• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Sabit tarif nə deməkdir və dövlət inhisarı şəraitində onun tətbiqi nə dərəcədə məntiqlidir?

Siyasət

12-06-2025, 09:50
Sabit tarif nə deməkdir və dövlət inhisarı şəraitində onun tətbiqi nə dərəcədə məntiqlidir?

Pərviz Heydərov yazır...

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında "Elektroenergetika haqqında" Qanuna dəyişikliklə bağlı aparılan müzakirələr zamanı ölkədə "sabit" adlı yeni tarif elementinin tətbiqinin zəruriliyi barədə fikrin ortaya atılması əksəriyyəti çaşdırıb.

Düzdür, bu fikri ortaya atanlar müəyyən əsaslandırmalar ilə çıxış ediblər. Qeyd edilib ki, bu, əlavə ödəniş yükü yaratmayacaq. "Bu, dünya təcrübəsində geniş tətbiq olunan yanaşmadır. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil. Bu, özü-özlüyündə metodoloji yanaşmalara zidd olar", - deyə açıqlama verilib.

Lakin əslində isə məsələ necədir, qeyd edim. İş bundadır ki, hər hansı bir təklif irəli sürərkən, yaxud da addım atarkən əvvəl əsaslandırma vermək və izahatla çıxış etmək çox asandır. Çünki bu, məsələnin birinci tərəfidir. İkinci, yəni ən əsas tərəfi isə, həmin təklifin məhz necə reallaşdırılacağı, yaxud da addımın hansı formada və tərzdə atılmasıdır. Mövcud şərait necədir, hələ o barədə söhbət açmıram.

Sual olunur ki, sabit tarif nədir və nə deməkdir? Bu növ tarif indiyədək niyə yox idi? Onun tədbiqi bizə nə verəcək?

Sabit tarif, əgər belə demək mümkündürsə, xidmətə çıxış ödənişi və yaxud haqqı deməkdir. Yəni istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak edə biləcəyi imkana sahib olduğu üçün müvafiq ödəniş elementidir. Başqa sözlə desəm, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir.

Sözügedən tarif növünün ən sadə izahı bundan ibarətdir.

Bəli, xarici praktikada belə bir tarif elementi mövcuddur. Lakin sual edirəm, həmin ölkələrdə ümumiyyətlə, kommunal və enerji daşıyıcıları üzrə xidmət səviyyəsi və keyfiyyəti də bizdə olduğu kimidirmi? Və ən əsası da o ölkələrdə, bu sahədə infrastruktur bizdəki qədər dövlət nəzarətində sayılırmı? Xeyr.

Fikrimi daha geniş izah etmək üçün bir qədər geri qayıdıram: Tarif Şurası ölkədə elektrik enerjisi, təbii qaz və əhaliyə göstərilən istilik xidməti üzrə qiymətləri bu ilin yanvarın 2-də dəyişdirdikdən sonra suya dair də fərqli qiymət siyasətinin yürüdüləcəyi haqda fikirlər səsləndi. Və həmişəki kimi qeyd olundu ki, ölkədə su üzrə tariflər xərcləri qarşılamır.

"1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir", - deyə bildirildi. "Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir və odur ki tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - deyə əlavə fikirlər söyləndi.

Qeyd etmək istədiyim odur ki, kommunal xidmətlər üzrə bütün cavabdeh qurumlar tarifləri qaldırmaq təklifi ilə çıxış edəndə, həmişə bax, məhz bu bəhanəni ortaya gətirirlər.

Yəni müvafiq xidmət üzrə xərclərimiz yüksəkdir, qiymət isə aşağı.

Bu, düzgün əsaslandırmadırmı? Xeyr... Sual olunur, niyə?

Bəli, bu cür izahatlar müəyyən mənada əsaslıdır, lakin tam olaraq deyil. Əsaslıdır, ona görə ki, kommunal xidmətlər üzrə istehsal-təchizat-istehlakçı zəncirində istər hər bir halqa, istərsə də bütövlükdə zəncir üzrə işlər düzgün qurulmayıb.

Xərclərə dair söylənilən rəqəmlərin özünün də necə, hansı formada və nəyə əsasən hesablandığı məlum deyil. Ona görə də bu cür açıqlamalara dair açıq irad tutmaq və əks-arqument gətirmək çətin hesab edilir. Çünki problemin kökü əslində təminat və təchizat ilə bağlı strukturlar üzrə işin və xidmətin düzgün təşkil olunmamasında durur.

Su sahəsində də vəziyyət belədir, elektrik enerjisi, təbii qaz, ictimai nəqliyyat və sair sahələrdə də...

Yəni idarəetmə düzgün təşkil olunmadığından bir çox fəaliyyət səmərəli həyata keçirilmir - ciddi struktur böhranı hökm sürür. Başqa sözlə desəm, ardıcıllıq yoxdur, funksionallıq düzgün qurulmayıb. Ona görə də xərclər şişir və əldə olunan qazanc da çıxarı ödəmir.

Belə olub, yük də dövlətin üzərinə düşür.

Ancaq yuxarıda adıçəkilən bütün sahələr üzrə yığım, əhali tərəfindən ödənişlərin yerinə yetirilməsi həcmi və proseduru isə artıq, neçə illərdir qənaətbəxş və yüksək səviyyədə təşkil edir.

Yəni heç bir qurum giley edə bilməz ki, faktiki göstərdiyi xidmətə görə istehlakçılardan pulunu ala və yığımı təmin edə bilmir. Bu, əvvəlki dövrlərə - 1990-2000-ci illərin əvvəllərinə aid idi.

İndi hər şey elektronlaşdırılıb, rəqəmsallaşdırılıb, avtomatlaşdırılıb, smart-kart sistemi tətbiq edilib. Bundan başqa, digər texnoloji vasitələr mövcuddur ki, istehlakçı ödənişi yerinə yetirmədikdə, xidmət avtomatik olaraq dayandırılır və sair.

15-20 il bundan əvvəlsə ən böyük bəhanə bundan ibarət idi ki, istehlakçılar ödənişi lazımi səviyyədə yerinə yetirmədiklərinə görə yığımı təmin etmək mümkün olmur və odur ki infrastruktur xərcləri ödənilmir. İndi isə bu arqument daha işə keçmədiyindən əsas bəhanə xərclərin çox, tariflərin isə aşağı olması göstərilir.

Ona görə də eyni mövzuda şərhlərimdə həmişə qeyd etmişəm ki, Tarif Şurası tərəfindən hər dəfə qiymət artımı siyasəti ilə kommunal xidmətlər üzrə keyfiyyəti yaxşılaşdırmaq mümkün deyil. Başqa sözlə, qəpiklərlə artım sayəsində bu sahədə irəliləyiş əldə etmək olmaz. Hələ nəzərə almaq lazımdır ki, bu addım, ən tezi 4-5 ildən bir atılır.

Bundan tez tarif dəyişikliyi edilmir.

Problem nədədir?!

Problem ondadır ki, qeyd olunan sektora investisiya lazımdır. Bundan ötrü isə kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı və idarəetmə təkmilləşdirilməli - xərclər dəqiqləşdirilməli və azaldılmalıdır.

Bunun üçün də bəzi infrastruktur sahələr özəlləşdirməli, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Başqa sözlə desəm, dövlət və hökumət qeyd olunan sahələri idarə etməkdən əl çəkməlidir. Yaxasını qurtarmalıdır.

Bu xüsusda sual edirəm ki, hər şey dövlətin əlində olduğu halda məsələn, qaz və işıq təchizatı sahəsində sabit tarif siyasətinin tətbiqi nə dərəcədə effekt verə bilər?! Bundan əlavə, sözügedən tarif növü hansı mexanizm əsasında tətbiq olunacaq?! Yəni məsələn, eyni istehlakçının kommunal və ümumiyyətlə enerjidaşıyıcılarından istifadə xidmətinə çıxış imkanlarının əhatə dairəsi dəqiq olaraq necə müəyyən ediləcək?!

Və ən nəhayət, sabit tarifin tətbiqi ölkəmizdə real şəraitdə dövlətin öz yükünün bir hissəsini vətəndaşların üzərinə transfer etməsi mənasına gəlməyəcəkmi?!

Yuxarıda nəzərə çatdırdım ki, verilən izaha əsasən bu, əlavə ödəniş yükü yaratmayacaq. Dövlət inhisarı şəraitində bu mümkündürmü?! Sözün qısası, görünən budur ki, biz islahatı təəssüf ki, hələ də qiymət siyasətində görürük...

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

30-01-2025, 13:53

Tənqidi təfəkkürə sahib olmaq niyə vacibdir? - "Kurikulumlarda ciddi problem var"

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

---

22-06-2023, 11:01

Ödəniş əməliyyatının vasitəçilik xidmətindən istifadə edilməklə aparılması mümkün olacaq

---

22-06-2023, 10:00

Elektron pul təşkilatlarının pulun təhlükəsizliyini təmin etmələri üçün tələblər məlum olub

Ölkə
Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb
Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb
Bakı-Tbilisi-Qars dəmir yolunun təhvil-təslim aktının imzalanması müzakirə olundu
Bakı-Tbilisi-Qars dəmir yolunun təhvil-təslim aktının imzalanması müzakirə olundu
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar
İran gəmisi Xəzərdə qəzaya uğrayıb: Hava şəraiti xilasetmə işlərinə imkan vermir
İran gəmisi Xəzərdə qəzaya uğrayıb: Hava şəraiti xilasetmə işlərinə imkan vermir
Siyasət
Prezidentdən Şahin Bağırovla bağlı sərəncam
Dünən, 17:30
Prezidentdən Şahin Bağırovla bağlı sərəncam
Azərbaycan “Roblox”a rəsmi müraciət edib - Bağlana bilər?
Dünən, 13:05
Azərbaycan “Roblox”a rəsmi müraciət edib - Bağlana bilər?
Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir
Dünən, 11:47
Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir
4 qanunda dəyişiklik edildi
26-01-2026, 16:39
4 qanunda dəyişiklik edildi
Ramin Bayramlıya vəzifə verildi - Yenilənib
26-01-2026, 13:34
Ramin Bayramlıya vəzifə verildi - Yenilənib
Donald Tramp İlham Əliyevə təşəkkür edib
24-01-2026, 09:00
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Xəbər Lenti
  • Bu gün, 10:16
    Gün ərzində enerjili olmağın sirri
  • Bu gün, 10:07
    Kişilərə edilən estetik prosedurlar iki dəfə artıb
  • Bu gün, 10:05
    Türkiyədə bu ödənişlər qadağan edildi
  • Bu gün, 09:44
    Azərbaycan 61-ci Venesiya Biennalesində milli pavilyonla təmsil olunacaq
  • Bu gün, 09:18
    Avropa Liqasında əsas mərhələyə yekun vuruldu
  • Bu gün, 09:14
    “ABŞ bu addımlara son qoymalıdır” - Pezeşkian
  • Bu gün, 09:00
    Kanadada istehsal olunan bütün təyyarələr üçün ABŞ sertifikatını ləğv etdi
  • Dünən, 17:30
    Prezidentdən Şahin Bağırovla bağlı sərəncam
  • Dünən, 17:15
    Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb
  • Dünən, 16:54
    Bakı-Tbilisi-Qars dəmir yolunun təhvil-təslim aktının imzalanması müzakirə olundu
  • Dünən, 16:01
    Rusiya və Ukrayna BƏƏ danışıqlarından sonra üç əsas məsələdə dalana dirəniblər
  • Dünən, 15:37
    Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar
  • Dünən, 15:32
    Beş milyonluq cinayət işinə görə həbs edilən Ruslan Eyyubovla bağlı qərar verildi
  • Dünən, 15:23
    İran gəmisi Xəzərdə qəzaya uğrayıb: Hava şəraiti xilasetmə işlərinə imkan vermir
  • Dünən, 15:10
    "Barselona" və "Çelsi" klubları "Qarabağ" barədə paylaşım ediblər
  • Dünən, 14:08
    Araqçı sabah Türkiyəyə gedir
  • Dünən, 14:06
    Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq - Bu halda
  • Dünən, 13:44
    ABŞ-də qar fırtınasında ölənlərin sayı 73-ə çatdı
  • Dünən, 12:50
    Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü
  • Dünən, 12:15
    Yasamaldakı həmin qara paltarlı qadın tutuldu - Video
  • Dünən, 11:30
    Aeroport yolunda sürət həddi endirildi
  • Dünən, 11:00
    Tramp bu gecə bəyanatla çıxış edəcək
  • Dünən, 10:37
    “9-11 Hazırlıq Məktəbi”nə 2026/2027 tədris ili üzrə qəbul başladı!
  • Dünən, 10:08
    3 nəfər dəm qazından zəhərləndi - İkisi öldü
  • Dünən, 09:23
    Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə