• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Zelenski ilə Putin Türkiyədə görüşəcəklər? - Sərt tələblər və ləğv edilməmiş qanun

Siyasət

13-05-2025, 09:00
Zelenski ilə Putin Türkiyədə görüşəcəklər? - Sərt tələblər və ləğv edilməmiş qanun

Rusiya və Ukrayna arasında atəşkəslə bağlı müzakirələr davam edir. Tərəflər arasında İstanbulda növbəti görüşün keçirilməsi məsələsi iki gündür, gündəmi zəbt edib.

Lakin bu dəfə söhbət nümayəndə heyətləri yox, birbaşa liderlərin - Putin və Zelenskinin görüşündən gedir. Hətta Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını, həmçinin bu kontekstdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacağını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski də rusiyalı həmkarına cavab verərək, onu mayın 15-də Türkiyədə gözləyəcəyini səsləndirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində bu görüşün keçirilməsi üçün ölkəsinin ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Bəs bu görüşün baş tutması nə qədər realdır və tərəflərin danışıqlara yanaşması və şərtləri hansı nəticələr doğura bilər?

Mövzu ilə bağlı  danışan siyasi şərhçi Oqtay Qasımov deyib ki, 30 günlük atəşkəs Amerika Birləşmiş Ştatları tərəfindən mart ayında Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşündə təklif edilmiş, Ukrayna da bunu qəbul etmişdi:

"Lakin Rusiya növbəti iki ay ərzində bu təklifə müsbət yanaşdığını söyləsə də, bu, konkret əməli addımlarla müşahidə olunmadı.

İndi isə elə bir vəziyyət yaranıb ki, ABŞ belə, Rusiyanı prosesləri yubatmaqda ittiham etməyə başlayıb. Hətta Prezident Donald Tramp, vitse-prezident Ceyms Devid Vens, o cümlədən dövlət katibi Marko Rubio və digər rəsmilər Rusiyanın sülhdə maraqlı olmadığı ilə bağlı bu və ya digər formada açıqlamalar verməyə başlayıblar ki, bu da Moskva üçün məqbul vəziyyət sayılmamalıdır. Düşünürəm ki, Vladimir Putinin İstanbul görüşü ilə bağlı səsləndirdiyi fikirlər həm yaranmış situasiya ilə bağlıdır, həm də bu məsələdə Çin rəhbəri ilə görüşün də müəyyən təsiri olub. Görünür ki, Pekin müharibənin dayandırılması üçün Rusiyanı inandırmağa çalışıb".

"Bundan əvvəl Rusiya məhz Ukraynanın 30 günlük müddətdən istifadə edəyəcəyini söyləməklə prosesi əngəlləyirdi, amma hazırda özü kifayət qədər sərt tələblər ortaya qoyur. Bu tələblərin arasında Ukraynanın heç vaxt NATO-ya üzv olmaması ilə bağlı rəsmi öhdəlik götürməsi, Rusiyanın işğal etdiyi ərazilərin qanuniləşdirilməsinə Kiyevin razılıq verməsi istənilir. Bundan başqa, Ukrayna ordusu və təhlükəsizlik qurumlarının say tərkibinin azaldılması kimi tələblər də var. Düşünmürəm ki, bunlar Ukrayna tərəfindən qəbul edilsin. Ukrayna müəyyən güzəştlərə gedə bilər, amma tam şəkildə Rusiyanın istədikləri olmayacaq və bu da o deməkdir ki, biraylıq atəşkəsdən də nəticə çıxmayacaq", - deyə analitik vurğulayıb.

Müsahibimiz əlavə edib ki, bu, müharibənin davam etməsi anlamına gəlməməlidir:

"Çünki Ukraynaya da, Rusiyaya da müəyyən qədər fasilələr lazımdır. Üçillik qarşıdurma hər iki tərəfi kifayət qədər yorub və ciddi itkilər var. Bunların yerini doldurmaq üçün də zaman lazımdır".

Türkiyəli siyasi şərhçi Engin Özer isə Liderxeber.az-a açıqlamasında bildirib ki, danışıqlarla bağlı ən mühüm problem odur ki, Ukrayna hələ də danışıqları qadağan edən qanunu ləğv etməyib:

"Buna görə də biz hər iki tərəfin diplomatik manevrlərini görürük. Ukrayna atəşkəslə bərabər, danışıqlara başlayıb, birbaşa Putinlə görüşməyi təklif edir. Ancaq burada da bir problem var. Atəşkəs razılaşmalarında danışıqları diplomatlar və hərbçilər aparırlar, saziş imzalanarkən isə dövlət başçıları bir araya gəlirlər. Ona görə də bu danışıqlar Ukraynanın manevri kimi də görünür. Lakin son proseslərdə həm Avropa İttifaqının Rusiyaya təzyiqi artırması, həm də Rusiyanın əlavə üstünlük əldə etməsi cəbhədə mübarizənin yekunlaşmaq üzrə olduğunu göstərir".

"İstanbulda danışıqlar mütləq olacaq. Ola bilsin ki, bu danışıqlar mayın 15-də olmasın, amma yaxın günlərdə baş tutacaq. Bu baxımdan, proseslərin indiki mərhələsində pozitivlik hiss olunur. Çünki sülh sazişi olmasa belə, ən azından, uzunmüddətli atəşkəs razılaşmasından söhbət gedir. Yəqin ki, bir ay ərzində razılaşma əldə ediləcək".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

6-11-2024, 13:37

Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb

Dünya

4-09-2023, 16:35

Soçidə Ərdoğanla Putin arasında görüş keçirilib

Ölkə
Alyona Əliyeva konsertdə - Fotolar
Alyona Əliyeva konsertdə - Fotolar
Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
Siyasət
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
15-10-2026, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
15-10-2026, 12:49
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
15-10-2026, 12:25
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Xəbər Lenti
  • Bu gün, 11:50
    Alyona Əliyeva konsertdə - Fotolar
  • Bu gün, 11:16
    ABB-dən “Uşaq yığım” əmanəti
  • Bu gün, 11:07
    Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
  • Bu gün, 10:23
    Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
  • Bu gün, 10:11
    Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
  • Bu gün, 09:28
    Əhmədlidə yoldan çıxan maşın piyadanı vurub öldürübmüş - Yenilənib
  • Bu gün, 09:17
    Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
  • Bu gün, 09:00
    “Zelenski buna əhəmiyyət vermir”
  • 17-10-2026, 11:12
    Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
  • 17-10-2026, 10:09
    Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
  • 17-10-2026, 09:31
    Tütünü bahalaşdırıb 12 milyard qazanacaqlar
  • 17-10-2026, 09:08
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • 17-10-2026, 09:00
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • 17-10-2026, 08:46
    Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 18:07
    Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
  • 16-10-2026, 17:56
    Yeni marşrut xətti istifadəyə verilir
  • 16-10-2026, 17:15
    Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
  • 16-10-2026, 16:49
    423 reys təxirə salındı - Moskva hava limanları hazırda
  • 16-10-2026, 15:33
    “Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
  • 16-10-2026, 15:15
    Bakının bu rayonunda 30 bina söküləcək
  • 16-10-2026, 14:11
    İki bələdiyyənin adı dəyişəcək
  • 16-10-2026, 13:23
    Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
  • 16-10-2026, 12:13
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • 16-10-2026, 11:44
    Millimiz DÇ-də yarımfinal matçına çıxır
  • 16-10-2026, 11:16
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə