cərimələri təsdiqlədi
Səhiyyə nazirinə yeni müavin təyin olundu
7-07-2026, 10:02
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Xəbər Lenti
  • Dünən, 20:17
    Günay Novruzqızına “Azərsun Holdinq”də vəzifə verilib
  • Dünən, 13:31
    BTQ ilə bu Afrika ölkəsinin dövlət qurumu arasında - Memorandum
  • Dünən, 13:03
    Yeniyetmə kanalda batdı - Yenilənib
  • Dünən, 12:21
    ABŞ-dən İrana - Ultimatum
  • Dünən, 11:41
    Həftəsonu çimərliklərə üz tutanlara - Müraciət
  • Dünən, 11:30
    İlham Əliyev Laçında açılış etdi - Fotolar
  • Dünən, 11:07
    Ukrayna yenidən vuruldu - Yaralılar var
  • Dünən, 10:38
    Monteneqrodakı qətlə görə Azərbaycanda DNT aparıldı
  • Dünən, 10:33
    “Bu, yüksək təzyiq və sıx vaxt qrafiki tələb edən sahədir”
  • Dünən, 10:14
    “WhatsApp” sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız
  • Dünən, 10:00
    Bu titula sahib ilk qadın güləşçimiz oldu
  • Dünən, 09:50
    Argentina İsveçrəyə, Norveç İngiltərəyə qarşı
  • Dünən, 09:48
    Filippində "Bavi" tayfunu nəticəsində ölənlərin sayı artdı
  • Dünən, 09:21
    Şuşa Media Forumu - Həqiqətin bərpası və narrativlər uğrunda mübarizə
  • Dünən, 09:00
    İran nüvə obyektlərini bərpa edir? - Görüntülər yayıldı
  • Dünən, 17:12
    Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
  • Dünən, 17:09
    Netanyahunun oğlu ad-soyadını dəyişib
  • Dünən, 16:40
    “İran-ABŞ atəşkəsi qüvvədə qala bilər”
  • Dünən, 15:34
    “Bu, gələcəkdə korrupsiya risklərinə səbəb ola bilər”
  • Dünən, 15:31
    Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
  • Dünən, 14:30
    Şimali Koreya nüvə potensialını artırır
  • Dünən, 14:28
    Bakı-Tbilisi qatarına biletlər qalıb?
  • Dünən, 13:39
    Parlament yeni cərimələrin qəbuluna razılıq verdi - İlk oxunuşdan keçdi
  • Dünən, 13:17
    Sabah 38° isti olacaq
  • Dünən, 12:28
    Bu hallarda elektron resurslar müvəqqəti məhdudlaşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə