• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Artımlar nə zaman ödəniləcək? – Deputat AÇIQLADI

Ölkə

7-01-2025, 11:56
Artımlar nə zaman ödəniləcək? – Deputat AÇIQLADI

"2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına uyğun olaraq bu aydan bir sıra artımlar qüvvəyə minib.

Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketinin əsas elementlərindən biri də məhz maaş artımlarıdır".

Liderxeber.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb:

"Bu o deməkdir ki, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni, minimum əməkhaqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar.

Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək".

Vüqar Bayramov pensiya artımları məsələsinə də toxunub:

"Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.

Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Qeyd edək ki, 2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

Minimum pensiya məbləği isə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar".

Deputat sosial yardım məsələsindən də danışıb:

"Azərbaycan Prezidentinin digər sərəncamı ilə isə bu aydan etibarən ehtiyac meyarı 285 manata çatdırılıb. Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin bu ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir.

Artımların ödənilməsinə gəldikdə isə, yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni, əgər vətəndaşın müraciətinə bu ay müsbət cavab verilib ona yardım ödənilməsi ilə bağlı qərar veriləcəksə o artırılmış məbləğ ilə yardımı bu aydan alacaq".

Vüqar Bayramov müavinət və təqaüdlər artımlarından da bəhs edib:

"Azərbaycan Prezidentinin imzaladığı 23 dekabr 2024-cü il tarixli sənədə əsasən, Nazirlər Kabineti (NK) sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidir. NK tərəfindən təkliflər təqdim olunduqdan sonra müavinət və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalanacaq. Bununla da müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

31-12-2024, 11:24

Sabahdan hansı artımlar qüvvəyə minəcək?

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Cəmiyyət

22-11-2024, 12:03

Əhaliyə şad xəbər - Artımlar 3 milyon insana şamil ediləcək

Ölkə

29-03-2024, 13:15

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır

Ölkə
Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Bu gün Bakını bürüyən səslər... - Video
Bu gün Bakını bürüyən səslər... - Video
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Siyasət
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Xəbər Lenti
  • Bu gün, 09:54
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:21
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
  • Bu gün, 09:03
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 09:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Dünən, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Dünən, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Dünən, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Dünən, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
  • Dünən, 09:00
    “Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
  • Dünən, 08:50
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • 8-11-2026, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • 7-11-2026, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • 7-11-2026, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • 7-11-2026, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə