• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Erməni terrorçular yenidən aktivləşirlər? - Rəsmi İrəvan tarixdən dərs almalıdır

Siyasət

5-05-2025, 17:42
Erməni terrorçular yenidən aktivləşirlər? - Rəsmi İrəvan tarixdən dərs almalıdır

Ermənistanın Suriya ərazisindəki terrorçu qruplaşmaları fəaliyyətini davam etdirirlər.

"Nubar Ozanyan Dəstəsi" terror qruplaşmasının olduğu əks olunan görüntülərdə silahlıların təlim-məşq toplantısı keçirdiyi görünür. Qeyd edək ki, qanunsuz silahlı birləşmənin daşıdığı ad - Nubar Ozanyan 1956-cı ildə Türkiyədə anadan olub. Türkiyə Kommunist Partiyasının üzvü olan erməniəsilli terrorçu Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında iştirak edib, azərbaycanlılara qarşı çoxsaylı cinayətlərə imza atıb. Ozanyan 2017-ci ilə Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti (İŞİD) tərəfindən məhv edilib. Sözügedən təşkilat da 2019-cu ildə onun terrorçu irsini davam etdirmək məqsədilə qurulub. Görünən odur ki, erməni diasporu tərəfindən maliyyələşən və Ermənistan dövlətinin himayəsində olan bu təşkilat fəaliyyətdə olduğunu göstərmək üçün, yəni, məqsədyönlü şəkildə akitvləşdiyini nümayiş etdirir. Lakin erməni terrorçularının bu kimi destruktiv addımları regionda sülh və sabitliyə xələl gətirir, təhlükəsizliyi təhdid edir və potensial münaqişə mənbəyi yaratmaq cəhdinin tərkib hissəsi kimi görünür. Çünki 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində də terrorçu alay Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün münaqişə bölgəsinə yollanıb. Bütün bunların qaynağında isə məhz Ermənistan Respublikasının terroru dövlət siyasətinə çevirməsi dayanır.

Ermənistana xidmət edən erməni terror təşkilatları

1975-1991-ci illərdə əsasən Türkiyə diplomatlarına qarşı terror aktları həyata keçirən ASALA çoxsaylı qətliamlara imza atıb. "Erməni soyqırımı ədalət komandosları" 1972-ci ildə Vyanada Daşnaksütyun partiyasının qurultayı zamanı yaradılıb. Terror təşkilatının məqsədi türklərə və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etmək olub. 1890-cı ildə Tbilisi də yaradılan Daşnaksütyun partiyasının məqsədi silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq olub. Bu təşkilat da siyasi partiya kimi təmsil olunsa da, millətçi-terrorçu fəaliyyəti ilə tanınır. 1993-cü ildə yaradılan "Yerkrapa" terror təşkilatı isə birbaşa Ermənistan ordusunun ehtiyat hissəsi rolunu oynayır. Təşkilat 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsində iştirak edib. Ümumilikdə isə erməni terror təşkilatını saymaqla bitməz. Məhz onların fəaliyyəti tarixdə erməni terrorizmi anlayışının formalaşmasında və bu günə qədər gəlib çıxmasında mühüm rol oynayıb. Bunun nəticəsi olaraq "Nubar Ozanyan" adına erməni terror qruplaşması da sələflərindən fərqli olmayaraq terror-təxribat əməllərini davam etdirir.

Terror təşkilatlarının Azərbaycan-Ermənistan münasibətlərinə, eləcə də regional sabitliyin pozulmasına təsirləri

"Nubar Ozanyan" kimi radikal silahlı erməni təşkilatlarının fəaliyyəti Azərbaycan-Ermənistan münasibətləri də daxil olmaqla, ümumilikdə regional sabitliyə ciddi mənfi təsirləri var. Çünki tarixi faktlar da göstərir ki, dövlətlərarası münasibətlərdə terror və qeyri-dövlət aktorlarının güclənməsi, bölgədə fəallaşması, xüsusilə də ideoloji və etnik əlaqələr qarşılıqlı əlaqələrdə və regional əmin-amanlığa birbaşa təhlükə mənbəyidir. Ələlxüsus, bu qrupların sərhədyanı ərazilərdə yerləşməsi təxribat və terror riskini həmişə aktual edir. Ermənistan hakimiyyətlərinin də türklərə və azərbaycanlılara qarşı hər zaman terrordan istifadə etməsi, ümumiyyətlə terrorun bu ölkənin dövlət siyasəti olması heç kimə sirr deyil. Rəsmi İrəvanın terrora göz yumması isə həm sülh danışıqlarına mənfi təsir göstərir, həm də digər region ölkələri üçün potensial təhlükə mənbəyinə çevrilir.

Terror təşkilatları və terrorçuluq əməlləri beynəlxalq hüquq kontekstində

BMT Təhlükəsizlik Şurasının 2001-ci ildə 1373 saylı qətnaməsi dövlətlərə terrorçu qrupları dəstəkləməmək, maliyyələşdirməmək və onların fəaliyyətinin qarşısını almaq öhdəliyi qoyur. BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq, hər bir dövlət beynəlxalq terrorçulara qarşı zəruri tədbirlər görməli, terror aktlarını maliyyələşdirmənin qarşısını almalı, terrorizmin qarşısını almaq üçün operativ informasiya mübadiləsi (terror şəbəkələri, silah satışı, kütləvi qırğın silahlarının ələ keçirilməsi barədə) aparmalıdır. 1373 saylı qətnamə əsasında BMT Təhlükəsizlik Şurasının bütün üzvlərindən ibarət Terror Əleyhinə Komitə yaradıldı. Qeyri-dövlət silahlı aktorların, xüsusilə etnik separatizmi və silahlı zorakılığı təşviq edən qrupların fəaliyyətinə şərait yaratmaq, dövlətlərin bu öhdəliyə zidd hərəkət etməsi deməkdir. Əgər Ermənistan bu tip təşkilatlara simpatiya göstərir və ya onlara qarşı sərt mövqe sərgiləmirsə, bu beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Həmçinin, Cenevrə Konvensiyalarına görə münaqişə tərəfi olmayan, mülki şəxslərə hücum edən, dövlət suverenliyini pozan silahlı qruplar qanunsuz silahlı qrup hesab olunur.

Azərbaycan terrorun bütün növlərinə qarşıdır

Ermənistandan fərqli olaraq Azərbaycanın terrora qarşı mövqeyi birmənalıdır: Rəsmi Bakı terrorun bütün növlərinə qarşıdır və tolerantlıq prinsiplərini əldə rəhbər tutur. Hər hansı bir silahlı qeyri-dövlət qrupunun sərhədlərinə yaxın fəaliyyəti də eyni ilə Azərbaycan tərəfindən qəbul edilmir. Azərbaycan bu cür təhdidlərə qarşı qabaqlayıcı tədbirlər görmək və adekvat cavab vermək hüququnu özündə saxlayır.

Bir sözlə, qeyri-qanuni silahlı birləşmələr, terror təşkilatları yalnız taktiki təhlükə deyil, həm də sülh proseslərini sabotaj edə biləcək strateji risk daşıyır. Onların fəaliyyəti beynəlxalq hüquqa ziddir, regional sabitliyə təhdid yaradır. Eləcə də sözügedən təşkilatların fəaliyyətləri Azərbaycanın da legitim təhlükəsizlik narahatlıqlarını gücləndirir. Bu baxımdan, Ermənistan sülh və sabitlik, eləcə də inkişaf etmək istəyirsə, qonşu dövlətlərlə münasibətlərini normallaşdırmalı, münasibətlərə xələl gətirən revanşist addımlardan çəkinməli, terror təşkilatlarına hamilik etməməli və beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərə sadiq qalmalıdır. Əks halda, Azərbaycan adekvat addım atmaq hüququnu həmişə özündə saxlayır. Ona görə də rəsmi İrəvan tarixdən dərs almalıdır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

31-03-2023, 09:35

Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

Ölkə

3-02-2025, 10:48

DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib

Dünya

29-11-2024, 17:09

Suriya yenidən gündəlikdə - “Hizbullah” və HƏMAS-dan sonra növbə Bəşşara çatır - TƏHLİL

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Dünən, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Dünən, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Dünən, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Dünən, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Dünən, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Dünən, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Dünən, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Dünən, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Dünən, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Dünən, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Dünən, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Dünən, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Dünən, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Dünən, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Dünən, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Dünən, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Dünən, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə